Məhkəmə qərarları › İş №e-2(014)-125/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-125/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-125/2025 25.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu Gülbəndə kəndində yaşayan xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1905.73 (bir min doqquz yüz beş manat yetmiş üç qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 39.06 (otuz doqquz manat altı qəpik) manat dövlət rüsum, 1944.79 (bir min doqquz yüz qırx dörd yetmiş doqquz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz İstismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Gülbəndə kəndində yaşayan Cavabdeh məxsus mənzilində № 33xx-xx-2020 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01010 saylı qaz hesabında ödənilməmiş 3508.23 (üç min beş yüz səkkiz manat 23 qəpik) manat borc vardır. Həmin borcun 1602.50 (bir min altı yüz iki manat 50 qəpik) hissəsi illə bağlı artıq qanuni qüvvəsini almış Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(014)-1048/2022 saylı qətnaməsi mövcuddur. Ona görə də hazırda tələb olunan borcun digər hissəsi 1905.73 (bir min doqquz yüz beş manat 73 qəpik) manat borc məbləği həmin qətnamənin təsir dairəsinə düşmür. Hazırda tələb olunan 1905.73 manat (3508.23 m – 1602.50 m = 1905.73) borc yalnız sayğac göstəricisinə əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1905.73 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 40049239 nömrəli sayğacın 18175 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə 24 fevral 2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh məxsus qaz hesabında yaranmış debitor borcun qaz xətlərində sızma ilə əlaqədar olmamasının müəyyən edilməsi üçün onun tərəfindən qaz sızması ilə bağlı Ağdaş xidmət sahəsində müraciətin olub-olmaması qeyd edilmişdir. Belə ki, aparılmış araşdırma üzrə Cavabdeh məxsus mənzildə mövcud qaz xətlərində sızma ilə bağlı RQİİ-nin Ağdaş xidmət sahəsinə müraciət edilmədiyi və hər hansı qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən yazılmış borc əsassızdır. Borcu qəbul etmir. Qaz xətti çoxdan çəkilib və torpağın altında çürüməyə başlamışdır. Bu barədə qaz idarəsinə müraciət etmişdir. Gəlib baxmışlar və ona imza atdırmışlar. Həmin günü bir işçi, bir də fəhlə gəlmişdir. Dedilər bu turbalar çürükdür, plastmas alınmalıdır. Hal-hazırda boru qaz buraxır, ona görə də artıq qaz yazır. Məhkəmə tərəflərin izahat və ərizələrini nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan 18 avqust 2020-ci il tarixli, **********01010 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 1905.73 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 41.17 (qırx bir manat on yeddi qəpik) dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e-2(014)-1048/2022 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh 1602.50 manat məbləğində borc və 36.42 manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməsi qət edilmişdir. “Qaz paylayıcısı ilə fiziki şəxs olan itsehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş və onun qaz hesabında ödənilməmiş 1905.73 (bir min doqquz yüz beş manat yetmiş üç qəpik) borcu vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 1905.73 (bir min doqquz yüz beş manat yetmiş üç qəpik) manat tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 39.06 (otuz doqquz manat altı qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 39.06 manat cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1905 (bir min doqquz yüz beş) manat 73 (yetmiş üç) qəpik əsas borc, əvvəlcədən ödənilmiş 39 (otuz doqquz) manat 06 (altı) qəpik dövlət rüsumu, ümumilikdə isə 1944 (bir min doqquz yüz qırx dörd) manat 79 (yetmiş doqquz) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar