Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-107/2024 01.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1 iştrakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh məxsus mənzilində 1031-08-22 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir Cavabdeh **********01890 saylı qaz hesabında ödənilməmiş 4554.56 manat borc vardır. Tələb olunan 200 manat hissəsi sayğac göstəricisinə və 4354.56 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə hesablanan 200 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan smart G-4T markalı 11466888 nömrəli sayğacın 222943m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırki mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4354.56 manat məbləğindəki borc Cavabdeh yaşdığı Ağdaş rayonu Aşağı Zeynəddin kndində yerləşən mənzilində istismarda olan G-4 markalı 11466888 nömrəli qaz sayğacında kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 11466888 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərindən PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0/8m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3/4 m3 saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288m3 (və ya 4354.56 manat) həcmində müəyyən edilmişdir. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsada ailə üzvüləri ilə birlikdə ünvan 2 ünvanda ona məxsus fərdi yaşayış evi var. Həmin ev İddiaçı tərəfindən küçədə quraşdırılmış sayğac vasitəsilə məişət qazı ilə təmin edilir. Hamı kimi yandırdığı qazın pulunu hər ay verir. Belə ki ondan sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 200 (iki yüz) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 4354.56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borcun ödənilməsi tələb edilmişdir. Təbii qazdan istifadə edir və qaz paylayıcısı ona verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanma barədə məlumat (hesab) təqdim edir. Həmin məlumat əsasında sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişlərinin bir hissəsini gecikdirsə də, növbəti ayın ödənişində artıq ödəməklə həmin borcu ödəyir. İddiaçı İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 4354.56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borc qanunsuz və əsassızdır. Belə ki, aktda sayğacdan kənar xət olduğu qeyd edilir. Necə ola bilər ki, hər ayda ən azı bir dəfə olmaqla (qış aylarında 2dəfə) sayğaca baxış keçrildiyi halda həmin xəttin onun tərəfindən 360 gün istifadə edildiyi qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 №-li qərardada qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bundan başqa qanunda istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı aşkarlanan, qeyri qanuni qoşulmaq əsassız olaraq 360 gün və sutkanın 24 saatı götrülmüşdür. Hal bu ki, həmin müddət qəsdən şişirdilmişdir. Belə çıxır ki, İddiaçı İB-nin X5 İstismar İdarəsinin əməkdaşları 360 gündür onun həyətinə gələrək qaz sayğacına baxış keçirmirlər. Hal bu ki, sonuncu dəfə, 2023-cü ilin fevral ayının 10-na kimi baxış keçrilmiş və ona sərf etdiyi qazın həcmi barədə bildiriş verilmiş, bundan 1 həftə belə keçməmiş, yenidən baxış keçrilmişdir. Buna baxmayaraq İddiaçı İB-nin X5 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan suı-istıfadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi mənim qanunla qorunan hüquqlarımı kobud surətdə pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətlər etmişdir. Hesab edir ki, ondan tələb etikləri borc əsassızdır və rədd edilməlidir. Əksinə İddiaçı İB tərəfindən tələb etdikləri borc silinməlidir.Bütün qeyd etdiklərini nəzərə alaraq, hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 200 (iki yüz) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 4354.56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borcun, əvvəlcədən ödənilmiş 65.55 (altmış beş manat əlli beş qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4620.51 (dörd min altı yüz iyirmi manat əlli bir qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair ilkin iddia tələbinin rədd edilməli, Cavabdeh məxsus **********01890 nömrəli abanent koduna İddiaçı İB tərəfindən akta əsasən əsassız hesablanmış 4354.56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, təyin edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının hər ikisində iştirak etdiyini, lakin yaşlı olmağı və səhəti ilə əlaqədar məhkəməyə gəlib gedə bilmir. Odur ki, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçrilməsini və ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh məxsus **********01890 nömrəli abanent koduna İddiaçı İB tərəfindən akta əsasən əsassız hesablanmış 4354.56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdeh qarşılıq iddia üzrə iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlaçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi evə baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu barədə xx.xx.2023-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itrilmiş qazın bərpası üçün dəymiş ziyan 36288 m3 hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir. İşin materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, **********01890 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin oktyabr ayına qədər 4554.56 manat borcu vardır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 65,55 (altmış beş manat, əlli beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evinə baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu, aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparıldığı, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparıldığı, qaz işlədicilərindən PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0/8m3/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3/4 m3 saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288m3 (və ya 4354.56 manat) həcmində müəyyən edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı İddiaçı İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 200 (iki yüz) manat borc və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat borcun, əvvəlcədən ödənilmiş 65.55 (altmış beş manat əlli beş qəpik) manat dövlət rüsumun 30 (otuz) manatı tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməli, ilkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamandan məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********01890 nömrəli abonent koduna yazılmış 3991,68 (üç min doqquz yüz doxsan bir manat altmış səkkiz qəpik) manat borc silinməli, qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59,92 (əlli doqquz manat doxsan iki qəpik) manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 200 (iki yüz) manat borc və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat borc tutularaq cavabdeh İddiaçınə ödənilsin. Ödənilmiş 65.55 (altmış beş manat əlli beş qəpik) manat dövlət rüsumun 30 (otuz) manatı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilsin. İlkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********01890 nömrəli abonent koduna yazılmış 3991,68 (üç min doqquz yüz doxsan bir manat altmış səkkiz qəpik) manat borc silinsin. İş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59,92 (əlli doqquz manat doxsan iki qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-107/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-107/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver