Məhkəmə qərarları › İş №e-2(014)-1444/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1444/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1444/2023 04.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli müqaviləyə əsasən, X4, Blender Hoffmann, X1, Kombi Hoffmann, X2, Ütü Panasonic almış və nəticədə 1285 (min iki yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 756.20 (yeddi yüz əlli altı manat, iyirmi qəpik) manat (yəni 18 ay x 40.90 manat + 20 manat ilkin ödəniş) olan X4 üçün ümumilikdə, 360 (üç yüz altmış) manat olmaqla ondan 327.20 (üç yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.80 (otuz iki manat, səksən qəpik) manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 223.20 (iki yüz iyirmi üç manat, iyirmi qəpik) manat (yəni 18 ay x 12.40 manat + 0 manat ilkin ödəniş) olan Blender Hoffmann, X1 üçün ümumilikdə, 164 (yüz altmış dörd) manat olmaqla ondan 149.04 (yüz qırx doqquz manat, sıfır dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.96 (on dörd manat, doxsan altı qəpik) manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1245.60 (min iki yüz qırx beş manat, altmış qəpik) manat (yəni 18 ay x 69.20 manat + 0 manat ilkin ödəniş) Kombi Hoffmann, X2, Ütü Panasonic üçün ümumilikdə, 761 (yeddi yüz altmış bir) manat olmaqla ondan 691.20 (altı yüz doxsan bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69.80 (altmış doqquz manat, səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində X2-dan imtina etmiş və məhsul 208.80 manat qiymətləndərilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 345.60 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 208.80 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 503.16 (büş yüz üç manat, on altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələbimizin əsaslığını və əmalkın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337197 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 40.90 manat və 20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 756.20 manat qiyməti, X3, xx.xx.2020-ci il tarixli, 21239601 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 12.40 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 223.20 manat qiyməti olan Blender Hoffmann, X1, xx.xx.2020-ci il tarixli, 21232701 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 69.20 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1245.60 manat qiyməti olan Kombi Hoffmann, X2, Ütü Panasonic vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337197 saylı, xx.xx.2020-ci il tarixli 21239601 saylı və xx.xx.2020ci il tarixli, 21232701 saylı müqavilələrə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 1285 (min iki yüz səksən beş) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32.85 (otuz iki manat, səksən beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337197 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 40.90 manat və 20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 756.20 manat qiyməti, X4, xx.xx.2020-ci il tarixli, 21239601 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 12.40 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 223.20 manat qiyməti olan Blender Hoffmann, X1, xx.xx.2020-ci il tarixli, 21232701 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 69.20 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1245.60 manat qiyməti, Kombi Hoffmann, X2, Ütü Panasonic vermiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20337197 saylı, xx.xx.2020-ci il tarixli, 21239601 saylı və xx.xx.2020-ci il tarixli, 21232701 saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1285 (min iki yüz səksən beş) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 32.80 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 14.96 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 69.80 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 327.20 (üç yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 149.04 (yüz qırx doqquz manat, sıfır dörd qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 691.20 (altı yüz doxsan bir manat, iyirmi qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 1179.44 (min bir yüz yetmiş doqquz manat, qırx dörd qəpik) manat məbləğində borc və 32.85 (otuz iki manat, səksən beş qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X5 üçün 327.20 (üç yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Blender Hoffmann, X1 üçün 149.04 (yüz qırx doqquz manat, sıfır dörd qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Kombi Hoffmann, X2, Ütü Panasonic üçün 691.20 (altı yüz doxsan bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, olmaqla, ümumilikdə 1179.44 (min bir yüz yetmiş doqquz manat, qırx dörd qəpik) manat borc və 32.85 (otuz iki manat, səksən beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMCyə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar