Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1133/2022 17.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qazdan isitifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB iddianı onunla əsaslandırmışdır ki, İddiaçı İB Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02360 saylı qaz hesabında ödənilməmiş 1231.32 manat borc vardır. Tələb olunan borcun 415.70 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 815.62 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 415.70 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvandında hazırda istismarda olan G4T markalı 10316719 nömrəli sayğacın 3703 m3 göstəricisi ilə müəyyən edilmişdir. Tələbdə göstərilən digər borc isə qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 815.62 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanında sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadə nəticəsində müəyən olunmuşdur. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yerləşən mənzilində sayğacdan kənar, qeyri qanuni olaraq küçə xəttinə bir başa qoşulmaqla təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Aşkarlanan fakt üzrə müvafiq qaydada video çəkiliş aparılmışdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarınnı pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin sutkalıq iş recmi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7777 m3 (və ya 815.62 manat) həcmində müəyyən edilir. Odur ki, cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 415.70 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 815.62 manat, cəmi 1231.32 manat əsas borcun, əvvəlcədən ödənilmiş 32.32 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə 1264.04 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək təbii qazdan istifadəyə görə borcu olduğunu, maddi imkanı yaxşı olmadığı üçün yaranmış borcu ödəyə bilmədiyini, hissəhissə borcunu ödəyəcəyini, lakin kənar xəttdən istifadə etmədiyini bildirdi və təbii qazdan qeyri qanuni istifadəyə görə yaranmış borcun silinməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7776 m3 (və ya 815.62 manat) həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı İB-in X1 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbbi qazdan istifadəyə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq iddiaçıya cəmi 815.62 manat borc yazılmışdır. Tələb edilən borc iddiaçı tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 90 gün nəzərdə tutularaq iddiaçıdan tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 415.70 manat borc tam, dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, iddiaçı tərəfindən hesablanmış 815.62 manat borcun 1/3 hissəsi, yəni 271.87 manat, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 415.70 manat əsas borc, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 271.87 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 717 manat 97 qəpik (yeddi yüz on yeddi manat doxsan yeddi qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №e-2(014)-1133/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1133/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver