Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1085/2025 15.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 dekabr 2024-cü il tarixə 974.17 manat gecikdirilmiş əsas, 572.13 manat gecikdirilmiş mükafat, 676.01 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 708 manat məbləğində pulun, ümumilikdə 2930.31 məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inzibati xəta haqqında protokollara görə tərəflərindən ödənilmiş 3520 manat məbləğində pul və ödənilmiş 84.51 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X2 ilə 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9PA135815 ban, boz metallik rəngli avtomobil 21800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 522.87 manat, ümumilikdə isə 29098 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 01 fevral 2024-cü il tarixdə X6, X4 və İddiaçı MMC arasında ALY1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 12 fevral 2024-cü il tarixdə X4, Cavabdeh1 və İddiaçı MMC arasında ALY-1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 708 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh116 iyun 2023-cü il tarixli ALY-2026 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 dekabr 2024-cü il tarixə 974.17 manat gecikdirilmiş əsas, 572.13 manat gecikdirilmiş mükafat, 676.01 manat dəbbə pulu, ümumilikdə 2222.31 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh2 AR X14 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir.
1. EQ 22863862 saylı protokola görə 640 manat; 2. EQ 22862690 saylı protokola görə 640manat; 3. EQ 22862570 saylı protokola görə 640 manat; 4. EQ 22841179 saylı protokola görə 640 manat; 5. EQ 20237268 saylı protokola görə 480 manat; 6. EQ 19907105 saylı protokola görə 480 manat; Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 3520 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında, izahatında iddia tələbini qəbul etmədiyini, qeyd edilən borcun digər cavabdehdən tutulmalı olduğunu, buna görə də iddia tələbinin ona dair hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ALY-1885 saylı “öhdəliklərin ötürülməsi müqaviləsi”nin surətindən görünür ki, X4, Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli razılaşmalardan görünür ki, Cavabdeh1 arasında xx.xx.2024cü il tarixli, ALY-1885 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əlavələr edilməsi haqqında və xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “Daxili Lizinq” müqaviləsinə dəyişikliklər edilməsinə dair razılaşmalar olmuşdur. xx.xx.2024-cü il tarixli təhvil-təslim atının surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X1 Qadir Qədir oğlunun istifadəsinə verilmiş, saz vəziyyətdə olan "xxxx" MMCnin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. 09 dekabr 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhviltəslimi aparılmışdır. Nəqliyyat vasitəsində əzilmiş hissələr: Bufer və kapot əzik. 12 fevral 2024-cü il tarixli, ALY-1885 saylı “X10”nə 3 nömrəli əlavənin surətindən görünür ki, lizinq alan Cavabdeh1 illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 522.87 manat, ümumilikdə isə 21800 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 15 may 2023-cü il tarixli, ALY-1885 saylı “X10”in surətindən görünür ki, 12 fevral 2024-cü il tarixdə X4, Cavabdeh1 və İddiaçı MMC arasında ALY-1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 may 2023-cü il tarixli, ALY-1885 saylı “X8 1 nömrəli əlavənin surətindən görünür ki, “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi dəyəri 21800 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh1 göndərilmiş 17 yanvar 2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, 12 fevral 2024-cü il tarixdə X4, Cavabdeh1 və İddiaçı MMC arasında ALY-1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. 09 avqust 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi duracağa gətirilmişdir. xx.xx.2025-ci il tarixli 166 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 15 may 2023-cü il tarixli ALY-1885 saylı X10 üzrə xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas borcu, gecikdirilmiş mükafat borcu və həmin günə geciikdirməyə görə hesablanmış dəbbə pulu əsas borc 974.17 manat, mükafat borcu, cərimə 676.01 manat olmaqla, 2222.31 manat borcu yaranmışdır. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində saat 05:07-də radələrində Xocasen-Lokbatan yolu 1.1 km Avtovagzal istiqamətində “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 328.2.-ci 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində saat 19.03-də radələrində Xırdalan şəhəri Heydər Əliyev pr –də “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 327.2.ci 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində saat 16.34-də radələrində Bakı-Quba yolu9 km-də “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən yol nişanlarının tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 327.1.-ci 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. 7 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Azərmaş Alyans MMC-dən qəbul edilmiş məktub qaimə (881115) Cavabdeh2 zərf çatdırılmamışdır. Səbə: xx.xx.2025-ci il tarixində ünvana gedildi, ünvan tam deyil. Qeyd olunan əlaqə nömrəsinə zəng çatmır. Lizinq obyekti olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. 1. EQ 22863862 saylı protokola görə 640 manat; 2. EQ 22862690 saylı protokola görə 640manat; 3. EQ 22862570 saylı protokola görə 640 manat; 4. EQ 22841179 saylı protokola görə 640 manat; 5. EQ 20237268 saylı protokola görə 480 manat; 6. EQ 19907105 saylı protokola görə 480 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 708 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı MMC tərəfindən verilmiş, 06 avqust 2025-ci il tarixli 698 saylı məktubdan görünür ki, lizinq alan Cavabdeh1 xahişi əsasında lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair İddiaçı MMC tərəfindən Cavabdeh2 bir neçə etibarnamə verilmişdir. Cavabdeh1 ərizəsi və verilmiş etibarnamələrin surəti məktuba əlavə olunur. Həmçinin lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alan Cavabdeh1 təhvil verilməsi 12 fevral 2024-cü il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əlavə olunmuş təhvil-təslim aktında öz əksini tapmışdır. İddiaçı MMC-nin direktoruna “ALY-1885” saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ünvanlanaraq, Cavabdeh2 adını etibar edilən şəxslərin siyahısına əlavə etməklə, ona lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Etibarnamənin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “X10” əsasında lizinqlə verilmiş 1 ədəd “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “X10” əsasında lizinqlə verilmiş 1 ədəd “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “X10” əsasında lizinqlə verilmiş 1 ədəd “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “X10” əsasında lizinqlə verilmiş 1 ədəd “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ALY-1885 saylı “X10” əsasında lizinqlə verilmiş 1 ədəd “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. “Daxili lizinq” müqaviləsinin görünür ki, 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia ərizəsinin verilməsinə görə 84.51 (səksən dörd manat əlli bir qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X2 ilə 2023-cü il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9PA135815 ban, boz metallik rəngli avtomobil 21800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 522.87 manat, ümumilikdə isə 29098 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 01 fevral 2024-cü il tarixdə X6, X4 və İddiaçı MMC arasında ALY1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 12 fevral 2024-cü il tarixdə X4, Cavabdeh1 və İddiaçı MMC arasında ALY-1885 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh1 ərizəsinə əsasən Cavabdeh2 adını etibar edilən şəxslərin siyahısına əlavə etməklə, ona lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh2 etibarnamə verilmişdir. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, buna görə də Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexi”a minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 708 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh1 16 iyun 2023-cü il tarixli ALY-2026 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 dekabr 2024-cü il tarixə yaranmış 974.17 manat gecikdirilmiş əsas, 572.13 manat gecikdirilmiş mükafat, 676.01 manat dəbbə pulu, ümumilikdə 2222.31 manat gecikmə borcu yarandığını, həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 tərəfindən EQ 22863862 saylı protokola görə 640 manat, EQ 22862690 saylı protokola görə 640 manat, EQ 22862570 saylı protokola görə 640 manat, EQ 22841179 saylı protokola görə 640 manat, EQ 20237268 saylı protokola görə 480 manat, EQ 19907105 saylı protokola görə 480 manat olmaqla həmin protokollara görə ümumilikdə 3520 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənildiyini, buna görə də İddiaçı MMC ödəmiş olduğu cərimələrin əvəzi olan 3520 manat pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-11.1-ci maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclərdən ibarətdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə iddia ərizəsini və mülki işinm materiallarını qarşılıqlı surətdə araşdıraraq hesab edir ki, iddia tələbinin Cavabdeh1 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 dekabr 2024-cü il tarixə 974,17 manat gecikdirilmiş əsas, 572,13 manat gecikdirilmiş mükafat, 676,01 manat dəbbə pulu hissəsində əsaslıdır. Lakin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 708 manat məbləğində pulun yalnız Cavabdeh1 tələb edilməsinin ədalətli hesab etmir. Belə ki, həmin avtomobilə Cavabdeh1 ilə lizinq müqaviləsi bağlanılmış, eyni zamanda Cavabdeh1 ərizəsinə əsasən həmin avtomobilə digər Cavabdeh2 etibarnamə verilmişdir. Belə olan halda, məhkəmə “Chevrolet Nexia” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 708 manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tutulmasını ədalətli hesab edir. Bundan başqa məhkəmə EQ 22863862 saylı protokola görə 640 manat, EQ 22862690 saylı protokola görə 640 manat, EQ 22862570 saylı protokola görə 640 manat, EQ 22841179 saylı protokola görə 640 manat, EQ 20237268 saylı protokola görə 480 manat, EQ 19907105 saylı inzibati xəta haqqında protokollara görə 480 manat olmaqla həmin protokollara görə ümumilikdə 3520 manat məbləğində pul vəsaitinin hər iki cavabdehlərdən tələb edilməsinidə ədalətli hesab etmir. İşin materiallarında olan həmin protokollardan görünür ki, inzibati xəta hadisəsi Cavabdeh2 tərəfindən törədilmişdir. Belə olan halda, məhkəmə həin inzibati cərimələr üzrə iddiaçı tərəfindən ödənilmiş 3520 manat pulun Cavabdeh2 tutulmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 974,17 manat gecikdirilmiş əsas, 572,13 manat gecikdirilmiş mükafat, 676,01 manat dəbbə pulu olmaqla cəmi 2222,31 (iki min iki yüz iyirmi iki manat otuz bir qəpik) manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, Cavabdeh1 Cavabdeh2 lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 708 (yeddi yüz səkkiz) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, Cavabdeh2 inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pulun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci olan iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 84,51 (səksən dörd manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti iddianın təmin edilməsi hissəsinə münasib olaraq Cavabdeh1 34 (otuz dörd) manat pul və Cavabdeh2 50,51 (əlli manat əlli bir qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 15 may 2023-cü il tarixli ALY-1885 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 974,17 manat gecikdirilmiş əsas, 572,13 manat gecikdirilmiş mükafat, 676,01 manat dəbbə pulu olmaqla cəmi 2222,31 (iki min iki yüz iyirmi iki manat otuz bir qəpik) manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh1 Cavabdeh2 lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 708 (yeddi yüz səkkiz) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh2 inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pulun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Məhkəmə xərci olan iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 84,51 (səksən dörd manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti iddianın təmin edilməsi hissəsinə münasib olaraq Cavabdeh1 34 (otuz dörd) manat pul və Cavabdeh2 50,51 (əlli manat əlli bir qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Mürsəlova