Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1133/2023 14.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayonu, Maşad kəndində yaşayan cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 60,60 (altmış manat, altmış qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3482,04 (üç min dörd yüz səksən iki manat, dörd qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 54,82 (əlli dörd manat səksən iki qəpik) manat dövlət rüsumun və 0,40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 3537,26 (üç min beş yüz otuz yeddi manat 26 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Elektron Məhkəmə İnformasiya sistemi”ndə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1133/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1133/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver