Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1396/2025 21.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri, DYPİ-yə qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri, DYPİ-yə qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 205 (iki yüz beş) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-cü il tarixində Bakı şəhəri, Azadlıq pr. ərazisində 90VT906 dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) ƏmirahlıOruc Yaşar oğlu barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Yol-nəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi Volkswagen Passat (90VT906) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığortaçı tərəfindən 205 (iki yüz beş) manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan İddiaçı ASC arasında «qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar» əsasında 205 (iki yüz beş) manat manat mübahisəsiz tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan 31 yanvar 2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobilə 205 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışların surətindən görünür ki, Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobili və 90VT906 dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtomobili sığortalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 tərəfindən Azərsığortaya ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində təxminən saat “10:32” radələrində Volktagen Passt markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azadlıq pr-də hərəkətdə olan zaman Toyota markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilinə vuraraq ona ziyan yetirmişdir. Bunları nəzərə alaraq yuxarıda qeyd olunan avtomobilin sizin şirkətinizdə №Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalandığından onun avtomobilinə dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı zərərvuran şəxsdən hər hansı maddi yardım və ya ödəniş almadığını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 2022-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində təxminən saat “10:32” radələrində Volktagen Passt markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azadlıq pr-də hərəkətdə olan zaman Toyota markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilinə vuraraq ona ziyan yetirmişdir. xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-cü il tarixində Bakı şəhəri, Azadlıq pr. ərazisində 90VT906 dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli PAZ********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-də sığortalanmış,Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-cü il tarixində Bakı şəhəri, Azadlıq pr. ərazisində 90VT906 dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtomobili ilə toqquşmuşdur. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) ƏmirahlıOruc Yaşar oğlu barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış, X1 idarə etdiyi Volkswagen Passat (90VT906) avtonəqliyyat vasitəsinə 205 manat məbləğində maddi ziyan dəymişdir. İşin materiallarında olan yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 02114/2023 saylı ödəniş aktının surətindən görünür ki, 205 manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığortaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. İşin materiallarında olan 2.12.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobil etibar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minikmarkalı 99ZN425 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022cü il tarixində Bakı şəhəri, Azadlıq pr. ərazisində 90VT906 dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) ƏmirahlıOruc Yaşar oğlu barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Yol-nəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi Volkswagen Passat (90VT906) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığortaçı tərəfindən 205 (iki yüz beş) manat ödənilmişdir. Nəticədə Cavabdeh 205 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 205 (iki yüz beş) manat pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 205 (iki yüz beş) manat pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1396/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1396/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver