Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1724/2025 09.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştrakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12 avqust 2025-ci il tarixdə İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1209,42 manat (bir min iki yüz doqquz manat, qırx iki qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 32,10 manat (otuz iki manat, on qəpik) dövlət rüsumun və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının, ümumilikdə isə 1241,92 manat (bir min iki yüz qırx bir manat, doxsan iki qəpik) pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Pirəyir kəndində Cavabdeh məxsus mənzilində 21xx-xx-2019 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01970 saylı qaz hesabında ödənilməmiş 1209,42 manat borc vardır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1209,42 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı **********7 nömrəli sayğacın 10610 kub m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında Ağdaş rayonu, Pirəyir kəndində yerləşən evdə qazdan istifadəyə görə iddia tələbində göstərilən borcunun yarandığını bildirərək, bir müddət Ağdaş şəhərində anası ilə birlikdə yaşadığından həmin evə gedə bilmədiyini, borcunun yığıldığını, evdə yalnız özünün işlədiyini, buna görə də borcu ödəyə bilmədiyini, hazırda isə yalnız hissə-hissə həmin borcu ödəyə biləcəyini qeyd etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Qaz paylayıcısı ilə məişət qazının qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 24 dekabr 2019-cu il tarixli, 21xx-xx-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə qeyd olunan müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra olunmaması nəticəsində Paylayıcıya vurulmuş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan İddiaçı **********01970 saylı abonenti Cavabdeh aid abonent saldosunun surətindən görünür ki, qazdan istifadəyə görə həmin abonentin 1209,42 manat (bir min iki yüz doqquz manat, qırx iki qəpik) borcu vardır. **********38 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32,10 manat (otuz iki manat, on qəpik) dövlət rüsumu ödəmiş, ondan 0,40 manat (qırx qəpik) bank xidməti haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, başqa sözlə müqavilə ilə şərtləndirilmiş üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli imtina etmişdir ki, bu da yolverilməzdir. Halbuki, Mülki Məcəllənin 430.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bundan başqa, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin tədqiq edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və İddiaçı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək öhdəliyini götürmüş, lakin həmin öhdəliyinin layiqincə icra edilməməsi nəticəsində onun İddiaçınə 1209,42 manat (bir min iki yüz doqquz manat, qırx iki qəpik) debitor borcu yaranmışdır. Məhkəmə mülki işin müəyyən olunmuş yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, debitor borcun əvəzi qismində 1209,42 manat (bir min iki yüz doqquz manat, qırx iki qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32,10 manat (otuz iki manat, on qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının əvəzi olan pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri üzrə borcun əvəzi qismində 1209,42 manat (bir min iki yüz doqquz manat, qırx iki qəpik) əsas borcun, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32,10 manat (otuz iki manat, on qəpik) pul vəsaitinin və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının, cəmi 1241,92 manat (bir min iki yüz qırx bir manat, doxsan iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1724/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1724/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver