Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-992/2025 18.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İsrayil qızına qarşı “borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qazan dəsti Morelli üçün 150 manat ödənilməmiş hissə, 75 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əasən İmei kod **********14180 XİAOMİ REDMİ 13C markalı telefon üçün 433.4 manat ödənilməmiş hissə, 216.7 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL LED TV, BENK asqı üçün 455.70 manat ödəniilməmiş hissə, 227,85 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79045 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, Qazan dəsti Morelli üçün 620 manat ödənilməmiş hissə, 310 manat cərimə pulu olmaqla ümumilikdə 2488.65 (iki min dörd yüz səksən səkkiz manat altmış beş qəpik) manat borc və 44.89 (qırx dörd manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh İsrayil qızından alınaraq MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İsrayil qızı ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qazan dəsti Morelli, xx.xx.2024-cü il tarixli müqaviləyə əasən İmei kod **********14180 XİAOMİ REDMİ 13C markalı telefon; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL LED TV, BENK asqı və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79045 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon və Qazan dəsti Morelli almış və nəticədə cəmi 2488.65 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qazan dəsti Morelli; xx.xx.2024-cü il tarixli müqaviləyə əasən İmei kod **********14180 XİAOMİ REDMİ 13C markalı telefon; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL LED TV, BENK asqı və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79045 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, Qazan dəsti Morelli üçün cəmi -2488.65 (iki min dörd yüz səksən səkkiz manat altmış beş qəpik) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 516.9 manat təşkil edir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavbdehlə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam qüsursuz şəkildə təhvil almışdır. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 11 fevral 2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 75 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 433.4 manat ödənilməmiş hissə, 216.7 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 455,70 manat ödəniilməmiş hissə, 227,85 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 620 manat ödənilməmiş hissə, 310 manat cərimə pulu olmaqla cəmi 2488.65 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh İsrayil qızından xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qazan dəsti Morelli üçün 150 manat ödənilməmiş hissə, 75 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əasən İmei kod **********14180 XİAOMİ REDMİ 13C markalı telefon üçün 433.4 manat ödənilməmiş hissə, 216.7 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL LED TV, BENK asqı üçün 455.70 manat ödənilməmiş hissə, 227,85 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79045 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, Qazan dəsti Morelli üçün 620 manat ödənilməmiş hissə, 310 manat cərimə pulu olmaqla ümumilikdə 2488.65 (iki min dörd yüz səksən səkkiz manat altmış beş qəpik) manat borc və 44.89 (qırx dörd manat səksən doqquz qəpik) manat alınıb MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh İsrayil qızından - xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qazan dəsti Morelli üçün 150 manat ödənilməmiş hissə, 75 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əasən İmei kod **********14180 XİAOMİ REDMİ 13C markalı telefon üçün 433.4 manat ödənilməmiş hissə, 216.7 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL LED TV, BENK asqı üçün 455.70 manat ödəniilməmiş hissə, 227,85 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79045 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, Qazan dəsti Morelli üçün 620 manat ödənilməmiş hissə, 310 manat cərimə pulu olmaqla ümumilikdə 2488.65 (iki min dörd yüz səksən səkkiz manat altmış beş qəpik) manat borc və 44.89 (qırx dörd manat səksən doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-992/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-992/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver