Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1611/2025 17.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon üçün 3637,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 363,79 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, MORBİDO PEDLİ MATRAS üçün, 581.94 manat ödənilməmiş hissə, 58,19 manat cərimə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən, PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER markalı enerji toplama cihazı, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon üçün 324,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 32,41 manat cərimə borcu olmaqla ümumilikdə 5045,56 manat borc və 70,46 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06 yanvar 2025-ci il, 31 yanvar 2025-ci il, 12 may 2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon, MATRAS - MORBİDO PEDLİ, PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon almış nəticədə 5045, 56 (beş min qırx beş manat, əlli altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3637,92 (üç min altı yüz otuz yeddi manat, doxsan iki qəpik) manat (24 ay x 151,58 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə 4025,31 (dörd min iyirmi beş manat, otuz bir qəpik) manat olmaqla ondan, 3637,92 (üç min altı yüz otuz yeddi manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 363,79 (üç yüz altmış üç manat, yetmiş doqquz qəpik) manat dəbbə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 581,94 (beş yüz səksən bir manat, doxsan dörd qəpik) manat (18 ay x 32,33 manat + 0 manat ilkin ödəniş) olan MATRAS - MORBİDO PEDLİ üçün ümumilikdə 640,13 (altı yüz qırx manat, on üç qəpik) manat olmaqla ondan 581,94 (beş yüz səksən bir manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58,19 (əlli səkkiz manat, on doqquz qəpik) manat dəbbə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 584,46 (beş yüz səskən dörd manat, qırx altı qəpik) manat (18 ay x 32,47 manat + 0 manat ilkin ödəniş) olan PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon almış, ümumilikdə 380,11 (üç yüz səksən manat, on bir qəpik) manat olmaqla ondan, 324,10 (üç yüz iyirmi dörd manat, on qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 32,41 (otuz iki manat, qırx bir qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 260.36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 06 yanvar 2025-ci il, 31 yanvar 2025-ci il, 12 may 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi 23 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, 17 sentyabr 2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Tələb olunan borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 32,47 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 380,11 (üç yüz səksən manat, on bir qəpik) manat qiyməti olan PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 151,58 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 4025,31 (dörd min iyirmi beş manat, otuz bir qəpik) manat qiyməti olan İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 32,33 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 640,13 (altı yüz qırx manat, on üç qəpik) manat qiyməti olan MATRAS - MORBİDO PEDLİ satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli təhviltəslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli təhviltəslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MATRAS - MORBİDO PEDLİ təhvil verilmişdir. 11 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 3637,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 363,79 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 581.94 manat ödənilməmiş hissə, 58,19 manat cərimə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən 324,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 32,41 manat cərimə borcu olmaqla ümumilikdə 5045,56 manat borcu var. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 70,46 (yetmiş manat, qırx altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 32,47 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 380,11 (üç yüz səksən manat, on bir qəpik) manat qiyməti olan PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon satmışdır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 151,58 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 4025,31 (dörd min iyirmi beş manat, otuz bir qəpik) manat qiyməti olan İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon satmışdır. Eyni zamanda İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 32,33 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 640,13 (altı yüz qırx manat, on üç qəpik) manat qiyməti olan MATRAS - MORBİDO PEDLİ satmışdır. Cavabdeh hər üç müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 3637,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 363,79 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 581.94 manat ödənilməmiş hissə, 58,19 manat cərimə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən 324,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 32,41 manat cərimə borcu olmaqla ümumilikdə 5045,56 manat borcu var. Hazırda iddiaçı cavabdehdən həmin borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon üçün 3637,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 363,79 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən MORBİDO PEDLİ MATRAS üçün 581.94 manat ödənilməmiş hissə, 58,19 manat cərimə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER markalı enerji toplama cihazı İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon üçün 324,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 32,41 manat cərimə borcu olmaqla ümumilikdə 5045,56 manat borc və 70,46 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********56890 İPHONE 15 PRO markalı telefon üçün 3637,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, 363,79 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən MORBİDO PEDLİ MATRAS üçün 581.94 manat ödənilməmiş hissə, 58,19 manat cərimə, 12 may 2024-cü il tarixli müqaviləyə əsasən PAKET M XİDMƏTİ, SAMSUNG 25W COMPACT CHARGER markalı enerji toplama cihazı İMEİ KODU **********77304 SAMSUNG GALAXY A24 markalı telefon üçün 324,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 32,41 manat cərimə borcu olmaqla ümumilikdə 5045,56 manat borc və 70,46 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1611/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1611/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver