Məhkəmə qərarları › İş №e-2(014)-1552/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1552/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1552/2025 15.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X10 İddiaçı cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan X1 göstəricisinə əsasən aparılmış hesabata görə 1330,18 (bir min üç yüz otuz manat, on səkkiz qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 33,30 (otuz üç manat, otuz qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə isə 1363,48 (bir min üç yüz altmış üç manat, qırx səkkiz qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 2 ünvanında cavabdeh X6 məxsus mənzilində ***-**-** saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X5 **********01020 saylı qaz hesabında ödənilməmiş 1330,18 manat borc vardır və həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1330,18 manat həcmindəki borc cavabdeh X5 yaşadığı ünvanda istismarda olan G4T markalı, GCZ0354504 nömrəli sayğacın 3341m3 göstəricisi ilə müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh X11 məhkəməyə ərizə ünvanlayaraq, 11 mart 2024-cü il tarixdə ona məxsus sayğacda nasazlıq olduğunu, bu barədə İddiaçınə məlumat verdiyini, 11 yanvar 2025-ci il tarixdə ona məxsus sayğac dəyişdirildiyini, daha sonra ona sayğac üzrə borcu olması barədə məlumat verilmişdir. Həmin borcun araşdırılmasını və həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə müraciət ünvanlayaraq, borclu Ağdaş şəhəri N.Nərimanov küçəsində yaşayan X6 məxsus mənzildə 29 iyun 2022-ci il tarixdə ******* saylı aktla əvvəlcədən ödənişli **********607 saylı smart tipli ZENNER G-4 markalı qaz sayğacı quraşdırılmışdır və 22 yanvar 2025-ci il tarixədək istismarda olmuşdur. Qeyd olunan qaz sayğacına 17 yanvar 2025-ci il tarixdə istehlakçı X5 iştrakı ilə baxış keçirilmiş və istismarda olan əvvəlcədən ödənişli **********607 saylı smart tipli ZENNER G-4 markalı qaz sayğacının mənfiyə işlədiyi aşkarlanmışdır. Belə ki, əvvəlcədən ödənişli qaz sayğacının klapanı açıq qaldığına görə mənzilə qaz getmiş, lakin istehlakçı tərəfindən ödənişin edilməsi zərurəti yaranmamışdır. Eyni zamanda smart tipli qaz sayğacının elektron hesablama hissəsi keçən qazın sərfiyyatını qedy etmişdir. Keçirilən baxış zamanı ödəniş etmədən istehlak edilmiş qaz sərfi istehlakçının iştrakı ilə tərtib edilmiş 17 yanvar 2025-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir. Odur ki, iddia tələbində göstərilən məbləğ mənzildə istifadə olunan təbii qazın dəyəridir və həmin borcun ödənilməsi istehlakçı X11 tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə X11 arasında bağlanmış ***-**-** saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Eyni zamanda həmin müqavilədə göstərilmişdir ki, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Bundan başqa istehlakçı bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmçinin hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 yanvar 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, X6 məxsus qaz sayğacına 17 yanvar 2025ci il tarixdə özünü iştrakı ilə baxış keçirilmiş və istismarda olan əvvəlcədən ödənişli **********607 saylı smart tipli ZENNER G-4 markalı qaz sayğacının mənfiyə işlədiyi aşkarlanmışdır. Bu barədə X5 və digər iştrakçıların iştrakı ilə 17 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta onlar tərəfindən imza edilmişdir. 25 iyun 2025-ci il tarixli, **********01020 saylı abonentin saldosundan görünür ki, abonent X5 abonent koduna 2025-ci ilin iyun ayına qədər təbii qazdan istifadəyə görə 1330,18 manat borc hesablanmışdır. Mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33,30 (otuz üç manat, otuz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. 14 avqust 2025-ci il tarixdə “Milliön” ödəniş sistemindən çıxarışdan görünür ki, abonent X5 14 avqust 2025-ci il tarixə borcu 1188,88 manat təşkil edir. Beləliklə, işin materialları ilə müəyyən olundu ki, İddiaçı ilə X11 arasında bağlanmış ***- **-** saylı müqaviləyə əsasən İddiaçı İstehsalat X2 təbii qazla təmin etmiş, cavabdeh X11 həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçınə 14 avqust 2025-ci il tarixə 1188,88 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunmuşdur ki, 17 yanvar 2025-ci il tarixdə X5 iştrakı ilə ona məxsus qaz sayğacına baxış keçirilmiş və istismarda olan əvvəlcədən ödənişli **********607 saylı smart tipli ZENNER G-4 markalı qaz sayğacının mənfiyə işlədiyi, əvvəlcədən ödənişli qaz sayğacının klapanı açıq qaldığına görə mənzilə qaz getdiyi, lakin istehlakçı tərəfindən ödənişin edilməsi zərurəti yaranmadığı, eyni zamanda smart tipli qaz sayğacının elektron hesablama hissəsi keçən qazın sərfiyyatını qed etmədiyi aşkarlanmışdır. Bu barədə X5 və digər iştrakçıların iştrakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 17 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akt onlar tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 1188,88 (bir min bir yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində borc, 31,89 (otuz bir manat, səkzən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X4 1188,88 (bir min bir yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində borc, 31,89 (otuz bir manat, səkzən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçınə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar