Məhkəmə qərarları › İş №e-2(014)-1273/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1273/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1273/2022 12.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, tarixlərindəki müqavilələrinə əsasən, LG LED Tv, Gorenje ütü, Samsung LED Tv, İmei Kodu **********74743 Honor 8X markalı telefon və İmei Kodu **********49541 Samsung Galaxy A20s markalı telefon almış və nəticədə 1405 (min dörd yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 810 (səkkiz yüz on) manat (18 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan LG LED Tv, Gorenje ütü üçün 445 (dörd yüz qırx beş) manat olmaqla ondan, 405 (dörd yüz beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 672,2 (altı yüz yetmiş iki manat, iyirmi qəpik) manat (18 ay x 35,9 manat + 26 manat ilkin ödəniş) olan Samsung LED Tv üçün 625 (altı yüz iyirmi beş) manat olmaqla ondan, 569 (beş yüz altmış doqquz) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********74743 Honor 8X markalı telefon üçün 102 (yüz iki) manat olmaqla ondan 93 (doxsan üç) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 583,8 (beş yüz səksən üç manat, səksən qəpik) manat (18 ay x 30.6 manat + 33 manat ilkin ödəniş) olan imei kodu **********49541 Samsung Galaxy A20s markalı telefon üçün 233 (iki yüz otuz üç) manat olmaqla ondan 211,8 (iki yüz on bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 21,2 (iyirmi bir manat, iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1669,2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED Tv, Gorenje ütü üçün 405 (dörd yüz beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED Tv üçün 569 (beş yüz altmış doqquz) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, imei kodu **********74743 Honor 8X markalı telefon üçün 93 (doxsan üç) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********49541 Samsung Galaxy A20s markalı telefon üçün 211,8 (iki yüz on bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 21,2 (iyirmi bir manat, iyirmi qəpik) manat cərimə pulu, ümumilikdə 1405 manat borc və 34,05 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənməsi barədə xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 01021327 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 45 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 810 manat qiyməti olan LG LED Tv, Gorenje ütü; xx.xx.2020-ci il tarixli, № 21053620 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 35,90 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 672,20 manat qiyməti olan Samsung LED Tv; xx.xx.2019-cu il tarixli, № 00820841 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 49 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 882 manat qiyməti, imei kodu **********74743 olan Honor 8X markalı telefon; xx.xx.2020-ci il tarixli, № 20240474 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 30,60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 583,80 manat qiyməti, imei kodu **********49541 olan Samsung Galaxy A20s markalı telefon vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 01021327 saylı, xx.xx.2020-ci il tarixli, № 21053620 saylı, xx.xx.2019-cu il tarixli, № 00820841 saylı və xx.xx.2020-ci il tarixli, № 20240474 saylı müqavilələrə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə ümumi borcu 1405 (min dörd yüz beş) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 34,05 (otuz dörd manat, beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 01021327 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 45 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 810 manat qiyməti olan LG LED Tv, Gorenje ütü; xx.xx.2020-ci il tarixli, № 21053620 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 35,90 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 672,20 manat qiyməti olan Samsung LED Tv; xx.xx.2019-cu il tarixli, № 00820841 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 49 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 882 manat qiyməti, imei kodu **********74743 olan Honor 8X markalı telefon; xx.xx.2020-ci il tarixli, № 20240474 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 30,60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 583,80 manat qiyməti, imei kodu **********49541 olan Samsung Galaxy A20s markalı telefon vermiş, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1405 (min dörd yüz beş) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1278,80 (min iki yüz yetmiş səkkiz manat, səksən qəpik) manat əsas borc, 126,20 (yüz iyirmi altı manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1405 (min dörd yüz beş) manat məbləğində borc və 34,05 (otuz dörd manat, beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1278,80 (min iki yüz yetmiş səkkiz manat, səksən qəpik) manat əsas borc, 126,20 (yüz iyirmi altı manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1405 (min dörd yüz beş) manat məbləğində borc və 34,05 (otuz dörd manat, beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar