Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1112/2022 24.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Kombi Hoffman, Seksiya Meta, Seksiya üçün kran Hoffman üçün 2019 (iki min on doqquz) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X3 üçün 1257 (min iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 125 (yüz iyirmi beş) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********71136 X2 7 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə 49 manat (qırx doqquz) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə pulu, ümumilikdə 4198 manat borc və 61.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, X1 Meta Seksiya üçün kran Hoffmann, X4, İmei Kodu **********71136 X2 7 markalı telefon, İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2020-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 4198 (dörd min yüz doxsan səkkiz) manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2088 (iki min səksən səkkiz) manat (29 ay x 69.6 manat + 69.6 manat ilkin ödəniş) olan Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann üçün 2220 (iki min iki yüz iyirmi) manat olmaqla ondan, 2019 (iki min on doqquz) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1295.40 (min iki yüz doxsan beş manat, 40 qəpik) manat (33 ay x 38.1 manat + 38.1 manat ilkin ödəniş) olan X3 üçün 1382 (min üç yüz səksən iki) manat olmaqla ondan, 1257 (min iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 125 (yüz iyirmi beş) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550 (beş yüz əlli) manat (19 ay x 27.5 manat + 27.5 manat ilkin ödəniş) olan İmei Kodu **********71136 X2 7 markalı telefon üçün 544 (beş yüz qırx dörd) manat olmaqla ondan 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 75.6 (yetmiş beş manat, 60 qəpik) manat (13 ay x 5.4 manat + 5.4 manat ilkin ödəniş) olan İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon üçün 52 (əlli iki) manat olmaqla ondan 448 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 190 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissə olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann üçün əsas borc 2019 manat, cərimə borcu 201 manat olmaqla, cəmi 2220 manat məbləğində borc, xx.xx.2022ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh X3 üçün əsas borc 1257 manat, cərimə borcu 125 manat olmaqla, cəmi 1382 manat məbləğində borc, xx.xx.2022-ci tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********71136 X2 7 markalı telefon üçün əsas borc 495 manat, cərimə borcu 49 manat olmaqla, cəmi 544 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən surətindən görünür ki, Cavabdeh İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon üçün əsas borc 48 manat, cərimə borcu 4 manat olmaqla, cəmi 52 manat məbləğində borc hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 01098747 saylı müqavilədən görünür ki, ilkin ödəniş 69.6 manat olmaqla, Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 29 ay ərzində, hər ay 69.6 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01098747 saylı müqaviləyə Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 20125008 saylı müqavilədən görünür ki, ilkin ödəniş 38.1 manat olmaqla, X3 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 33 ay ərzində, hər ay 38.1 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20125008 saylı müqaviləyə X3 məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 20072610 saylı müqavilədən görünür ki, ilkin ödəniş 27.5 manat olmaqla, İmei Kodu **********71136 X2 7 markal telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 19 ay ərzində, hər ay 27.5 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20072610 saylı müqaviləyə İmei Kodu **********71136 X2 7 marakalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 01151864 saylı müqavilədən görünür ki, ilkin ödəniş 5.4 manat olmaqla, İmei Kodu **********69444 Hofmann X Go markal telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 13 ay ərzində, hər ay 5.4 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01151864 saylı müqaviləyə İmei Kodu **********69444 Hoffmann X Go məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 201 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. xx.xx.2020-ci il tarixli müqaviləs üzrə 125 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. xx.xx.2020-ci il tarixli müqaviləs üzrə 49 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 61.98 (altmış bir manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019cu il tarixli müqavilə üzrə Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann üçün 2019 (iki min on doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə X3 üçün 1257 (min iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********71136 X2 7 markal telefon üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə ümumilikdə 3853 (üç min səkkiz yüz əlli üç) manat borc pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119,284-6-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Kombi Hoffmann, Seksiya Meta, Seksiya üçün kran Hoffmann üçün 2019 (iki min on doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X3 üçün 1257 (min iki yüz əlli yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********71136 X2 7 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei Kodu **********69444 Hoffmann X Go markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 3853 (üç min səkkiz yüz əlli üç) manat məbləğində pul vəsaiti və 61.98 (altmiş bir manat, 98 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-1112/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1112/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver