Məhkəmə qərarları › İş №e-2(014)-1689/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1689/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1689/2025 28.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Quliyeva Aidə Binyamin qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********21190 İPHONE 16 PRO. APPLE ADAPTER, PAKET XXXL xidməti üçün, 2131.86 (iki min yüz otuz bir manat, 86 qəpik) manat ödənilməmiş hissə, 213.19 (iki yüz on üç manat, 19 qəpik) manat dəbbə; 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, MULTİSTAYLER DYSON, ZƏMANƏT + 3 İL xidmət üçün , 1456.74 (bi rmin dörd yüz əlli altı manat, 74 qəpik) manat ödənilməmiş hissə, 145.67 (yüz qırx beş manat, 67 qəpik) manat dəbbə 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, X1, QİZİL ZƏMANƏT ULTRA1 İL xidmət üçün, 1230.96 (bi rmin iki yüz otuz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 123.10 (yüz iyirmi üç manat, 10 qəpik) manat dəbbə, ümumilikdə 5301.52 manat borc, 73.02 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2025-ci il, 13 yanvar 2025-ci il, 26 yanvar 2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********21190 iphone 16 pro. apple adapter, qizil zəmanət ultra 2 il xidməti, paket xxxl xidməti, multistayler dyson, zəmanət + 3 il xidməti, X1, qizil zəmanət ultra 1 il xidməti almış və nəticədə 5301.52 (beş min üç yüz bir manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17 yanvar 2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4132.86 (dörd min yüz otuz iki manat, 86 qəpik ) manat (18 ay x 151.77 manat + 1401 manat ilkin ödəniş) olan İmei kod **********21190 iphone 16 pro. apple adapter, qizil zəmanət ultra 2 il xidməti, PAKET XXXL xidmət üçün ümumilikdə, 2345.05 (iki min üç yüz qırx beş manat, 5 qəpik) manat olmaqla ondan, 2131.86 (iki min yüz otuz bir manat, 86 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 213.19 (iki yüz on üç manat, 19 qəpik) manat dəbbə; 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1876.74 (bi r min səkkiz yüz yetmişa ltı manat, 74 qəpik) manat (18 ay x 80.93 manat + 420 manat ilkin ödəniş) olan multistayler dyson, zəmanət + 3 il xidməütçi ün ümumilikdə, 1602.41 (bi rmin altı yüz iki manat,41 qəpik) manat olmaqla ondan, 1456.74 (bi rmin dörd yüz əlli altı manat, 74 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 145.67 (yüz qırx beş manat, 67 qəpik) manat dəbbə 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1650.96 (bi rmin altı yü zəlli manat, 96 qəpik) manat (12 ay x 102.58 manat + 420 manat ilkin ödəniş) olan X1, qizil zəmanət ultra 1 il xidmət üçün ümumilikdə, 1354.06 (bir min üç yü zəlli dörd manat, 6 qəpik ) manat olmaqla ondan, 1230.96 (bi rmin iki yüz otuz manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 123.10 (yü ziyirmi üç manat, 10 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh 17 yanvar 2025-cü il tarixli müqaviləsinə əsasən, 26 yanvar 2025-cü il tarixində qizil zəmanət ultra 2 il xidmətindən imtina etmiş və məhsul 600 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 17 yanvar 2025-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1401 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 600 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 840 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış 17 yanvar 2025-ci il, 13 yanvar 2025-ci il, 26 yanvar 2025-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 30 iyun 2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə 23 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilmədiklərindən mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini bildirib qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2025-ci il tarixli ********** saylı müqavilənin surətindən görünür ki, ilkin ödəniş 420 manat olmaqla, MULTİSTAYLER DYSON, ZƏMANƏT + 3 İL markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində, hər ay 80.93 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 13 yanvar 2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********** saylı müqaviləyə əsasən MULTİSTAYLER DYSON, ZƏMANƏT + 3 İL məhsulunu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 17 yanvar 2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********** saylı müqaviləyə əsasən İmei kod **********21190 İPHONE 16 PRO. APPLE ADAPTER, PAKET XXXL məhsulunu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 26 yanvar 2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********** saylı müqaviləyə əsasən X1, QİZİL ZƏMANƏT ULTRA1 İL məhsulunu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 30 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki,

1. Cavabdeh 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən üzrə MULTİSTAYLER DYSON, ZƏMANƏT + 3 İL xidməti üçün alqı-satqı qiyməti 1876,74 manat olan mala görə əsas borca 420 manat ödənildikdən sonra əsas borca görə 1456,74 manat ödənilməmiş hissə, 145.67 (yüz qırx beş manat, 67 qəpik) manat dəbbə pulu,

2. 17 yanvar 2025-cü il tarixli müqaviləyə əsasən İmei kod **********21190 İPHONE 16 PRO. APPLE ADAPTER, PAKET XXXL xidməti üçün alqı-satqı qiyməti 4132,86 manat olan mala görə 1401 + 600 manat məhsul qaytarıldıqdan sonra əsas borca 2131,86 manat ödənilməmiş hissə, 213,19 manat dəbbə pulu,

3. 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən X1, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün alqı-satqı qiyməti 1650,96 manat olan mala görə əsas borca 420 manat ödənildikdən sonra əsas borca görə 1230,96 manat ödənilməmiş hissə, 123,10 manat dəbbə pulu olmaqla ümumilikdə 5301,52 manat borc hesablanmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 13 yanvar 2025-ci il tarixdə imzalanmış ********** saylı müqaviləyə əlavədən görünür ki, aşağıda adları və qiymətləri qeyd edilmiş məhsulla 03679179 nömrəli faktura ilə rəsmiləşdirilmişdir. 1 ədəd Multistayler Dyson HS05 AİRWRAP Blush Blue - qiyməti 1399,99 manat. 1 ədəd 3 il müddətinə zəmanət xidməti - qiyməti 168 manat. Ödəniş (faktura üzrə): ilkin öd. 420 manat, Kredit müddəti: 18 ay, aylıq öd. (ümumi faktura üzrə): - 80,93 manat Ümumi məbləğ: 1876,80 manat Ödəniş günü: hər ayın 15 İddiaçı MMC ilə Cavabdeh arasında 26 yanvar 2025-ci il tarixdə imzalanmış ********** saylı müqaviləyə əlavədən görünür ki, aşağıda adları və qiymətləri qeyd edilmiş məhsulla ********* nömrəli faktura ilə rəsmiləşdirilmişdir. 1 ədəd X1 X20 MAX Black - qiyməti 1399,99 manat. 1 ədəd qızıl zəmanət ultra 1 il(kontakt) - qiyməti 112 manat. Ödəniş (faktura üzrə): ilkin öd. 420 manat, Kredit müddəti: 12 ay, aylıq öd. (ümumi faktura üzrə): - 102.58 manat Ümumi məbləğ: 1651 manat Ödəniş günü: hər ayın 12 İddiaçı MMC ilə Cavabdeh arasında 17 yanvar 2025-ci il tarixdə imzalanmış müqaviləyə əlavədən görünür ki, 1 ədəd 3 paket XXXL – qiyməti 2999,99 manat 1 ədəd İPHONE 16 PRO 128 GB natural - qiyməti 69,99 manat 1 ədəd 2 il qızıl ultra zəmanət - qiyməti 149.99 manat. Ümumi məbləğ: 3219,97 manat xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 73.02 (yetmiş üç manat, iki qəpik) dövlət rüsumu ödəmişdir. Beləliklə, iddia ərizəsində qeyd edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 80.93 manat və 420 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1876.74 manat qiyməti olan 1 ədəd Multistayler Dyson HS05 AİRWRAP Blush Blue 1 ədəd 3 il müddətinə zəmanət xidməti ilə, 17 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 151.77 manat və 1401 manat ilkin ödəniş ödənilməsi şərti ilə 4132.86 manat qiyməti olan 1 ədəd İPHONE 16 PRO 128 GB natural 1 ədəd qızıl ultra zəmanət ultra 2 il (kontakt) 1 ədəd 3 il müddətinə zəmanət xidməti ilə, 26 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 102.58 manat və 420 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1650.96 manat qiyməti olan 1 ədəd X1 X20 MAX Black, 1 ədəd qızıl zəmanət ultra 1 il(kontakt) xidməti ilə satmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 5301.52 manat məbləğində borcu yaranmışdır. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 80.93 manat və 420 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1 ədəd Multistayler Dyson HS05 AİRWRAP Blush Blue - qiyməti 1399,99 manat, 1 ədəd 3 il müddətinə zəmanət xidməti - qiyməti 168 manat qiyməti olan mal və xidmət satmışdır. 17 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 151.77 manat və 1401 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1 ədəd 3 paket XXXL – qiyməti 2999,99 manat, 1 ədəd İPHONE 16 PRO 128 GB natural - qiyməti 69,99 manat, 1 ədəd 2 il qızıl ultra zəmanət - qiyməti 149.99 manat qiyməti olan mal və xidmət satmışdır. 26 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 102.58 manat və 420 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1 ədəd X1 X20 MAX Black - qiyməti 1399,99 manat, 1 ədəd qızıl zəmanət ultra 1 il(kontakt) - qiyməti 112 manat qiyməti olan mal və xidmət satmışdır. Beləliklə iddiaçı tərəfindən cavabdehə verilmiş malların və xidmətlərin qiymətlərini (İddiaçı MMC ilə Cavabdeh arasında 13 yanvar 2025-ci il tarixdə imzalanmış 13 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləsinə əlavə) topladıqda (1399,99 + 168 = 1567,99) 1567.99 manat, 17 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləsinə əlavə (2999.99 + 149.99 + 69.99 = 3219.97) 3219.97 manat, 26 yanvar 2025-ci il tarixdə ********** saylı müqaviləsinə əlavə (1399.99 + 112 = 1511.99) 1511.99 manat olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrinə əlavədə malların ümumi dəyərinin 13 yanvar 2025-ci il tarixli müqavilədə 1876.74 manat, maliyyə arayışında və iddia ərizəsində isə 1876.74 manat, 17 yanvar 2025-ci il tarixli müqavilədə 4132.86 manat, maliyyə arayışında və iddia ərizəsində isə 4132.86 manat, 26 yanvar 2025-ci il tarixli müqavilədə 1650.96 manat, maliyyə arayışında və iddia ərizəsində isə 1650.96 manat, kimi qeyd etməklə malların ümumi dəyərini süni şəkildə artırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, malların ümumi dəyəri 13 yanvar 2025-ci il tarixli müqavilədə 1567.99 manat götürülməklə, eyni zamanda cavabdeh tərəfindən həmin mallara görə 420 manat əsas borca ödəniş etmədiyi nəzərə almaqla cavabdehin iddiaçıya həmin müqaviləyə əsasən əsas borcu (1567.99 - 420 = 1147,99) 1147.99 manat, 17 yanvar 2025-ci il tarixli müqavilədə 3219.97 manat götürülməklə, eyni zamanda cavabdeh tərəfindən (1401 + 600 = 2001) 2001 manat məhsul qaytarıldıqdan sonra əsas borca ödənilməyi nəzərə almaqla cavabdehin iddiaçıya həmin müqaviləyə əsasən əsas borcu (3219.97 - 2001 = 1218.97) 1218.97 manat və 26 yanvar 2025-ci il tarixli müqavilədə 1511.99 manat götürülməklə, eyni zamanda cavabdeh tərəfindən həmin mallara görə 420 manat əsas borca ödəniş etmədiyi nəzərə almaqla cavabdehin iddiaçıya həmin müqaviləyə əsasən əsas borcu (1511.99 - 420 = 1091,99) 1091.99 manat müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsi üzrə tələb edilən 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 145.67 manat, 17 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 213.19 manat və 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 123.10 manat dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 1147.99 manat, 17 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 1218.97 manat və 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 1091.99 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 145.67 manat, 17 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 213.19 manat və 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 123.10 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə tənasübsüz surətdə yüksək və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən tələb etdiyi 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 145.67 manat məbləğinin azaldılaraq 15 manat həddində, 17 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 213.19 manat məbləğinin azaldılaraq 22 manat həddində və 26 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 123.10 manat məbləğinin azaldılaraq 13 manat həddində müəyyən edilməsi kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından uyğundur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 73.02 (yetmiş üç manat, iki qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 66.80 manat cavabdehdən tutulmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13 yanvar 2025-ci il tarixli müqavilə 1147.99 manat ödənilməmiş hissə, 15 manat cərimə, 17 yanvar 2025-ci il tarixli müqavilə 1218.99 manat ödənilməmiş hissə, 22 manat cərimə və 26 yanvar 2025-ci il tarixli müqavilə 1091.99 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla ümumilikdə 3508.97 (üç min beş yüz səkkiz manat, doxsan yeddi qəpik) manat borc və 55,90 (əlli beş manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 13 yanvar 2025-ci il tarixli müqavilə 1147.99 manat ödənilməmiş hissə, 15 manat cərimə, 17 yanvar 2025-ci il tarixli müqavilə 1218.99 manat ödənilməmiş hissə, 22 manat cərimə və 26 yanvar 2025-ci il tarixli müqavilə 1091.99 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla ümumilikdə 3508.97 (üç min beş yüz səkkiz manat, doxsan yeddi qəpik) manat borc və 55,90 (əlli beş manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar