Məhkəmə qərarları › İş №e-2(014)-151/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-151/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-151/2025 16.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu Gövhərağa küçəsi ev 3-də yaşayan xx xxxx 1956-cı il təvəllüdlü Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1118.20 (bir min bir yüz on səkkiz iyirmi qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 31.99 (otuz bir manat doxsan doqquz qəpik) dövlət rüsumunun, ümumilikdə isə 1150.19 (bir min bir yüz əlli manat on doqquz qəpik) borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************,VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qazın layihə-smeta sənədləri X1 adına rəsmiləşdirilməklə **********00030 saylı hesab açılmışdır. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında 1118.20 (bir min bir yüz on səkkiz manat 20 qəpik) manat borc yaranmışdır. Bununla əlaqədar olaraq borcun məcburi qaydada cavabdehdən tutulmasına dair qətnamə çıxarılması üçün İddiaçı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi X1 xx.xx.2021-ci il tarixdə ölməsi səbəbindən 11 sentyabr 2024-cü il tarixli e-2(014)-1441/2024 saylı qərardadı ilə iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Daha sonra tərəflərindən müəyyən edilmişdir ki, hazırda sözügedən mənzildə faktiki yaşayan və təbii qaz istifadəçisi mərhumun həyat yoldaşı xx.xx.1956-cı il təvəllüdlü Cavabdehdır. X4 vəfat etdiyindən faktiki qaz istehlakçısı Cavabdeh dəfələrlə qaz hesabının öz adına rəsmiləşdirilməsi, qazın alqı-satqı müqaviləsi bağlanılması və istehlak etdiyi qazın dəyərini ödəməsi ilə bağlı dəfələrlə məlumatlandırılsa və xəbərdarlıq edilsə də cavabdeh tələbin icrası ilə bağlı hər hansı müraciəti olmamış, əksinə mənzilin təbii qaz təminatının dayandırılmasına maneələr yaratmaqdadır. Bildiririk ki, Cavabdeh yaşadığı ünvan 1-də yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilməsi və onun dəyəri ödənilməməsi səbəbindən **********00030 saylı hesabında G4T markalı **********9 sayğacın 3029 m mexaniki göstərici ilə yaranmışdır. Cavabdeh baxmayaraqki alqı-satqı müqaviləsi bağlamaqdan yayınır, fərdi yaşayış evində faktiki qaz istehlakçısı Cavabdeh olduğundan tərəflər arasında artıq mülki hüquq və vəzifələr əmələ gəlmişdir. Belə ki, Cavabdeh və ailəsi yaşadığı mənzildə qaz paylayıcısı tərəfindən verilən təbii qazdan keçən müddət ərzində açıq aşkar və fasiləsiz istifadə etmiş, heç bir tələb irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqavilə öhdəliklərini etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Ona görə də həmin ünvanda faktiki olaraq Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyindən həmin borcun ödənilməsinə cavabdeh şəxs olduğundan hazırda barəsində məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borc yalnız sayğac göstəricisi ilə aparılmış hesabata əsasən yaranmış debitor borc məbləğidir. İddiaçı nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan 23 may 2022-ci il tarixli, **********00030 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin oktyabr ayına 1118.20 manat borc hesablanmışdır. İşin materiallarında olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli 2(014)-1441/2024 saylı qərardadın surətindən görünür ki, İddiaçı İB-nin cavabdeh X2 qarşı “1051.48 manat borcun və 30.95 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin materiallarında olan AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli 27 saylı məktubun surətindən görünür ki, Şuşa rayonundan məcburi köçkün düşmüş mərhum X1 həyat yoldaşı xx xxxx 1956-cı il təvəllüdlü Mehtiyev nazilə lətif qızı hal-hazırda Ağdaş şəhəri H.Əliyev pr ünvanında yerləşən Ağdaş şəhəri Peşə məktəbinin yataqxanasında müvəqqəti olaraq qeydiyyatda olmaqla bərabər həmin ünvanda müvəqqəti olaraq məskunlaşmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 31.99 (otuz bir manat, doxsan doqquz qəpik) dövlət rüsumu ödəmişdir. “Qaz paylayıcısı ilə fiziki şəxs olan itsehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş və onun qaz hesabında ödənilməmiş 1118.20 (bir min bir yüz on səkkiz manat iyirmi qəpik) borcu vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 1118.20 (bir min bir yüz on səkkiz manat iyirmi qəpik) manat tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 31.99 (otuz bir manat, doxsan doqquz qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 31.99 manat cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1118.20 (bir min bir yüz on səkkiz iyirmi qəpik) əsas borc, əvvəlcədən ödənilmiş 31.99 (otuz bir manat doxsan doqquz qəpik) dövlət rüsumu, ümumilikdə isə 1150.19 (bir min bir yüz əlli manat on doqquz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar