Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1042/2024 07.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 4 (dörd) Müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. 1) SM 48844 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 73.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. 2) SM 52038 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 10 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 32.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. 3) SM 45408 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. 4) SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsibağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin qeydiyyat ünvanına məktub göndərilmişdir. Lakin həmin ünvanda yaşamadığı üçün cavabdehə çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən, məktub Ağdaş Rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda, cavabdehin ailə üzvlərinin də məktubu almaqdan imtina etdiyi qeyd olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli borca dair arayışlardan və çıxarışlardan görünür ki: Dövlət rüsumunun ödənilməsi haqqında məlumat SM 48844 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi üzrə ilkin ödəniş etməmişdir və 876.00 manat qalıq (əsas) borcdan 3 ay ərzində cəmi 292.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 584.00 manat əsas, 126.00 manat cərimə, ümumilikdə 710.00 manat borcu qalmışdır. SM 52038 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi üzrə 70.00 manat ilkin ödəniş etmişdir və 320.00 manat qalıq (əsas) borcdan 3 ay ərzində cəmi 96.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 224.00 manat əsas, 50.40 manat cərimə, ümumilikdə 274.40 manat borcu qalmışdır. SM 45408 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə ilkin ödəniş etməmişdir və 180.00 manat qalıq (əsas) borcdan 6 ay ərzində cəmi 105.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 75.00 manat əsas, 25.00 manat cərimə, ümumilikdə 100.00 manat borcu qalmışdır. SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə ilkin ödəniş etməmişdir və 180.00 manat qalıq (əsas) borcdan 6 ay ərzində cəmi 104.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 76.00 manat əsas, 26.00 manat cərimə, ümumilikdə 102.00 manat borcu qalmışdır.Qeyd olunanlara əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 48844 saylı xx.xx.2021-ci il tarixli , SM 52038 saylı xx.xx.2021-ci il tarixli, SM 45408 saylı xx.xx.2021-ci il tarixli və SM 45410 saylı xx.xx.2021-ci il tarixliNisyə satış müqavilələri üzrə yaranmış cəmi 959.00 (doqquz yüz əlli doqquz) manat əsas borc, 227.40 manat (iki yüz iyirmi yeddi manat qırx qəpik) cərimə, ümumilikdə 1 186.40 (min yüz səksən altı manat 40 qəpik) manat borcun və 31,87 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 48844 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 73.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 52038 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 10 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 32.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 45408 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsibağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsibağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh SM 48844 saylı xx.xx.2021-ci il tarixli, SM 52038 saylı xx.xx.2021-ci il tarixli, SM 45408 saylı xx.xx.2021-ci il tarixli və SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 48844 saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 710 (yeddi yüz on) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 52038 saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 274,40 (iki yüz yetmiş dörd manat qırx qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 45410 saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 102 (yüz iki) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 45408 saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 100 (yüz) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32 (otuz iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 48844 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 73.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 52038 saylı xx.xx.2021-ci il tarixdə Nisyə satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 10 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 32.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 45408 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsibağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqaviləsibağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 15.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh SM 48844 saylı xx.xx.2021-ci il tarixli, SM 52038 saylı xx.xx.2021-ci il tarixli, SM 45408 saylı xx.xx.2021-ci il tarixli və SM 45410 saylı xx.xx.2021-ci il tarixdə Müddətli( nisyə) alqı satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməmiş nəticədə cavabdehin İddiaçınə xx.xx.2021-ci il tarixli, SM 48844 saylı müqaviləyə əsasən ümumi borcu 710 (yeddi yüz on) manat, xx.xx.2021-ci il tarixli, SM 52038 saylı müqaviləyə əsasən ümumi borcu 274,40 (iki yüz yetmiş dörd manat qırx qəpik) manat, xx.xx.2021-ci il tarixli, SM 45410 saylı müqaviləyə əsasən ümumi borcu 102 (yüz iki) manat və xx.xx.2021-ci il tarixli, SM 45408 saylı müqaviləyə əsasən ümumi borcu 100 (yüz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 41 (qırx bir) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, SM 48844 saylı müqavilə, xx.xx.2021-ci il tarixli, SM 52038 saylı müqavilə, xx.xx.2021-ci il tarixli, SM 45410 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, SM 45408 saylı müqavilə üzrə ümimilikdə hər dörd müqaviləyə əsasən 959 (doqquz yüz əlli doqquz) manat əsas borc, 41 (qırx bir) manat cərimə borcu olmaqlacəmi 1000 (min) manat borcun və 31,87 (otuz bir manat, səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, SM 48844 saylı müqavilə, xx.xx.2021-ci il tarixli, SM 52038 saylı müqavilə, xx.xx.2021-ci il tarixli, SM 45410 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, SM 45408 saylı müqavilə üzrə ümimilikdə hər dörd müqaviləyə əsasən 959 (doqquz yüz əlli doqquz) manat əsas borc, 41 (qırx bir) manat cərimə borcu olmaqlacəmi 1000 (min) manat borcun və 31,87 (otuz bir manat, səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1042/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1042/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver