Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1017/2024 01.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirbala oğlunun istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 2273,62 (iki min iki yüz yetmiş üç manat, altmış iki qəpik) manat borc və ödənilmiş 42,74 (qırx iki manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Mirbala oğlu elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00042 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG6807 tipli, zavod nömrəsi 65091006 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi Kohler AL tiplizavod nömrəsi 77026729 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi isə Paud MP-106 tipli zavod nömrəsi **********9 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 612,96 manat təşkil edən 18801 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. xx.xx.2017-ci il tarixindən hal-hazıra kimi Cavabdeh yaşadığı evdə elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edir. Ağdaş EŞ-nin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatı EEİQ-nın 9.13.4-cü bəndinin tələblərinə əsasən dayandırılmasına və barəsində müvafiq Aktlar tərtib edilməsinə baxmayaraq Cavabdeh elektrik hesablama sayğacının giriş xəttini açaraq şəbəkəyə birbaşa qoşulmaqla elektrik enerjisindən qanunsuz istifadə etməklə davam edir. Ağdaş EŞ-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə AKT R № 090829 saylı akt tərtib edilmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 502,80 manat təşkil edən 4680 kvt miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdə Ağdaş EŞ-in əməkdaşları tərəfindən Cavabdeh barəsində elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə birbaşa şəbəkəyə qoşulmaqla elektrik enrjisindən qanunsuz istifadəyə görə Akt R № 306853 saylı akt tərtib edilərək dəyəri 550,42 manat təşkil edən 4234 kvt miqdarında itirilmiş elektrik enerjisinin bərpası üçün hesabat aparılmışdır. xx.xx.2024-cü il tarixdə Ağdaş EŞ-in əməkdaşları tərəfindən Cavabdeh elektrik enerjisindən qanunsuz istifadə etməkdə davam etdiyinə görə barəsində R № 340409 saylı akt tərtib edilərək yenidən hesabat aparılmış və dəyəri 267,71 manat təşkil edən 2167 kvt miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Aşkar edilmiş pozuntu faktlarının mobil telefon vasitəsi ilə video çəkilişləri aparılmışdır. Video çəkilişdə Cavabdeh Ağdaş EŞ-in əməkdaşlarının nə üçün elektrik enerjisindən qanunsuz istifadə etməsi sualına cavab olaraq bildirmişdir ki, maddi imkanı yoxdur. Cavabdeh tərəfindən istehlak edilmiş 612,96 manat dəyərindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində cəmi 66 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 2005,91 manat məbləğində debitor borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli №1 saylı “Pretenziya” şəxsən təqdim edilmişdir. Lakin Cavabdeh Pretenziyanı qəbul etməkdən imtina etmişdir. Bu barədə Ağdaş EŞ-in əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini komputer vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o. ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh «Azərişıq” ASC-yə 2273,62 (iki min iki yüz yetmiş üç manat, altmış iki qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin”Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. "xxxx" ASC ilə Əbdülrəhimov Vüqar arasında bağlanmış xx.xx.20243-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 4-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,08 və 0,13 manat tarifləri üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. xx.xx.2024-cü il tarixli, **********00042 saylı abunə haqqında saldonun surətindən görünür ki, abonent Cavabdeh 2023-cü il tarixinə qədər təbii qazdan istifadəyə görə 2273,62 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli, R № 306853 saylı “Eektrik enerjisindən qanunsuz istifadə görə” aktın surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın alt qapaq hissəsi açılaraq sayğaca dövriyyədən ayıraraq birbaşa şəbəkəyə qoşaraq kənar xətdən istifadə edilir. xx.xx.2023-cü il tarixli icra vərəqəasinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 550,42 manat məbləğində borcu var. xx.xx.2024-cü il tarixli, R № 340409 saylı “Eektrik enerjisindən qanunsuz istifadə görə” aktın surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın alt qapaq hissəsi açılaraq sayğaca dövriyyədən ayıraraq birbaşa şəbəkəyə qoşaraq kənar xətdən istifadə edilir. xx.xx.2024-cü il tarixli icra vərəqəasinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 267,71 manat məbləğində borcu var. xx.xx.2024-cü il tarixli, 1 saylı pretenziya məktubundan görünür ki, «Azərişıq” ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadəyə görə borc ödənilmədiyi üçün xəbərdarlıq olunmuşdur. Beləliklə müəyyən olundu ki, Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Cavabdeh elektrik enerjisindən qeyri qanuni istifadə etməsi "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və elektrik enerjisindən qeyri-qanuni sitifadə olunması aşkar edilərək akt tərtib edilmişdir. Elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə 2273,62 (iki min iki yüz yetmiş üç manat, altmış iki qəpik) manat borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2273,62 (iki min iki yüz yetmiş üç manat, altmış iki qəpik) manat borc və ödənilmiş 42,74 (qırx iki manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2273,62 (iki min iki yüz yetmiş üç manat, altmış iki qəpik) manat borc və ödənilmiş 42,74 (qırx iki manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1017/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1017/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver