Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1667/2024 15.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli müqavilələrə əsasən, Kombi Hoffmann, Aspirator Hoffmann, 12 ədəd Seksiya Hoffmann, İmei kod **********11142 İphone 11 markalı telefon, Samsung Led tv, İmei kod **********30798 Samsung Galaxy A24 markalı telefon, X1qlıq, Vinil şəffaf, 21 ədəd Seksiya Hoffmann, Matras Marvin-Genc-Çarpayı-Bazali, Samsung Led tv almış və nəticədə 4274 (dörd min iki yüz yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1908.90 (min doqquz yüz səkkiz manat, doxsan qəpik) manat (yəni 18 ay x 106.05 manat + 0 manat ilkin ödəniş) olan Kombi Hoffmann, Aspirator Hoffmann, 12 ədəd seksiya Hoffmann üçün ümumilikdə, 1574 (min beş yüz yetmiş dörd) manat olmaqla ondan 1430.80 (min dörd yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 143.20 (yüz qırx üç manat, iyirmi qəpik) manat cərimə: xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1749.42 (min yeddi yüz qırx doqquz manat, qırx iki qəpik) manat (yəni 18 ay x 97.19 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11142 İphone 11 markalı telefon üçün ümumilikdə, 1066 (min altmış altı) manat olmaqla ondan 969.01 (doqquz yüz altmış doqquz manat, sıfır bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96.99 (doxsan altı manat, doxsan doqquz qəpik) manat cərimə: xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1815.66 (min səkkiz yüz on beş manat, altmış altı qəpik) manat (yəni 18 ay x 100.87 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led tv üçün ümumilikdə, 772 (yeddi yüz yetmiş iki) manat olmaqla ondan 701.62 (yeddi yüz bir manat, altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70.38 (yetmiş manat, otuz səkkiz qəpik) manat cərimə: xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 785.04 (yeddi yüz səksən beş manat, sıfır dörd qəpik) manat (yəni 12 ay x 65.42 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********30798 Samsung Galaxy A24 markal telefon, X1qlıq, Vinil şəffaf üçün ümumilikdə 392 (üç yüz doxsan iki) manat olmaqla ondan 356.95 (üç yüz əlli altı manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.05 (otuz beş manat, sıfır beş qəpik) manat cərimə: xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 582.12 (beş yüz səksən iki manat, on iki qəpik) manat (yəni 12 ay x 33.51 manat + 180 manat ilkin ödəniş) olan 21 ədəd Seksiya Hoffmann üçün ümumilikdə 294 (iki yüz doxsan dörd) manat olmaqla ondan 267.76 (iki yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.24 (iyirmi altı manat, iyirmi dörd qəpik) manat cərimə: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 723 (yeddi yüz iyirmi üç) manat (yəni 24 ay x 29.20 manat + 22.20 manat ilkin ödəniş) olan Matras, Marvin-Genc-Çarpayı-Bazali üçün ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat olmaqla ondan 116.23 (yüz on altı manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.77 (on bir manat, yetmiş yeddi qəpik) manat cərimə: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (yəni 18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led tv üçün ümumilikdə 48 (qırx səkkiz) manat olmaqla ondan 43.22 (qırx üç manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.78 (dörd manat, yetmiş səkkiz qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4398.55 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmalkın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03467015 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 106.05 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1908.90 manat qiyməti, Kombi Hoffmann, Aspirator Hoffmann, 12 ədəd Seksiya Hoffmann, xx.xx.2023-cü il tarixli, 09622564 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 97.19 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1749.42 manat qiyməti olan İmei kod **********11142 İphone 11 markalı telefon, xx.xx.2023-cü il tarixli, 03014298 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 100.87 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1815.66 manat qiyməti olan Samsung Led tv, xx.xx.2023-cü il tarixli, 03226293 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 65.42 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 785.04 manat qiyməti olan İmei kod **********30798 Samsung Galaxy A24 markalı telefon, X1qlıq, Vinil şəffaf, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 33.51 manat və 180 manat ilkin ödəniş ödənilməsi şərti ilə 582.12 manat qiyməti olan 21 ədəd Seksiya Hoffmann, xx.xx.2022-cü il tarixli, 10812125 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 29.20 manat və 22.20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 723 manat qiyməti olan Matras, Marvin-Genc- Çarpayı-Bazali, xx.xx.2022-cü il tarixli, 09412444 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 40 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 720 manat qiyməti olan Samsung Led tv vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03467015 saylı, xx.xx.2023-cü il tarixli 09622564 saylı, xx.xx.2023cü il tarixli, 03014298 saylı, xx.xx.2023-cü il tarixli, 03226293 saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, 10812125 saylı və xx.xx.2022-ci il tarixli, 09412444 saylı müqavilələrə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 4274 (dörd min iki yüz yetmiş dörd) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 62.74 (altmış iki manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03467015 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 106.05 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1908.90 manat qiyməti, Kombi Hoffmann, Aspirator Hoffmann, 12 ədəd Seksiya Hoffmann, xx.xx.2023-cü il tarixli, 09622564 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 97.19 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1749.42 manat qiyməti olan İmei kod **********11142 İphone 11 markalı telefon, xx.xx.2023-cü il tarixli, 03014298 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 100.87 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1815.66 manat qiyməti olan Samsung Led tv, xx.xx.2023-cü il tarixli, 03226293 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 65.42 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 785.04 manat qiyməti olan İmei kod **********30798 Samsung Galaxy A24 markalı telefon, X1qlıq, Vinil şəffaf, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 33.51 manat və 180 manat ilkin ödəniş ödənilməsi şərti ilə 582.12 manat qiyməti olan 21 ədəd Seksiya Hoffmann, xx.xx.2022-cü il tarixli, 10812125 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 29.20 manat və 22.20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 723 manat qiyməti olan Matras, Marvin-Genc-Çarpayı-Bazali, xx.xx.2022-cü il tarixli, 09412444 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 40 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 720 manat qiyməti olan Samsung Led tv vermiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03467015 saylı, xx.xx.2023-cü il tarixli 09622564 saylı, xx.xx.2023cü il tarixli, 03014298 saylı, xx.xx.2023-cü il tarixli, 03226293 saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, 10812125 saylı və xx.xx.2022-ci il tarixli, 09412444 saylı müqavilələrə müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 4274 (dörd min iki yüz yetmiş dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 143.20 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 14 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 96.99 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 70.38 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 7 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 35.05 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 26.24 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11.77 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4.78 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1430.80 (min dörd yüz otuz manat, səksən qəpik) manat əsas borc, 14 (on dörd) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 969.01 (doqquz yüz altmış doqquz manat, sıfır bir qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən 701.62 (yeddi yüz bir manat, altmış iki qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 356.95 (üç yüz əlli altı manat, doxsan beş qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 267.76 (iki yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 116.23 (yüz on altı manat, iyirmi üç qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 43.22 (qırx üç manat, iyirmi iki qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 3924.59 (üç min doqquz yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat məbləğində borc və 62.74 (altmış iki manat, yetmiş dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1430.80 (min dörd yüz otuz manat, səksən qəpik) manat əsas borc, 14 (on dörd) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 969.01 (doqquz yüz altmış doqquz manat, sıfır bir qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 701.62 (yeddi yüz bir manat, altmış iki qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 356.95 (üç yüz əlli altı manat, doxsan beş qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 267.76 (iki yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 116.23 (yüz on altı manat, iyirmi üç qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 43.22 (qırx üç manat, iyirmi iki qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 3924.59 (üç min doqquz yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat məbləğində borc və 62.74 (altmış iki manat, yetmiş dörd beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1667/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1667/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver