Məhkəmə qərarları › İş №e-2(014)-1056/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1056/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1056/2022 18.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 252.30 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 648 manat borcun, cəmi 900.30 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə məhkəmə iclasında baxılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbləri ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktlara əsasən əsassız hesablanaraq iddiaçı Cavabdeh **********01280 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat borcun silinməsi, həmçinin Ağdaş Rayon Məhkəməsinin 2(014)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı İB-nin X1 İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh **********01280 saylı abonent koduna yazılmış 432 manat borcun silinməsi qət edilmiş, məhkəmənin 18 iyul 2022-ci il tarixli qərardadı ilə işin icraatına 648 manat hissədə xitam verilmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01280 saylı qaz hesabında ödənilməmiş 900.30 manat borcu vardır. Tələb edilən borcun 252.30 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 648 manat hissəsi isə həmin ünvanda 2 dəfə (216+432) təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 252.30 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Pirəyir kəndindəki ünvanında hazırda istismarda olan G4T markalı **********4 nömrəli sayğacın 4786 m3 göstəricisi ilə müəyyən edilmişdir. Qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 216 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Pirəyir kəndindəki ünvanında istismarda olmuş G-4 markalı 11436115 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 11436115 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2021-ci il tarixli 29/1710-00682-1 saylı rəydə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə 2-ci borc isə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 432 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Pirəyir kəndindəki ünvanında istismarda olmuş G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşadığı yaşayış evində istismarda olan G-4 markalı **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2021-ci il tarixli 29/1710-04414-1 saylı rəydə “sayğacın çıxış plastmas borusu deşilib” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejmi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə 4320 m3 (və 432 manat) həcmində müəyyən edilmişdir. Odur ki, cavabdeh Ağdaş rayonu, Pirəyir kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 252.30 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 648 manat borcun, cəmi 900.30 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Zaqatala RQİİ-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilə görə 900.30 manat borcu vardır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m3 (və ya 432 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, hesablama mexanizminin çarxları aşkar olunmadığı, əvəzində isə yad əşya aşkar edilmiş, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İsmayılov İbrahimin istifadəsində olan G-4 markalı 11436115 nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı **********0 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İsmayılov İbrahimin istifadəsində olan G-4 markalı **********0 nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı **********4 nömrəli sayğac quraşdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktlara əsasən əsassız hesablanaraq iddiaçı Cavabdeh **********01280 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat (iki yüz on altı manat) borcun silinməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin X1 İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh **********01280 saylı abonent koduna yazılmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hğquq və azadlgqlargndan bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasgngn Konstitusiyasgna və qanunlargna əməl etməli, başqa şəxslərin hğquq və azadlgqlargna hürmət bəsləməli, qanunla mğəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-də istehlakçı kimi qeydiyyatda olan Cavabdeh özünə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Belə ki, istehlakçı Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən **********01280 saylı qaz hesabında 252.30 manat borc yaranmışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış borc məbləği olan 252.30 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 252.30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı, cəmi 282 manat 70 qəpik (iki yüz səksən iki manat yetmiş qəpik) tutularaq İddiaçı İBnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar