Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-893/2024 16.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı müqavilə üzrə 128 manat əsas borcu və 39 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı müqavilə üzrə 914 manat əsas borcu və 274 manat cərimə borcu və 34 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1389 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 474 manat olan 1 ədəd “Samsung Galaxy S10” markalı telefon almış və nəticədə 128 manat əsas və 39 manat cərimə, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə, ümumi dəyəri 990 manat olan 1 ədəd “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 914 manat əsas və 274 manat cərimə olmaqla, cəmi 1389 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdehin xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı “Nisyə alqısatqı müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə, 128 manat əsas və 39 manat cərimə, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə, 914 manat əsas və 274 manat cərimə olmaqla, cəmi hər iki müqavilə üzrə 1389 manat borcu yaranmış, həmçinin, İddiaçı məhkəməyə müraciət edərkən 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı müqavilə üzrə hesablanmış 39 manat məbləğində cərimənin 25 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qeyd olunan müqavilələrə mavafiq olaraq cərimən qalan 14 manat hissəsində təmin edilməli, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı müqavilə üzrə hesablanmış 274 manat məbləğində cərimənin 100 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qeyd olunan müqavilələrə mavafiq olaraq cərimən qalan 74 manat hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı müqavilə üzrə 128 manat qalıq borc və 14 manat cərimə, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı müqavilə üzrə 914 manat qalıq borc və 74 manat cərimə, habelə 34 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, Y20K5758495 saylı müqavilə üzrə 128 manat qalıq borc və 14 manat cərimə, xx.xx.2020-ci il tarixli, Y20K5851580 saylı müqavilə üzrə 914 manat qalıq borc və 74 manat cərimə, habelə 39 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-893/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-893/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver