Məhkəmə qərarları › İş №e-2(014)-168/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-168/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-168/2024 19.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********69587 "X3 9S" markalı telefon, İmei Kod **********47987 “X3 9” markalı telefon, İmei Kod **********75981 “Samsung Galaxy A31” markalı telefon, İmei Kod **********88048 “ Hoffmann X GO” markalı telefon, Aspirator Hoffmann almış və nəticədə 1187 (min bir yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 751.80 (yeddi yüz əlli bir manat, səksən qəpik) manat (yəni 18 ay x 41.60 manat + 3 manat ilkin ödəniş) İmei Kod **********69587 "X3 9S" markalı telefon üçün ümumilikdə, 487 (dörd yüz səksən yeddi) manat olmaqla ondan 442.87 (dörd yüz qırx iki manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.13 (qırx dörd manat, on üç qəpik) manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 649.20 (altı yüz qırx doqquz manat, iyirmi qəpik) manat (yəni 18 ay x 34.90 manat + 21 manat ilkin ödəniş) İmei Kod **********47987 “X3 9” markalı telefon üçün ümumilikdə, 346 (üç yüz qırx altı) manat olmaqla ondan 314.10 (üç yüz on dörd manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.90 (otuz bir manat, doxsan qəpik) manat cərimə:xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 824.40 (səkkiz yüz iyirmi dörd manat, qırx qəpik) manat (yəni 18 ay x 45.80 manat + 0 manat ilkin ödəniş) İmei Kod **********75981 “Samsung Galaxy A31” markalı telefon üçün ümumilikdə, 307 (üç yüz yeddi) manat olmaqla ondan 279.79 (iki yüz yetmiş doqquz manat, yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.21 (iyirmi yeddi manat, iyirmi bir qəpik) manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 154.80 (yüz əllli dörd manat, səksən qəpik) manat (yəni 18 ay x 8.60 manat + 0 manat ilkin ödəniş) İmei Kod **********88048 “Hoffman X GO” markalı telefon üçün ümumilikdə, 28 (iyirmi səkkiz) manat olmaqla ondan 25.80 (iyirmi beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 347.40 (üç yüz qırx yeddi manat, qırx qəpik) manat (yəni 18 ay x 19.30 manat + 0 manat ilkin ödəniş) “Aspirator Hoffmann” üçün ümumilikdə, 19 (on doqquz) manat olmaqla ondan 17.16 (on yeddi manat, on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.84 (bir manat, səksən dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1317.64 (min üç yüz on yeddi manat, altmış dörd qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələbin əsaslığını və əmalkın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin cavabdeh X1 qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22209610 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 41.60 manat və 3 manat ilkin ödəniş ödənilməsi şərti ilə 751.80 manat qiyməti, İMEİ Kod **********69587 "X3 9S" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 22138346 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 34.90 manat və 21 manat ilkin ödəniş ödənilməsi şərti ilə 649.20 manat qiyməti olan İmei Kod **********47987 "X3 9, markalı telefon, xx.xx.2020-ci il tarixli, № 21134236 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 45.80 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 824.40 manat qiyməti olan İmei Kod **********75981 "Samsung Galaxy A31" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 20312228 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 8.60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 154.80 manat qiyməti olan İmei Kod **********88048 "Hoffmann X GO" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 22042315 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 19.30 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 347.40 manat qiyməti olan "Aspirator Hoffmann" vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22209610 saylı, xx.xx.2020-ci il tarixli № 22138346 saylı, xx.xx.2020-ci il tarixli № 21134236 saylı, xx.xx.2020-ci il tarixli, № 20312228 saylı və xx.xx.2020-ci il tarixli, № 22042315 saylı müqavilələrə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 1187 (min bir yüz səksən yeddi) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC borcalana xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 31.87 (otuz bir manat, səksən yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22209610 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 41.60 manat və 3 manat ilkin ödəniş ödənilməsi şərti ilə 751.80 manat qiyməti, İMEİ Kod **********69587 "X3 9S" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 22138346 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 34.90 manat və 21 manat ilkin ödəniş ödənilməsi şərti ilə 649.20 manat qiyməti olan İmei Kod **********47987 "X3 9" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 21134236 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 45.80 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 824.40 manat qiyməti, İmei Kod **********75981 "Samsung Galaxy A31" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 20312228 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 8.60 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 154.80 manat qiyməti, İmei Kod **********88048 "Hoffman X GO" markalı telefon, xx.xx.2020-ci il tarixli, № 22042315 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 19.30 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 347.40 manat qiyməti, "Aspirator Hoffmann" vermiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, №22209610 saylı, xx.xx.2020-ci il tarixli, №22138346 saylı, xx.xx.2020-ci il tarixli, №21134236 saylı, xx.xx.2020-ci il tarixli, №20312228 saylı və xx.xx.2020-ci il tarixli, №22042315 saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1187 (min bir yüz səksən yeddi) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 44.13 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 4 manat,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 31.90 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27.21 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3 manat, məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 442.87 (dörd yüz qırx iki manat, səksən yeddi qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 314.10 (üç yüz on dörd manat, on qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 279.79 (iki yüz yetmiş doqquz manat, yetmiş doqquz qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 25.80 (iyirmi beş manat, səksən qəpik) manat əsas borc, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 17.16 (on yeddi manat, on altı qəpik) manat əsas borc, 1.84 (bir manat, səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1093.76 (min doxsan üç manat, yetmiş altı qəpik) manat məbləğində borc və 31.87 (otuz bir manat, səksən yeddi qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 442.87 (dörd yüz qırx iki manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, 314.10 (üç yüz on dörd manat, on qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 279.79 (iki yüz yetmiş doqquz manat, yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 25.80 (iyirmi beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 17.16 (on yeddi manat, on altı qəpik) manat ödənilməmiş hissə, 1.84 (bir manat, səksən dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 1093.76 (min doxsan üç manat, yetmiş altı qəpik) manat borc və 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar