Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1283/2023 17.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində **-GJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E230 markalı avtomobili və **-BR-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi ATTRAGE markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Nərimanov RPİ TŞdə inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli qərar yazılmışdır. Mercedes Benz E230 markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1150 (bir min bir yüz əlli) manat ödəniş verilmişdir. Mitsubishi ATTRAGE markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3400 (üç min dörd yüz) manat ödəniş verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat pul vəsaitinin və 65,50 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Toyota PRİUS (HİBRİD) minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2003-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, CML-0433/2023- AKT620/23 saylı sığorta aktından görünür ki, X5 məxsus Toyota PRİUS (HİBRİD) minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobil **-GJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E230 markalı avtomobillə xx.xx.2023-cü il tarixdə toqquşmuşdur. Nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 1150 manat sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, CML-0433/2023- AKT621/23 saylı sığorta aktından görünür ki, X5 məxsus Toyota PRİUS (HİBRİD) minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobil Mitsubishi ATTRAGE markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə toqquşmuşdur. Nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 3400 manat sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, AKT621/23 saylı akta əsasən "xxxx" ASC tərəfindən X2 3400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, AKT620/23 saylı akta əsasən "xxxx" ASC tərəfindən X1 1150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, zədələnmiş **-GJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E230 markalı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1150 manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertiza və Kriminalistika Bürosu MM Texniki Ekspertizasını ekspert rəyindən görünür ki, Mitsubishi ATTRAGE markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 1920 manat, işçilik xidmətləri isə 1480 manat müəyyən olunmuşdur. Avtomobilə dəymiş zərər ümumilikdə 3400 manatdır. İşin materiallarında olan 21 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə və İXM-in 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilməsidən ötrü qərarın surəti Nərimanov RPİ-nin DYPŞ-ə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 65,50 (altmış beş manat, əlli qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində **-GJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E230 markalı avtomobili və **-BR-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi ATTRAGE markalı avtomobili ilə toqquşmuş, Hadisə nəticəsində Mercedes Benz E230 markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1150 (bir min bir yüz əlli) manat, Mitsubishi ATTRAGE markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3400 (üç min dörd yüz) manat ödəniş verilmişdir. Nəticədə Cavabdeh 4550 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat məbləğində sığorta ödənişi və 65,50 (altmış beş manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat məbləğində sığorta ödənişi və 65,50 (altmış beş manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1283/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1283/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver