Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1050/2024 02.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Pirkəkə kəndi ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşayış evi elektrik sayğacı həyətin küçə tərəfində quraşdırılmışdır. Yaşadığı evə quraşdırılımış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat-bildirişi ona təqdim etmişdir və sayğacda hər hansı nasazlıığın olması barədə ona məlumat verilməmişdir. 19 iyun 2024-cü il tarixdə cavabdeh “X7 Cəmiyyətinin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğacın alt qapaq hissəsindən giriş faza xətinin zədələnərək çıxış xəttinin birbaşa qoşularaq kənar xəttən istifadə edilməsini aşkar etmişlər. Bildirir ki, 18 iyun 2024-cü il tarixdə gecə saat 24:00 radələrində işıqları sönmüşdür. O, həyətə düşəndə görmüş ki, ondan başqa hamının işıqları yanır. Fənər vasitəsi ilə sayğaca baxanda görmüş ki, sayğacın alt hissəsindən xəttə yanğın var. O, dərhal avtomatı söndürərək xətti ayırmış və evində xəstə və körpə uşaqlar olduğuna görə xətti qarmaq formasında digər giriş xəttinə qoşmüşdur. Bundan sonra işıqları yanmışdır. Onun başı çıxmadığına görə qarmağı çıxış xəttinə yox, giriş xəttinə qoşmuşdur. Çöl torpaq sahədə çəltik bitkisi əkdiyi sahəyə su gəlmədiyinə görə fikirləşmiş ki, sahəyə su açıb rayon Elektrik Şəbəkəsinə gedib, hadisə barədə məlumat versin. 19 iyul 2024-cüil tarixdə saat 12:00 radələrində ona sahədə olarkən evdən zəng etdilər ki, işıq işçiləri gəlib onu axtarırlar. O, dərhal evə gələndə qapıda bir neçə nəfər əməkdaşları görmüşdür. Onlar sayğaca müdaxilə etdiyini bildirəndə demişdir ki, başı çıxmadığına görə evə gecə vaxtə gedən xətti çıxış xəttinə yox, giriş xəttinə birləşdirmişdir. Əməkdaşlar onunla razılaşmayaraq bu barədə akt tərtib etmişlər. O, həmin aktı imza etməkdən imtina etmişdir. 03 iyul 2024-cü il tarixdə elektrik sərfiyyatına görə bildirişi alanda ona məlum olmuşdur ki, sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən qanunsuz istifadə etməyi nəticəsində 798.86 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun **********00003 saylı abunə koduna vurulmuşdur. O, bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın X3rkən oradan ona 19 iyun 2024- cü il tarixli 342635 nömrəli məişət abonenti (əhali) istehlakçılar qrupu barədə aktın surəti verməklə kifayətlənmişlər. O, cavabdeh orqanın X4 abonent saldosunu tələb edəndə onu verməkdən imtina etmişlər və məhkəmə istədiyi halda veriləcəyi bildirildi. Bir daha bildirir ki, çəkilmiş elektrik xətti 18 iyun 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixə keçən gecə bilməyərəkdən tərəfindən birləşdirilmişdir. Ona görə də hesab edir ki, cavabdeh orqan tərəfindən 798.86 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur. Bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKT R serialı 342635 saylı Akta əsasən hesablanmış 798 manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyəti tərəfindən borcun silinməsi tələbinə dair” iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı Ağdaş EŞ-nin proqram bazasında **********00003 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2019-cu il tarixdən quraşdırılmış Luna-lun 10 tipli zavod nömrəsi № 20490945 olan elektrik hesablama sayğacı vasitəsi ilə hal-hazıra kimi istifadə edir. “EEİQ"nin tələbləri pozulduğuna görə xx.xx.2024-cü il tarixli AKT R № 342635 saylı akt İddiaçı barəsində tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları E.Müzəffərov, R.Muxtarov və S.Kazımov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum oldu ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edirdi. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan "ampermaşa” ilə ölçüldükdə xəttdən keçən cərəyanın yükünün J=0.4 A, P=0.088 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası"nda **********00003 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarının pozulması haqqında AKT R № 342635 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində sayğacın giriş xətti bərpa edilməsi və sayğac yenidən möhürlənməsi tələbi qoyulmuşdur. İddiaçı məxsus elektrik hesablama sayğacına baxış keçirİməsindeəvə pozuntu faktı ilə əlaqədar akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq aktı imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən "kənar xətt’ vasitəsi ilə qanunsuz istifadə edilməsi aktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. xx.xx.2024-cü il tarixli 814462 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında Protokoldan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında qüsur aradan qaldırılmış, sxem bərpa olunmuş və sayğac yenidən möhürlənmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində xx.xx.2024-cü il tarixdə gecə saat 24:00 radələrində yaşadığı evin işıqları keçdiyinə görə həyətə çıxmış sayğacın alt hissəsində yanğın baş verdiyini görərək sayğacı avtomatdan söndürüb öz başına sayğacın alt qapaq hissəsindən giriş faza xəttini çıxış xəttinə bir başa qoşmaqla X2 etdiyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, pozuntu faktı mobil telefon vasitəsi ilə aparılmış video çəkilişdə sayğacın giriş faza xəttində yanğın olmasına xarakterik hər hansı bir zədənin (termiki ərimə) olması müəyyən edilmir. “Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 797,28 manat təşkil edən 6456 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P = 4,27 kvt, W= 4,27 kvt x 90 gün x 0,07= 6456 kvt saat, 600 kvt x 0.08 = 48 manat, 300 kvt x 0.09 = 27 manat, 5556 kvt x 0.13 = 722,28 manat, Cəmi: = 797,28 manatdır. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Aktlar və onlara əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1ydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Dəyişikliyə görə. X1ydalarının 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğaclan zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1. bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yanmbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2 bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İddiaçi Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKT R serialı 342635 saylı Akta əsasən hesablanmış 798 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AKT R № 342635 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları E.Müzəffərov, R.Muxtarov və S.Kazımov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum oldu ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edirdi. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan "ampermaşa” ilə ölçüldükdə xəttdən keçən cərəyanın yükünün J=0.4 A, P=0.088 kvt olduğu müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 814462 nömrəli protokoldan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında qüsur aradan qaldırılmış, sxem bərpa olunmuş və sayğac yenidən möhürlənmişdir. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********00003 saylı kod üzrə abunə haqqında 342635 nömrəli icra vərəqindən görünür ki, “Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 797,28 manat təşkil edən 6456 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P = 4,27 kvt, W= 4,27 kvt x 90 gün x 0,07= 6456 kvt saat, 600 kvt x 0.08 = 48 manat, 300 kvt x 0.09 = 27 manat, 5556 kvt x 0.13 = 722,28 manat, Cəmi: = 797,28 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları E.Müzəffərov, R.Muxtarov və S.Kazımov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı da yaşadığı Pirkəkə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum oldu ki, abonent sayğacın altqapaq hissəsinin giriş faza xəttini zədələyərək çıxış xəttinə birbaşa qoşmaqla elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edirdi. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçüldükdə xəttdən keçən cərəyanın yükünün J=0.4 A, P=0.088 kvt olduğu müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 814462 nömrəli protokola əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında qüsur aradan qaldırılmış, sxem bərpa olunmuş və sayğac yenidən möhürlənmişdir. Bundan sonra “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 797,28 manat təşkil edən 6456 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən 90 (doxsan) gün əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesablana bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 90 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Mülki işin materiallarından müəyyən edilir ki, sayğaca sonuncu baxış xx.xx.2024-cü il tarixdə olmuş, həmin tarixdə heç bir pozuntu müəyyən edilməmiş və yalnız qanunsuz qoşulma halı xx.xx.2024-cü il tarixdə aşkar edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 797,28 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 15 günün borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Bundan başqa, cavabdeh təşkilat iddia ərizəsinə etirazda hesablaşmanı ümumiyyətlə düzgün tərtib etməmişdir və özləri tərəfindən tərtib edilmiş icra vərəqəsi ilə ziddiyyət təşkil edir. İcra vərəqəsində olan düstur əsasında hesablaşma aparılarsa (yalnız aktın əsaslı olduğu günlərin sayının sonuncu baxışdan nöqsan aşkar olunan günə qədər hesablanmaqla 15 gün olması nəzərə alınaraq), iddiaçıya akt üzrə hesablana biləcək cərimə məbləği 97,89 manat ola bilərdi. Hesablama isə aşağıdakı qaydada aparılmalı idi: W = 4,27 kVt x 15 gün x 24 saat x 0,7 manat = 1076,04 kVt 600 kVts x 0,08 manat = 48 manat 300 kVts x 0,09 manat = 27 manat Yerdə qalan 1176,04 kVts x 0,13 manat = 22,89 manat 48 manat + 27 manat + 22,89 manat = 97,89 manat Beləliklə akt üzrə hesablanmış borc 97,89 manat hissədə əsaslı olmuşdur. Qalan hissədə, yəni 699,39 (797,28-97,89=699,39) manat hissəsində isə borc əsassız hesablanmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində akt üzrə ona hesablanmış 798,86 manat borcun silinməsini xahiş etsə də, işin materialları ilə müəyyən edilir ki, akt üzrə hesablanmış borc 798,86 manat deyil, 797,28 (abonentin saldosu üzrə 48+27+722,28) manatdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********00003 saylı abonent hesabına 19 iyun 2024-cü il tarixli, AKT R 342635 saylı akt əsasında hesablanmış 699,39 (altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1.000 manatadək olduqda müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 699,39 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********00003 saylı abonent hesabına 19 iyun 2024cü il tarixli, AKT R 342635 saylı akt əsasında hesablanmış 699,39 (altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1050/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1050/2024
02.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver