Məhkəmə qərarları › İş №e-2(014)-1478/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1478/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1478/2022 26.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 960.40 manat məbləğin tutulması tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ əsasında 960.40 manat məbləğin tutulması tələbi haqqında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil Ağdaş rayonu, Qolqəti kəndi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nətiəcədə “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, qeyd edilən hadisə ilə bağlı Ağdaş rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə 930 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221482 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 930 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Yol nəqliyyat hadisəsi baş verdiyi zaman Cavabdeh sürücülük vəsiqəsi və avtomobili idarəetmək üçün müvafiq etibarnaməsi olmamışdır. Odur ki, Cavabdeh 930 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30.40 manatdövlət rüsumu, ümumilikdə 960.40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh hadisə vaxtı “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil Ağdaş rayonu, Qolqəti kəndi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nətiəcədə “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuş, hadisə ilə bağlı Ağdaş rayon YPX tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Vaz 2107” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmiş, yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə 930 manat məbləğində maddi zərər dəymiş, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221482 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 930 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 930 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İAS221482 saylı aktın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymiş və "xxxx" ASC tərəfindən 930 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı "xxxx" ASC ilə X2 arasında xx.xx.2022-ci il tarixədə 12 aylıq müqavilə bağlanmışdır. İş materiallarında olan olan xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə 930 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 10.069.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarəetmə hüququ olmadan idarə etdiyi üçün “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə görə zərərçəkənlərə ödənilmiş sığorta ödənişi ondan geri alınacaqdır. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı X3 Protokolun və xx.xx.2022-ci il tarixli TP ******* saylı X5 Haqqında Qərarın surətlərindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4, 332.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21061” markalı ** MT *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 930 manat "xxxx" ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 30.40 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 930 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 960 manat 40 qəpik (doqquz yüz altmış manat qırx qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar