Məhkəmə qərarları › İş №e-2(014)-1534/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1534/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1534/2024 31.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 30 aprel 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2029 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 756 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1134 (min yüz otuz dörd) manat cərimə borcu yaranmışdır (756 manat x 150 gün x 1%=1134 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz əlli) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 08 sentyabr 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3210 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1283 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3464 (üç min dörd yüz altmış dörd) manat cərimə borcu yaranmışdır (1283 manat x 270 gün x 1%=3464 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 250 (iki yüz əlli) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 05 noyabr 2022-ci il tarixli borc bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1773 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1078 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1293 (on iki min doxsan üç) manat cərimə borcu yaranmışdır (1078 manat x 120 gün x 1%=1293 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 13 yanvar 2023- cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 750 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 372 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 892 (səkkiz yüz doxsan iki) manat cərimə borcu yaranmışdır (372 manat x 240 gün x 1%=892 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 30 aprel 2022ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 756 (yeddi yüz əlli altı) manat əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat cərimə borcu, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 1283 (min iki yüz səksən üç) manat əsas borc, müqavilə üzrə hesablanmış 250 (iki yüz əlli) manat cərimə borcu, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 1078 (min yetmiş səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat cərimə borcu, 13 yanvar 2023-cü il tarixli, ADK6280207saylı borc müqaviləsinə əsasən 372 (üç yüz yetmiş iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 4251 (dörd min iki yüz əlli bir) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 30 aprel 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2029 manat olan məişət avadanlığı əldə etmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 08 sentyabr 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3210 manat olan məişət avadanlığı əldə etmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 05 noyabr 2022-ci il tarixli borc bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1773 manat olan məişət avadanlığı əldə etmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 13 yanvar 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 750 manat olan məişət avadanlığı əldə etmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli, № 1931 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 30 aprel 2022-ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 756 (yeddi yüz əlli altı) manat əsas borc, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 1283 (min iki yüz səksən üç) manat əsas borc, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 1078 (min yetmiş səkkiz) manat əsas borc, 13 yanvar 2023-cü il tarixli, ADK6280207 saylı borc müqaviləsinə əsasən 372 (üç yüz yetmiş iki) manat əsas borc olmaqla ümumilikdə 3489 (üç min dörd yüz səksən doqquz) manat borcu var. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 62 (altmış iki) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müddəti 24 ay olmaqla 30 aprel 2022-ci il tarixli borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2029 manat olan məişət avadanlığı əldə etmişdir. Bundan başqa İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müddəti 15 ay olmaqla 08 sentyabr 2022-ci il tarixli borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3210 manat olan məişət avadanlığı əldə etmişdir. Bundan başqa İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müddəti 18 ay olmaqla 05 noyabr 2022-ci il tarixli borc bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1773 manat olan məişət avadanlığı əldə etmişdir. Bundan başqa İddiaçı MMC ilə borclu Cavabdeh arasında 30 aprel 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müddəti 12 ay olmaqla 13 yanvar 2023-cü il tarixli borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 750 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh hər dörd müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə 30 aprel 2022-ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 756 (yeddi yüz əlli altı) manat əsas borc, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 1283 (min iki yüz səksən üç) manat əsas borc, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 1078 (min yetmiş səkkiz) manat əsas borc, 13 yanvar 2023-cü il tarixli, ADK6280207 saylı borc müqaviləsinə əsasən 372 (üç yüz yetmiş iki) manat əsas borc olmaqla ümumilikdə 3489 (üç min dörd yüz səksən doqquz) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 30 aprel 2022-ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 15 (on beş) manat, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 25 (iyirmi beş) manat, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 20 (iyirmi) manat, 13 yanvar 2023-cü il tarixli, ADK6280207 saylı borc müqaviləsinə əsasən 10 (on) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 aprel 2022-ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 756 (yeddi yüz əlli altı) manat əsas, 15 (on beş) manat cərimə, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 1283 (min iki yüz səksən üç) manat əsas, 25 (iyirmi beş) manat cərimə, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 1078 (min yetmiş səkkiz) manat əsas, 20 (iyirmi) manat cərimə, 13 yanvar 2023-cü il tarixli, ADK6280207 saylı borc müqaviləsinə əsasən 372 (üç yüz yetmiş iki) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə dörd müqavilə üzrə cəmi 3559 (üç min beş yüz əlli doqquz) manat borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 aprel 2022-ci il tarixli, ADK6170686 saylı borc müqaviləsinə əsasən 756 (yeddi yüz əlli altı) manat əsas, 15 (on beş) manat cərimə, 08 sentyabr 2022-ci il tarixli, ADK6171398 saylı borc müqaviləsinə əsasən 1283 (min iki yüz səksən üç) manat əsas, 25 (iyirmi beş) manat cərimə, 05 noyabr 2022-ci il tarixli, ADK6171705 saylı borc müqaviləsinə əsasən 1078 (min yetmiş səkkiz) manat əsas, 20 (iyirmi) manat cərimə, 13 yanvar 2023-cü il tarixli, ADK6280207 saylı borc müqaviləsinə əsasən 372 (üç yüz yetmiş iki) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə dörd müqavilə üzrə cəmi 3559 (üç min beş yüz əlli doqquz) manat borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar