Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1710/2025 15.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri, Ağalı küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1309,96 (bir min üç yüz doqquz manat, doxsan altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 33,10 (otuz üç manat, on qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, ümumilikdə isə 1343,46 (bir min üç yüz qırx üç manat, qırx altı qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında qəbul edildikdən sonra müəyyən edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olmazdan əvvəl, yəni 29 oktyabr 2023-cü il tarixdə ölmüşdür. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 29 oktyabr 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu andan əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması onun ölüm anı sayılır. 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh artıq ölmüş və onun hüquq qabiliyyəti mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, cavabdehin vərəsələrini müəyyən etməklə onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı tərəfindən 11 avqust 2025-ci il tarixli, № **********56 nömrəli qəbzlə, “Asan ödəniş” sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 33,10 (otuz üç manat, on qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) Azəriqaz» İstehsalat Birliyinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehin vərəsələrini müəyyən etməklə onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən 11 avqust 2025-ci il tarixli, № **********56 nömrəli qəbzlə, “Asan ödəniş” sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 33,10 (otuz üç manat, on qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) Azəriqaz» İstehsalat Birliyinə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1710/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1710/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver