Məhkəmə qərarları › İş №e-2(014)-1629/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1629/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1629/2024 20.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasən Cavabdeh 478,80 manat pulu aylıq 40 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməli idi. Müqavilə üzrə cavabdeh tərəfində “Samsung” markalı mobil telefon əldə etmişdir. O, xx.xx.2024-cü il tarixdə 20,60 manat son ödəniş etmişdir. Müqavilə üzrə cavabdeh tərəfində “Alcatel” markalı mobil telefon əldə etmişdir. O, xx.xx.2024-cü il tarixdə 10 manat son ödəniş etmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi ödənilməmiş əsas borc məbləği 458,30 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 687 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, bundan sonra cavabdeh tərəfindən ödənilməli cərimə 68,70 manat, tutulmalı olan cəmi məbləğ isə 527 manat təşkil edir. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasən Cavabdeh 179 manat pulu aylıq 10 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməli idi. Müqavilə üzrə cavabdeh tərəfində “Alcatel” markalı mobil telefon əldə etmişdir. O, xx.xx.2024-cü il tarixdə 10 manat son ödəniş etmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi ödənilməmiş əsas borc məbləği 138,50 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 207 manat təşkil edir. Nisyə alqısatqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, bundan sonra cavabdeh tərəfindən ödənilməli cərimə 20,70 manat, tutulmalı olan cəmi məbləğ isə 159,20 manat təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixinə yaranmış 19 aprel 2018-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 458,30 manat əsas, 68,70 manat cərimə ümumilikdə 527 manat borc, 26 yanvar 2018-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 138,50 manat əsas, 20,7 manat cərimə ümumilikdə 159,20 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 596,8 manat əsas, 89,40 manat cərimə olmaqla 686,20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 40 manat ödənilməsi edilməsi şərti ilə 478,80 manat qiyməti olan “Samsung” markalı mobil telefon vermişdir. İşin materiallarında olan 19 aprel 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 may 2018-ci il tarixdən başlayaraq 19 aprel 2019-cu il tarixədək hər ay 40 manat, 19 aprel 2019-cu il tarixdə isə 38,80 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 19 aprel 2018-ci il tarixli № ********* müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli № ********* saylı müqaviləyə əsasən Cavabdeh 20 sentyabr 2024-cü il tarixə ümumi borcu 1145,30 manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 10 manat ödənilməsi edilməsi şərti ilə 179 manat qiyməti olan “Alcatel” markalı mobil telefon vermişdir. İşin materiallarında olan 26 yanvar 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 fevral 2018-ci il tarixdən başlayaraq 26 iyul 2019-cu il tarixədək hər ay 10 manat, 26 iyul 2019-cu il tarixdə isə 9 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 26 yanvar 2018-ci il tarixli № ********* müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli № ********* saylı müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 345,50 manat təşkil edir. İşin materiallarında olan X1 qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 40 manat ödənilməsi edilməsi şərti ilə 478,80 manat qiyməti olan “Samsung” markalı mobil telefon vermişdir. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 10 manat ödənilməsi edilməsi şərti ilə 179 manat qiyməti olan “Alcatel” markalı mobil telefon vermişdir. Cavabdeh 19 aprel 2018-ci il tarixli № ********* müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun cərimə borcuna güzəşt edilməklə İddiaçı MMC-yə ümumilikdə 1145,30 manat borcu yaranmışdır. Bundan sonra cərimə məbləğinə 90 % güzəşt edildikdən sonra cavabdehin ümumilikdə 527 manat borcu yaranmışdır. Bundan başqa Cavabdeh 26 yanvar 2018-ci il tarixli № ********* müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun cərimə borcuna güzəşt edilməklə İddiaçı MMC-yə ümumilikdə 345,50 manat borcu yaranmışdır. Bundan sonra cərimə məbləğinə 90 % güzəşt edildikdən sonra cavabdehin ümumilikdə 159,20 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 aprel 2018-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilə üzrə 458,30 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat əsas, 68,70 (altmış səkkiz manat yetmiş qəpik) manat cərimə borcu, 26 yanvar 2018-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilə üzrə 138,50 (yüz otuz səkkiz manat əlli qəpik) əsas, 20,70 (iyirmi manat yetmiş qəpik) faiz borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə cəmi 686,20 (altı yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19 aprel 2018-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilə üzrə 458,30 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat əsas, 68,70 (altmış səkkiz manat yetmiş qəpik) manat cərimə borcu, 26 yanvar 2018-ci il tarixli № ********* saylı nisyə alqısatqı müqavilə üzrə 138,50 (yüz otuz səkkiz manat əlli qəpik) əsas, 20,70 (iyirmi manat yetmiş qəpik) faiz borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə cəmi 686,20 (altı yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar