Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1266/2025 10.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsinə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsinə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X3 qanun üzrə vərəsəsi) xx.xx.2021-ci il tarixli, SKNPU02256 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN məbləğində pulun və 128 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı ASC-nin Şəki filialı ilə borclu X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKNPU02256 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN təşkil edir. Ağdaş rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Halhazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X3 xx.xx.2022-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Ağdaş rayon notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2022-ci il tarixli 2V-879 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 2V-879 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X3 qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh (X3 qanun üzrə vərəsəsi) xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə əsas borca görə əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN məbləğində pul tutulmalıdır. İddiaçı "xxxx" ASC -nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, icraatınızda olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair e- 2(014)-1266/2025 saylı müki iş üzrə xx.xx.2025-ci il tarixə saat 12:20-ə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirərək mülki işə baxmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi ilə razıdır, borc onun borcudur. İddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin ərizələrini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan «RabitəBankı” ASC ilə borclu X5 arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, SKNPU-02256 nömrəli kredit müqaviləsinə əsasən X4 illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. İşin materiallarında olan «RabitəBankı” ASC tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X3 qanun üzrə vərəsələrinin 8 iyul 2021-ci il tarixli SKNPU-02256 saylı müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixinə olan borcu əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 253513 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında 28 mart 2022-ci il tarixli, 216 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 533 saylı, 09 oktyabr 2024-cü il tarixli məktuba əsasən 20 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 12 mart 2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********98-reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən ünvan 1 7A küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 533 saylı, 09 oktyabr 2024-cü il tarixli məktuba əsasən 19 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 12 mart 2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AC881650 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540B5052689 mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21154 minik markalı 90LL571 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin materiallarında olan «RabitəBankı” ASC tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli RB02/pK1712 saylı bildirişin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh «RabitəBankı” ASC kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, «RabitəBankı” ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin Şəki filialı ilə borclu X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKNPU02256 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN təşkil edir. Ağdaş rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Halhazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X3 xx.xx.2022-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Ağdaş rayon notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2022-ci il tarixli 2V-879 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 2V-879 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X3 qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh (X3 qanun üzrə vərəsəsi) xx.xx.2021-ci il tarixli, SKNPU-02256 saylı kredit müqaviləsi üzrə əsas borca görə əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN məbləğində borcu qalmşdır. Cavabdeh - X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın «RabitəBankı” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdehlər Cavabdeh, mərhum X3 birinci növbədə vərəsəsi olmaqla Ağdaş rayon Notariat ofisinin 2V-879 saylı, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh 12 mart 2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X5 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X3 vərəsəsi kimi Cavabdeh kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, SKNPU02256 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12220,76 AZN, kreditdən istifadəyə görə faiz borcu 212,57 AZN, cərimə borcu 62,28 AZN, cəmi 12495,61 AZN məbləğində pulun və 128 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, SKNPU02256 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12220,76 manat, kreditdən istifadəyə görə faiz borcu 212,57 manat, cərimə borcu 62,28 manat, cəmi 12495,61 manat məbləğində pulun və 128 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1266/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1266/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver