Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1571/2024 07.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Səməd Vurğun küçəsində Cavabdeh məxsus mənzilində № ***-**-** saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00980 saylı qaz hesabında ödənilməmiş 9059.50 (doqquz min əlli doqquz manat 50 qəpik) borc vardır. Cavabdeh məxsus **********00980 saylı qaz hesabında olan 9029 manat borc məbləğinin xx.xx.2020-ci il tarixə olan ödənilməmiş 4252.90 (dörd min iki yüz əlli iki manat doxsan qəpik) manat hissəsi üzrə 2020-ci ilin oktyabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(014)- 261/2021 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 4806.60 (dörd min səkkiz yüz altı manat 60 qəpik) manat məbləğində borc isə xx.xx.2020-ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********00980 saylı qaz hesabında yaranan borc məbləğidir (9059.50 m – 4252.90 m = 4806.60 m) və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 4806.60 manat borc sayğac göstəricisinə əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 4806.60 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 13719145 nömrəli sayğacın 4927 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Ağdaş şəhəri S.Vurğun küçəsi 2/10-da qeydiyyatda olan xx.xx.1940-cı il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 4806.60 (dörd min səkkiz yüz altı manat 60 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 68.07 (altmış səkkiz manat 07 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4875.07 (dörd min səkkiz yüz yetmiş beş manat 07 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin qismən edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ***-**-** müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Eymi zamanda həmin müqavilədə göstərilmişdir ki, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Bundan başqa istehlakçı bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmçinin hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş **********00980 saylı, xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ***-**-** müqaviləyə əsasən Cavabdeh 08.2024-cü il tarixə ümumi borcu 9059,50 manat təşkil edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri S.Vurğun küçəsində Cavabdeh məxsus mənzilində № ***-**-** saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən 08.2023-cü il tarixədək olan dövr ərzində yığılıb qalan 4141.85 (dörd min bir yüz qırx bir manat səksən beş qəpik) manat məbləğində borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 4141,85 (dörd min bir yüz qırx bir manat, səksən beş qəpik) manat məbləğində borc və 61,42 (altmış bir manat, qırx iki qəpik) manat dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməsi qətt edilmişdir. İş materiallarında olan Eletron İcra Sistemindən çıxarışdan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında borclu Cavabdeh 4141,85 (dörd min bir yüz qırx bir manat, səksən beş qəpik) manat məbləğində borcun tutulmasına dair icra işi vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 68,07 (altmış səkkiz manat yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ***-**-** müqaviləyə əsasən İddiaçı Cavabdehnu təbii qazla təmin etmiş, Cavabdeh № ***-**-** müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçınə 9059,50 (doqquz min əlli doqquz manat əlli qəpik) borc vardır. Cavabdeh məxsus **********00980 saylı qaz hesabında olan 9029 manat borc məbləğinin xx.xx.2020-ci il tarixə olan ödənilməmiş 4252,90 (dörd min iki yüz əlli iki manat doxsan qəpik) manat hissəsi üzrə 2020-ci ilin oktyabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş Rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(014)-261/2021 saylı qətnaməsi çıxarılmışdır. Halhazırda tələb olunan 4806,60 (dörd min səkkiz yüz altı manat altmış qəpik) manat məbləğində borc isə xx.xx.2020-ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********00980 saylı qaz hesabında yaranan borc məbləğidir (9059,50 m – 4252,90 m = 4806,60 m) və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəməyə xx.xx.2023-cü il tarixdə də, müraciət edərək, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri S.Vurğun küçəsində Cavabdeh məxsus mənzilində № ***-**-** saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən 08.2023-cü il tarixədək olan dövr ərzində yığılıb qalan 4141.85 (dörd min bir yüz qırx bir manat səksən beş qəpik) manat məbləğində borcun tutulması xahiş edilmiş, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 4141,85 (dörd min bir yüz qırx bir manat, səksən beş qəpik) manat məbləğində borc və 61,42 (altmış bir manat, qırx iki qəpik) manat dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməsi qətt edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh **********00980 saylı qaz hesabında 08.2024-cü il tarixə ödənilməmiş 9059.50 (doqquz min əlli doqquz manat əlli qəpik) borc vardır. Həmin borc üzrə İddiaçı tərəfindən iddia tələbində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(014)- 261/2021 saylı qətnaməsi üzrə tutulan məbləğ (4252,90 manat) nəzərə alınsa da, Məhkəmənin e-2(014)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tutulan məbləğ (4141,85 manat) nəzərə alınmamışdır. Belə olan halda ümumi borcdan (9059,50 – 4252,90 - 4141,85 = 664,75 manat) həmin məbləğlər çıxılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh 664,75 (altı yüz altmış dörd manat yetmiş beş qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməli, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e- 2(014)-1571/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh 4141,85 manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 664,75 (altı yüz altmış dörd manat yetmiş beş qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilsin. Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(014)-1571/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh 4141,85 manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1571/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1571/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver