Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-110/2024 29.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət müraciət edərək cavabeh Ağdaş şəhəri Babək küçəsi 21 ünvanda yaşayan Cavabdeh Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1902,50 (min doqquz yüz iki manat, əlli qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 39,03 (otuz doqquz manat, üç qəpik) manat dövlət rüsumun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 1941,93 (min doqquz yüz qırx bir manat, doxsan üç qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Babək küçəsi 21 ünvanda yaşayan Cavabdeh məxsus mənzilində № 2156-06-21 saylı 07 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00120 saylı qaz hesabında ödənilməmiş 1902,50 manat borc vardır. Həmin borc isə sayğac göstəricisi üzrə aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1902,50 manat məbləğdəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4 markalı **********3 nömrəli qaz sayğacının 10934 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək ondan 1902,50 manat borcun və 39,43 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi hal-hazırda Sizin icraatınızdadır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizələrə ərizə məhkəməyə daxil olduğu gündən 40 iş günü ərzində iddia tələbinə etiraz etmək hüququ vardır. İddiaçı tələb etdiyi borc məbləği şişirdilmiş və əsassızdır. Belə ki, ödəniş etmiş və kiçik məbləğdə borcu qalmışdır. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə şişirdilmiş borc tələb olunur. Odur ki, İddiaçı kiçik iddialara dair şlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmasını və İddiaçı 1902,50 manat borcun və 39,43 manat cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmaya ehtiyac olduğu üçün iş iddia icraatına keçirilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq Ağdaş şəhəri, Babək küçəsi 21 ünvanda yaşayan istehlakçı Cavabdeh qaz hesabında yaranmış debitor borcla bağlı etirazlarına münasibət olaraq bildirmişdir ki, Ağdaş şəhəri, Babək küçəsi 21 ünvanda yerləşən fərdi yaşayış evinin **********00120 saylı qaz hesabı Cavabdeh adına rəsmiləşdirilmiş və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 2156-06-21 nömrəli müqavilə bağlanılmışdır. İstehlakçı tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri müəyyən edilmiş öhdəliklərin İcrasından yayınmaqdadır. Çünki qaz hesabında yaranmış tarixçəsinə baxıldıqda illərlə istehlak edilmiş təbii qazın dəyərinin ödənilməməsi və hazırda qaz hesabında yaranmış daha yüksək məbləğdə debitor borca etiraz etməsi tam əsasızdıır. Belə ki, istehlakçı Cavabdeh qaz hesabında yaranmış 2092,45 manat debitor borcun məcburi tutulması ilə bağlı Azəriqaz istehsalat Birliyi 2021-ci ilin noyabr ayında Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və e-2(014)-217/2022-ci il tarixdə iddia tələbi qismən təmin edilmiş və cavabdehin üzərinə 1117,25 (min yüz on yeddi manat, iyirmi beş qəpik) manat sayğac göstəricisinə görə, qazdan istifadə qaydalarının pozulmasına görə qalıq qalmış 35 manat və 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qırx qəpik xidmət haqqının ümumilikdə 1182,65 manat məbləğin Birliyin hesabına ödənilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə tərəfindən qismən təmin edilmiş idda tələbinin təmin edilməyən hissəsi üzrə 940,20 manat məbləğin Birlik tərəfindən istehlakçının qaz hesabında düzəlişin edilməsi 19 iyul 2022-ci il tarixdə təmin edilmişdir. Lakin istehlakçı tərəfindən məhkəmə qətnaməsi üzrə qoyulmuş öhdəliyin icrası tam təmin edilməmişdir. Belə ki, ilkin iddia tələbinin irəli sürüldüyü 2092,45 manat debitor üzrə 2021-ci ilin okyabr ayından etibarən bu günədək qaz hesabı üzrə istehlak edilmiş təbii qazın dəyəri və ödənişlər barədə məlumatları müqayisələndirilmiş və müəyyən edilmişdir ki, istehlakçı Cavabdeh tərəfindən 2308,39 manat məbləğdə təbii qaz istehlak etmiş və 1957,50 manat məbləğdə ödəniş etmişdir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-217/2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin üzərinə qoyulmuş 1117,25 (min yüz on yeddi manat, iyirmi beş qəpik) manat sayğac göstəricisinə görə, qazdan istifadə qaydalarının pozulmasına görə qalıq qalmış 35 manat və 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qırx qəpik xidmət haqqının ümumilikdə 1182,65 manat məbləğin ödənilməsi tələbi araşdırıldıqda hazırki vəziyyətdə istehlaçının qaz hesabında ödəmədiyi 1533,54 manat debitor borc olduğu müəyyən edilmişdir. Eyni zamanda istehlakçı Cavabdeh məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri təhlil edilmiş və heç bir kənarlaşma olmadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmənin icratında olan 2(014)-110/2024 saylı mülki iş üzrə İddiaçı iddia tələbi üzrə Cavabdeh 1533,54 manat sayğac göstəricisinə əsasən yaranmış borcun və əvvəlcədən ödənilmiş 39 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqının ümumilikdə 1572,94 manat borcun tutulması ilə bağlı tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş subutları, eyni zamanda 16 fevral 2024-cü il tarixli saldo nəzərə alınsa abonentin hazırda 1423,40 manat borcu vardır. Belə ki, abonent tərəfdən ödənişlər edildikcə borc məbləği də azalır. Cavabdehin ilkin qətnamə üzrə borcu ödədiyini bildirməsi doğru deyil, çünki Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh borcun ödənilməsi üçün hesab açılmamışdır. Bu səbəbdən də Cavabdeh yeni sayğac üçün ödədiyi məbləğ köhnə borcun ödənilməsinə çıxılmışdır və bu hal da Cavabdeh çaşdırmışdır. Hazırda cavabdehin İddiaçınə 1423,40 manat borcunun olmasını nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, sözügedən qaz sayğacı onun babasına məxsus olmuş, babasının isə qazdan istifadəyə görə borcu olmuşdur. Həmin borcla bağlı məhkəmə qətnaməsi qəbul olunduqdan sonra həmin sayğacı öz adına rəsmiləşdirmiş və sayğac göstəricinə görə olan borcu məhkəmə qətnaməsi çıxdıqdan sonra hissə-hissə olmaqla İcra şöbəsinə ödəyir. Məhkəməyə təqdim etdiyi qəbzlərə əsaslanaraq İddiaçınə yeni sayğac üzrə 2400 manat ödəmişdir. Bu məbləğ sayğacın üzərində olan göstəriciyə uyğun gəlir. Əvvəlki borcun onun yeni sayğac üzrə ödədiyi məbləğdən tutulmasını qəbul etmir. Onun hazırda İddiaçınə heç bir borcu yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07 may 2021-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan 4 noyabr 2023-cü il tarixli, **********00120 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 1902,50 manat borc hesablanmışdır. İşin materiallarında olan 24 yanvar 2024-cü il tarixli, **********00120 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin dekabr ayına qədər təbii qazdan istifadəyə görə 1682 manat borc hesablanmışdır. İşin materiallarında olan 16 fevral 2024-cü il tarixli, **********00120 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin fevral ayına qədər təbii qazdan istifadəyə görə 1423,40 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 39,03 (otuz doqquz manat, üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli, № 2156-06-21 saylı müqaviləyə əsasən İddiaçı Cavabdeh təbii qazla təmin etmiş, Cavabdeh 07 may 2021-ci il tarixli, № 2156-06-21 saylı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçınə ümumilikdə 1423 (min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən onun üzərinə qoyulmuş borcu Ağdaş rayon İcra və probasiya Şöbəsinə ödədiyindən həmin borcun yeni sayğac üzrə ödədiyi borcdan çıxılmalı olmadığını bildirsə də məhkəmə iclasında əvvəlki borcunu ödəməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1423 (min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh 34,23 (otuz dörd manat, iyirmi üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1423,40 (min dörd yüz iyirmi üç manat, qırx qəpik) manat əsas borc və 34,23 (otuz dörd manat, iyirmi üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, ümumilikdə 1458,30 (min dörd yüz əlli səkkiz manat, otuz qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-110/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-110/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver