Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1245/2024 26.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “2051.40 manat borcun və 40.92 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “2051.40 manat borcun və 40.92 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri Yuxarı Zeynəddin küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2051.40 (iki min əlli bir manat qırx qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 40.52 (qırx manat əlli iki qəpik) dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2092.32 (iki min doxsan iki manat, otuz iki qəpik) borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************,VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X9 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Yuxarı Zeynəddin küçəsində Cavabdeh məxsus mənzilində №4468-09-20 saylı alğı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00020 saylı qaz hesabında ödənilməmiş 2051.40 manat borc vardır. Cavabdeh məxsus **********00020 saylı qaz hesabında olan 2051.40 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 2051.40 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 12522673 nömrəli sayğacın 13912 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı borcun tutulmasına dair, Cavabdeh adına rəsmiləşdirilmiş **********00020 saylı qaz hesabında təbii qazdan istifadəyə yaranmış 2051.40 (iki min əlli bir manat qırx qəpik) manat borcun məcburi qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını Ağdaş Rayon Məhkəməsindən xahiş etmişdir. Lakin Cavabdeh məxsus **********00020 saylı qaz hesabında olan 2051.40 manat borc məbləğinin 1643.70 (bir min altı yüz qırx üç manat yetmiş qəpik) manat hissəsi üzrə xx.xx.2023-cü il tarixli e-2(014)-924/2023 saylı qətnamə mövcud olduğundan, Ağdaş Rayon Məhkəməsinin icraatında olan e-2(014)-1245/2024 saylı iş üzrə iddia tələbi 2051.40 manat məbləğin, 1643.70 manat azaldılaraq 407.70 (dörd yüz yeddi manat yetmiş qəpik) manat hissəsi əsas borcun və ödənilmiş rüsum xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına 29 avqust 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ona qraşı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək ondan sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2951.40 manat borcun və 40.92 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir və bununla əlaqədar 2(014)-1245/2024 saylı mülki iş başlanmışdır. İddiaçı İB-nin X9 istismarı idarəsi öz iddia ərizəsində ona məxsus mənzildə 4468-09-20 saylı alğı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edildiyini və uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış 2951 manat 40 qəpik məbləğində borcun ödənilmədiyini qeyd edir. Buna münasibətdə bildirir ki, iddiaçı hələ 2022-ci ildə ona qarşı eyni iddia tələbi ilə müraciət etmişdir və Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarxili 2(014)-181/2022-ci il tarixli 2(014)-181/2022 nömrəli qətnaməsi ilə hazırki iddia tələbi üçün əsas olan xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar əsasında ona hesablanmış 216 manat və 432 manat məbləğində borclar silinmişdir. Qeyd edilənləri nəzərə alaraq 2(014)-1245/2024 saylı mülki iş üzrə İddiaçı İstehsalat X1 qarşı “2951.40 manat borcun və 40.92 manat dövlət rüsumunun tutulması barədə” iddia tələbi əsassız Kimi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Dəfələrlə cərimələrin silinməsi üçün qaz idarəsinə müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Əvvəllərki qətnaməyə əsasən hər ay təqaüdündən 50 manat borc tutulur. Onun mənzilində heç bir qanunsuz qoşulma halı yoxdur. Təqaüdçü adamdır. İddianın rədd edilməsini və borcunun silinməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli, **********00020 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin iyun ayına 2051.40 manat borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli 2(014)-181/2022 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsi, cavabdeh İddiaçı İB-nın X9 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlarına əsasən Cavabdeh **********00020 saylı abonent koduna yazılmış 216 manat və 432 manat borclar silinməsi qət edilmişdir. İşin materiallarında olan 25 iyun 2023-cü il tarixli 2(014)-924/2023 saylı qətnamənin surətindən görünür ki, cavabdeh Ağdaş rayon Yuxarı Zeynəddin kəndində yaşayn Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabat görə 1643.70 manat məbləğində borc, 36.44 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının, ümumilikdə 1680.54 manat borcun tutularaq (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************,VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ********************) İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 40,60 (qırx manat, altmış qəpik) dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. “Qaz paylayıcısı ilə fiziki şəxs olan itsehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş və onun qaz hesabında ödənilməmiş 407.70 (dörd yüz yeddi manat yetmiş qəpik) borcu vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 407.70 (dörd yüz yeddi manat yetmiş qəpik) borcun və 0.40 (qırx) manat bank xidmət haqqının tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 40.52 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 30 manat cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 407.70 (dörd yüz yeddi manat yetmiş qəpik) borc, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************,VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova.
Məhkəmə qərarları › İş №e-2(014)-1245/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1245/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver