Məhkəmə qərarları › İş №e-2(014)-1301/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1301/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1301/2022 27.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən iddiaçının tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən iddiaçı tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli № 21023 saylı müqaviləyə əsasən satdığı telefona görə borcludan müqavilə üzrə borcun alınmasını tələb etsə də, həmin müqavilədə və ona əlavə edilmiş sənədlərdə qeyd olunan telefonun markasını, dəyərini, təhvil verilməsini və s. təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda isə iddia ərizəsində göstərilən tələbin hüquqi mahiyyəti üzə təsdiq edən sənədlər təqdim olunmadığından, işə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2 və 284-4.3-cü maddələrinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz və ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. İddiaçıya izah edilməlidir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar