Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1562/2023 23.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı paltaryuyan, imei kodu **********35520 Samsung Galaxy A03 markalı telefon, Samsung Mıcro SD, X1 Bank, Headset Celebrat markalı qulaqlıq almış və nəticədə 372 (üç yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816.48 (səkkiz yüz on altı manat qırx səkkiz qǝpik) manat (18 ay x 45.36 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı paltaryuyan üçün ümumilikdə, 250 (iki yüz ǝlli) manat olmaqla ondan, 227.18 (iki yüz iyirmi yeddi manat on səkkiz qǝp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.82 (iyirmi iki manat səksən iki qap) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 379.48 (üç yüz yetmiş doqquz manat qırx səkkiz qǝpik) manat (12 ay x 15.24 manat+ 196.6 manat ilkin ödəniş) imei kodu **********35520 Samsung Galaxy A03 markalı telefon üçün ümumilikdə, 83 (səksən üç) manat olmaqla ondan, 75.68 (yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.32 (yeddi manat otuz iki qǝpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73.6 (yetmiş üç manat altmış qəpik) manat (12 ay x 5.1 manat + 12.4 manat ilkin ödəniş) Samsung Mıcro SD, X1 Bank, Headset Celebrat markalı qulaqlıq üçün ümumilikdə, 39 (otuz doqquz) manat olmaqla ondan, 35.7 (otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.3 (üç manat otuz qǝpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 931 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ******* saylı, xx.xx.2022-ci il tarixli, № 04301283 saylı və xx.xx.2022-ci il tarixli, № 05031610 saylı müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh müvafiq olaraq 18 ay müddətinə hər ay 45.36 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 816.48 (səkkiz yüz on altı manat qırx səkkiz qǝpik) manat qiyməti olan Hoffmann markalı paltaryuyan, 12 ay müddətinə hər ay 15.24 manat və 196.6 manat ilkin ödəniş ödənilməsi şərti ilə 379.48 (üç yüz yetmiş doqquz manat qırx səkkiz qǝpik) manat qiyməti olan Samsung Galaxy A03 markalı telefon və 12 ay müddətinə hər ay 5.1 manat və 12.4 manat ilkin ödəniş ödənilməsi şərti ilə 73.60 (yetmiş üç manat altmış qəpik) manat qiyməti olan Samsung Mıcro SD, X1 Bank, Headset Celebrat markalı qulaqlıq vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227.18 manat əsas borc, 22.82 manat cərimə borcu olmaqla, 250 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 75.68 manat əsas borc, 7.32 manat cərimə borcu olmaqla, cəmi 83 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 35.70 manat əsas borc, 3.30 manat cərimə borcu olmaqla, cəmi 39 manat, hər üç müqavilə üzrə isə ümumi borcu 372 (üç yüz yetmiş iki) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ******* saylı, xx.xx.2022-ci il tarixli, № 04301283 saylı və xx.xx.2022-ci il tarixli, № 05031610 saylı müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh müvafiq olaraq 18 ay müddətinə hər ay 45.36 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 816.48 (səkkiz yüz on altı manat qırx səkkiz qǝpik) manat qiyməti olan Hoffmann markalı paltaryuyan, 12 ay müddətinə hər ay 15.24 manat və 196.6 manat ilkin ödəniş ödənilməsi şərti ilə 379.48 (üç yüz yetmiş doqquz manat qırx səkkiz qǝpik) manat qiyməti olan Samsung Galaxy A03 markalı telefon və 12 ay müddətinə hər ay 5.1 manat və 12.4 manat ilkin ödəniş ödənilməsi şərti ilə 73.60 (yetmiş üç manat altmış qəpik) manat qiyməti olan Samsung Mıcro SD, X1 Bank, Headset Celebrat markalı qulaqlıq vermiş, Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 372 (üç yüz yetmiş iki) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 309.2-309.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 309.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 309.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 309.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 309.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227.18 manat əsas borc, 22.82 manat cərimə borcu olmaqla, 250 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 75.68 manat əsas borc, 7.32 manat cərimə borcu olmaqla, cəmi 83 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 35.70 manat əsas borc, 3.30 manat cərimə borcu olmaqla, cəmi 39 manat, hər üç müqavilə üzrə isə ümumi borcu 372 (üç yüz yetmiş iki) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-12 0, 12 7, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227.18 (iki yüz iyirmi yeddi manat on səkkiz qəpik) manat əsas borc, 22.82 (iyirmi iki manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 75.68 (yetmiş beş manat altmış səkkiz qəpik) manat əsas borc, 7.32 (yeddi manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 83 (səksən üç) manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 35.70 (otuz beş manat yetmiş qəpik) manat əsas borc, 3.30 (üç manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 39 (otuz doqquz) manat, hər üç müqavilə üzrə isə ümumi borcu 372 (üç yüz yetmiş iki) manat manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1562/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1562/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver