Məhkəmə qərarları › İş №e-2(014)-121/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-121/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-121/2025 13.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçi “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri H.Əliyev prospekti 2-də yaşayan Cavabdeh məxsus mənzilində № 3xx-xx-2018 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02870 saylı qaz hesabında ödənilməmiş 1454.74 (bir min dörd yüz əlli dörd manat 74 qəpik) manat borc vardır. Tələb olunan 1454.74 manat borc yalnız sayğac göstəricisinə əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1454.74 manat həcmindəki borc Cavabdehyaşadığı ünvanda istismarda olan G4T markalı 40079479 nömrəli sayğacın 6616 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh Ağdaş şəhəri H.Əliyev prospekti 2-də yaşayan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1454.74 (bir min dörd yüz əlli dörd manat 74 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 34.95 (otuz manat 95 qəpik) rüsum, 1489.69 (bir min dörd yüz səksən doqquz manat 69 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarına əlavə edilmiş **********02870 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 09.2024-cü il tarixə 1454,74 manat debitor borcu vardır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 34,55 (otuz dörd manat əlli beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, e- 2(014)-1090/2020 saylı qətnaməsindən görünür k Cavabdeh 798,90 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qərx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməsi qətt edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e- 2(014)-121/2025 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı 1454,74 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh 798,90 manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən Fizuli küçəsində yaşayan İbrahimova Şəfiqənin 1454,74 qəpik debitor borcu yaranmışdır. Lakin, Gündüz İbrahimov yaranmış debitor borcunu ödəməkdən boyun qaçırır. Bundan başqa tələb olunan borcun 798,90 manat hissəsinin tutulması ilə bağlı Ağdaş Rayon Məhkəməsi 13 avqust 2020-ci il tarixli, e-2(014)-1090/2020 saylı qətnaməsi vardır. Həmin qətqanuni qüvvəsini almışdır. Hazırda iddiaçı cavabdehdən həmin 1454,74 qəpik debitor borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tam olaraq cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 655,84 (altı yüz əlli beş manat səksən dörd qəpik) manat borcun, əvvəlcədən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçınə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2(014)-121/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 1454,74 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh 798,90 manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 655,84 (altı yüz əlli beş manat səksən dörd qəpik) manat borcun, əvvəlcədən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2(014)-121/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 1454,74 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh 798,90 manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar