Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1503/2025 08.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolaba görə 598,95 (beş yüz doxsan səkkiz manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat cərimə, 12 yanvar 2024-cü il, tarixli müqaviləyə əsasən Atland markalı paltaryuyana görə 299,61 (iki yüz doxsan doqquz manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən Magina markalı plitəyə görə 89,50 (səksən doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 8,95 (səkkiz manat, doxsan beş qəpik) manat cərimə olmaqla ümumilikdə 1086,87 manat borc, 30,87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 yanvar 2024-cü il, 12 yanvar 2024-cü il, 10 aprel 2024-ci il tarixli müqavilələrə əsasən Ellenora markalı yatağı üçün 4 qapalı dolab, Atland markalı paltaryuyan və Magina markalı plitə almış və nəticədə 1086.87 (bir min səksən altı manat, səksən yeddi qəpik) manat borc yaranmışdır. Cavabdeh hər üç müqavilələrin şərtlərini pozmuş və nəticədə 16 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1069,92 (bir min altmış doqquz manat, doxsan iki qəpik) manat (24 ay x 44,58 manat + 0 manat ilkin ödəniş) olan Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolab üçün ümumilikdə, 658,85 (altı yüz əlli səkkiz manat, səksən beş qəpik) manat olmaqla ondan, 598,95 (beş yüz doxsan səkkiz manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59,90 (əlli doqquz manat, doxsan qəpik) manat cərimə, 12 yanvar 2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700,02 (yeddi yüz manat iki qəpik) manat (18 ay x 38,89 manat + 0 manat ilkin ödəniş) olan Atland markalı paltaryuyan üçün ümumilikdə, 329,57 (üç yüz iyirmi doqquz manat, əlli yeddi qəpik) olmaqla ondan, 299,61 (iki yüz dxsan doqquz manat, altmış bir qəpik)) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,96 (iyirmi doqquz manat, 96 qəpik) manat cərimə, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 250,2 (iki yüz əlli manat, iyirmi qəpik) manat (18 ay x 13,9 manat + 0 manat ilkin ödəniş) olan Magina markalı plitə üçün ümumilikdə, 98,45 (doxsan səkkiz manat, qırx səkkiz qəpik) manat olmaqla ondan, 89,5 (səksən doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,95 (səkkiz manat, doxsan beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1032,08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 16 yanvar 2024-cü il, 12 yanvar 2024-cü il, 10 aprel 2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 13 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 287-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 287-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC Cavabdeh arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, 09483000 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1069,92 (bir min altmış doqquz manat, doxsan iki qəpik) manat (24 ay x 44,58 manat + 0 manat ilkin ödəniş) olan Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolab almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolab təhvil vermişdir. "xxxx" MMC Cavabdeh arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 700,02 (yeddi yüz manat iki qəpik) manat (18 ay x 38,89 manat + 0 manat ilkin ödəniş) olan Atland markalı paltaryuyan almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya Atland markalı paltaryuyan təhvil vermişdir. "xxxx" MMC Cavabdeh arasında bağlanmış 10 aprel 2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 250,2 (iki yüz əlli manat, iyirmi qəpik) manat (18 ay x 13,9 manat + 0 manat ilkin ödəniş) olan Magina markalı plitə almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya Magina markalı plitə təhvil vermişdir. 23 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh 16 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolaba görə 598,95 (beş yüz doxsan səkkiz manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat cərimə, 12 yanvar 2024-cü il, tarixli müqaviləyə əsasən Atland markalı paltaryuyana görə 299,61 (iki yüz doxsan doqquz manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən Magina markalı plitəyə görə 89,5 (səksən doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 8,95 (səkkiz manat, doxsan beş qəpik) manat cərimə olmaqla ümumilikdə 1086,87 manat borcu təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 13 may 2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı MMC borcalana 16 yanvar 2024-cü il, 12 yanvar 2024-cü il, 10 aprel 2024-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30,87 (otuz manat səksən yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, mülki işin materialı ilə müəyyən olundu ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, 09483000 saylı müqaviləsinə əsasən Cavabdeh alqı-satqı qiyməti 1069,92 (bir min altmış doqquz manat, doxsan iki qəpik) manat (24 ay x 44,58 manat + 0 manat ilkin ödəniş) olan Ellenora markalı yatağı otağı üçün 4 qapalı dolab almış, həmin dolab 16 yanvar 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ona təhvil vermişdir. Bundan başqa "xxxx" MMC Cavabdeh arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, ******* saylı müqaviləsinə əsasən Cavabdeh alqı-satqı qiyməti 700,02 (yeddi yüz manat iki qəpik) manat (18 ay x 38,89 manat + 0 manat ilkin ödəniş) olan Atland markalı paltaryuyan almış, həmin paltaryuyan maşın ona təhvil vermişdir. Həmçinin "xxxx" MMC Cavabdeh arasında bağlanmış 10 aprel 2024-cü il tarixli, ******* saylı müqaviləsinə əsasən Cavabdeh alqı-satqı qiyməti 250,2 (iki yüz əlli manat, iyirmi qəpik) manat (18 ay x 13,9 manat + 0 manat ilkin ödəniş) olan Magina markalı plitə almış, həmin plitə ona təhvil vermişdir. Cavabdeh hər üç müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1086,87 manat məbləğində borcu yaranmışdır. Hazırda "xxxx" MMC Cavabdeh həmin borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 598,95 (beş yüz doxsan səkkiz manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat cərimə, 12 yanvar 2024-cü il, tarixli müqaviləyə əsasən 299,61 (iki yüz doxsan doqquz manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 89,50 (səksən doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 8,95 (səkkiz manat, doxsan beş qəpik) manat cərimə olmaqla cəmi 1086,87 manat borc, 30,87 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 598,95 (beş yüz doxsan səkkiz manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat cərimə, 12 yanvar 2024-cü il, tarixli müqaviləyə əsasən 299,61 (iki yüz doxsan doqquz manat, altmış bir qəpik) manat ödənilməmiş hissə, 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 89,50 (səksən doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 8,95 (səkkiz manat, doxsan beş qəpik) manat cərimə olmaqla cəmi 1086,87 manat borc, 30,87 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1503/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1503/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver