Məhkəmə qərarları › İş №e-2(014)-1051/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1051/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1051/2022 02.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair işə 02 avqust 2022-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2213.70 (iki min iki yüz on üç manat yetmiş qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 194.40 (bir yüz doxsan dörd manat qırx qəpik) manat, əvvəlcədən ödənilmiş 44.08 (qırx dörd manat səkkiz qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının ümumulikdə isə 2452.58 (iki min dörd yüz əlli iki manat əlli səkkiz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************, VÖEN **********, SWİFT iBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01010 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə ödənilməmiş 2408.10 manat borc yaranmışdır. Tələb olunan borcun 2213.70 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabat və 194.40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat əsasən yaranmışdır. Hazırda cavabdehdən sayğac üzrə aparılan hesabata əsasən tələb olunan 2213.70 manat borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Nizami küçəsindəki mənzilində istismarda olan G4 markalı **********8 nömrəli sayğacın 2605 m3 göstəricisi ilə müəyyən edilmişdir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış 194.40 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Nizami küçəsindəki mənzilində hazırda istismarda olan G4 markalı 00402097 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində stirmarda olan G-4 markalı 00402097 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2019-cu il tarixli 29/1710- 01438-1 saylı rəydə “sayğacın qoruyucu ekranını plastmas qapağa birləşdirən dörd qulaqcıqdan ikisi aşkar olunmamışdır. Verilmiş rəyə görə təbii qazdan istifdə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz işlədicilərindən Radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, sutkalıq iş rejimi 18 saat hesabat müddəti 90 gün; qaz piltəsi PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 1944 m3 ( və ya 194.40 manat) həcmində müəyyən edilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə zalında izahatında təbii qazdan istifadə üçün quraşdırılımış qaz sayğacının onun mənzilindən kənarda yerləşdiyini, sayğaca hər hansı kənar müdaxilə etmədiyini və hər hansı müdaxilə olarsa da onun məsuliyyət daşımadığını, borcun əsassız olaraq yazıldığını, sayğac göstəricisənə əsasən hesablanmış borcun uzun müddət ondan tələb edilmədiyini bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan **********01010 saylı abonent saldosunun surətindən görünür ki, Cavabdeh 2022-ci ilin aprel ayına ümumilikdə 2408.10 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, xx.xx.2019-cu il tarixli ******* №-li Akta əsasən Cavabdeh 1944 m3 ( və ya 194.40 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, qoruyucu ekranı plastmas qapağa birləşdirən dörd qulaqcıqdan ikisi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X4 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” nın 4.9-cu bəndinə əsasən qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması texniki nasazlıqlar və.s başa düşülür. Həmin qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydalara 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yertinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixə ümumilikdə 2408.10 manat borc hesablanmışdır. Tələb olunan borcun 2213.70 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata, 194.40 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən müəyyən edilmişdir. Sayğac göstəricisinə əsasən aparılmış hesabatında da 443.90 manat hissəsi 2016-cı ilin oktyabr ayınadək hesablanmış borcdur. Eyni zamanda, Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış 2213.70 manat borc hissəsində qismən təmin edilməli, 1769.80 ( 2213.70-443.90) manat pul cavabdehdən tutulmalı, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı 194.40 manat borcun tutulması hissəsində isə rədd edilməlidir. Belə ki, iddiaçı tələb etdiyi öhdəliyin 443.90 manat hissəsini 5 il keçdikdən, yəni öhdəliyin icrası müddəti başa çatdıqdan sonra cavabdehdən tələb edir. Qanunla müəyyən edilmiş müddət kəsici olduğundan, bunun üçün ayrıca ərizə verilməsinə ehtiyac yoxdur və məhkəmə tərəfindən həmin müddət nəzərə alınmalıdır. Eyni zamanda, cavabdehin bundan sonra ödənişlər etməsi həmin borcun məbləği ilə bağlı deyil, yeni yaranmış borcların ödənilməsinə dair olmuşdur. Abonentin aylıq borcundan əlavə olaraq köhnə borcları ödəməsi işin materialları ilə müəyyən edilmir və iddiaçı da cavabdehin köhnə borclarını etiraf edərək ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, qaz istismarı ilə bağlı ödənişlər mütəmadi xarakter daşıdığından və abonentin növbəti aylarda müvafiq hesablanmış borcundan artıq olmayan məbləğdə mütəmadi ödənişlər etməsi onun köhnə borclarının etirafı kimi qiymətləndirilə bilməz. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış ziyana gəldikdə isə qaz sayğacı həyətin çöl divarında kənarda yerləşdiyindən qaz sayğacına hər hansı müdaxiləyə görə Cavabdeh hər hansı bir məsuliyyət daşıya bilməz. Buna görə də məhkəmə hesab edir ki, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı yaranmış borc əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğaca müdaxilə yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin təqsiri nəticəsində tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən, qaz sayğacı həyət divarından kənarda yerləşdiyindən, cavabdeh tərəfindən heç bir müdaxilə edilmədiyindən, həmin hallar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1769.80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 44.08 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 22 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 22.08 manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1769.80 (bir min yeddi yüz altmış doqquz 80 qəpik) manat borc, 22 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 44.08 (qırx dörd manat, 8 qəpik ) manat dövlət rüsumunun qalan 22.08 manatı və .40 qəpik bank xidmət haqqı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar