Məhkəmə qərarları › İş №e-2(014)-161/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-161/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-161/2025 19.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə bağlı bütün sənədləri Elektron Məhkəmə İnformasiya Sistem vasitəsi ilə məhkəməyə təqdim etdiyini, əlavə sübutlarının olmadığını, buna görə də işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 da işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tələbində 21 iyun 2010-cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş mərhum anası X1 ölümündən sonra ondan ünvan 1 ünvanda yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evindən və 0,06 hektar həyətyanı torpaq sahəsindən ibarət ondan miras qalmış və mərhuma çatası 4/6 hissədə yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0,0779 hektar hissəsinin, eləcə də həmin hissələrdən 11 yanvar 1972-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş bacısı X2 çatası hissələrinin, yəni 4/6 hissədə fərdi yaşayış evinin ona çatası ¼ hissəsinin, 0,06 hektar həyətyanı torpaq sahəsində anasının 0,0779 hektar payının ona çatası ¼ hissəsinin, yəni 0,019 hektar hissəsinin tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilsə də, qeyd edilən əmlakla bağlı ərizəyə heç bir sübut əlavə etməmişdir. Belə olan halda isə bu iddiaya mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməsi və iddia tələbinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi məhkəməyə verildikdən sonra dəfələrlə iddiaçıya sənədləri tamamlamaq təklif edilsə də, bunun üçün vaxt verilsə də İddiaçı qeyd olunan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar