Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1643/2022 26.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, M.İsayev küçəsində ünvanında olarkən İddiaçı ASC-də mülki məsuliyyətli PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş sürücü Cavabdeh VAZ 21099 markalı, 03BH608 d.q.n-li nəqliyyat vasitəsi ilə Ağdaş şəhəri, Vaqif küçəsi 2/21/30-da yaşayan X6 və X7 avtomobil ilə vuraraq sağlamlığa yüngül xəsarət yetirmişdir, 03BC921 dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Ağdaş RPŞ-də iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-327.6-cı, 328 və 332 maddələri ilə xx.xx.2021-ci il tarixli qərar yazılmışdır. X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. X2 dəymiş ziyanla bağlı 750 ( yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmir. VAZ 21150 markalı, 03BC921 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1450 manat ödənişi verilmişdir. Odur ki, Cavabdeh 2950 manat pul vəsaitinin və 49.5 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, “xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, M.İsayev küçəsində ünvanında olarkən İddiaçı ASC-də mülki məsuliyyətli PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş sürücü Cavabdeh VAZ 21099 markalı, 03BH608 d.q.nli nəqliyyat vasitəsi ilə Ağdaş şəhəri, Vaqif küçəsi 2/21/30-da yaşayan X6 və X7 avtomobil ilə vuraraq sağlamlığa yüngül xəsarət yetirmişdir, 03BC921 dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Ağdaş RPŞ-də iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-327.6-cı, 328 və 332 maddələri ilə xx.xx.2021-ci il tarixli qərar yazılmışdır. X1 dəymiş ziyanla bağlı 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. X2 dəymiş ziyanla bağlı 750 ( yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmir. VAZ 21150 markalı, 03BC921 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1450 (bir min dörd yüz əlli) manat ödənişi verilmişdir. İşdə olan Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli 1 illik sığorta müqaviləsi bağlanmışdır. İşdə olan PAZ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, PAZ********** saylı sığorta şəhadətnaməsinə əsasən “VAZ 21099” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə 750 manat məbləğində zərər dəymişdir. İşdə olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının rəyindən görünür ki, fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyəti aparan İlqar Zeynalov tərəfindən verilmiş təmir smetasının surətindən görünür ki, “VAZ 21150” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 590 manat, işçilik xidmətləri isə 860 manat müəyyən olunur. Avtomobilə cəmi 1450 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, zərərçəkmiş şəxs X8 750 manat məbləğində ödəniş olunmuşdur. İsdə olan xx.xx.2021-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığının sürətindən görünür ki, zərərçəkmiş şəxs X8 750 manat məbləğində ödəniş olunmuşdur. İsdə olan xx.xx.2021-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığının sürətindən görünür ki, zərərçəkmiş şəxs X3 1450 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21099” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 2950 manat İddiaçı ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 49.5 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2950 manat pul vəsaiti, 49.5 manat ödənilmiş dövlət rüsumu, cəmi 2999 manat 50 qəpik (iki min doqquz yüz doxsan doqquz manat əlli qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-1643/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1643/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver