Məhkəmə qərarları › İş №e-2(014)-1731/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1731/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1731/2023 29.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı «İrşad Electronics” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İrşad Electronics” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətində hər ay 325 manat ödəmək şərti ilə 3889,40 manat dəyərində “Apple” markalı notebook, smart saat, qulaqcıq və aksesuar verilmişdir. Cavabdeh sonuncu 50 manat məbləğində ödənişi xx.xx.2023-cü il tarixdə etmişdir. Cavabdeh İddiaçı MMC-yə müqavilənin şərtlərini pozması nəticəsində 3314,40 manat əsas borcu, 9943 manat cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90 % güzəşt edilərək 994,30 manat cərimə borcu hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumi borcu 4308,70 manat təşkil edir. Bundan başqa «İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətində hər ay 92 manat ödəmək şərti ilə 1653,50 manat dəyərində “İphone 11” markalı mobil telefon verilmişdir. Cavabdeh sonuncu 92 manat məbləğində ödənişi xx.xx.2023-cü il tarixdə etmişdir. Cavabdeh İddiaçı MMC-yə müqavilənin şərtlərini pozması nəticəsində 1561,50 manat əsas borcu, 4684 manat cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90 % güzəşt edilərək 468,40 manat cərimə borcu hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumi borcu 2029,90 manat təşkil edir. Bundan başqa «İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətində hər ay 243 manat ödəmək şərti ilə 4365,90 manat dəyərində “Apple” markalı mobil telefon verilmişdir. Cavabdeh sonuncu 243 manat məbləğində ödənişi xx.xx.2023-cü il tarixdə etmişdir. Cavabdeh İddiaçı MMC-yə müqavilənin şərtlərini pozması nəticəsində 3393,90 manat əsas borcu, 10181 manat cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90 % güzəşt edilərək 1018,10 manat cərimə borcu hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumi borcu 4412 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 3314,40 manat, cərimə borcu üzrə 994,30 manat olmaqla, cəmi 4308,70 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1561,50 manat, cərimə borcu üzrə 468,40 manat olmaqla, cəmi 2029,90 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 3393,90 manat, cərimə borcu üzrə 1018,10 manat olmaqla, cəmi 4412 manat məbəğində borcun və 122,25 manat məbləğində dövlər rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək dəfələrlə cavabdehlə borcun ödənilməsinə dair danışıqların aparılmasına baxmayaraq borcun ödənilməsinə dair cavabdeh tərəfindən heç bir hərəkət edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 325 manat olmaqla 3889,46 manat dəyərində “Apple” markalı notebook, smart saat, qulaqcıq və aksesuar verilmişdir. İşin materiallarında olan 10 yanvar 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 fevral 2023-cü il tarixdən başlayaraq 10 dekabr 2023-cü il tarixədək hər ay 325 manat, 10 yanvar 2023-cü il tarixdə isə 314,46 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə Cavabdeh xx.xx.2023cü il tarixə ümumi borcu 13257,40 manat təşkil edir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 92 manat olmaqla 1653,59 manat dəyərində " İphone 11" markalı mobil telefon verilmişdir. İşin materiallarında olan 10 yanvar 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 fevral 2023-cü il tarixdən başlayaraq 10 iyun 2024-cü il tarixədək hər ay 92 manat, 10 iyul 2024-cü il tarixdə isə 89,59 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə Cavabdeh xx.xx.2023cü il tarixə ümumi borcu 6245,50 manat təşkil edir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 243 manat olmaqla 4365,99 manat dəyərində “Apple” markalı mobil telefon verilmişdir. İşin materiallarında olan 28 oktyabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 noyabr 2022-ci il tarixdən başlayaraq 28 mart 2024-cü il tarixədək hər ay 243 manat, 28 aprel 2024-cü il tarixdə isə 234,99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 13574,90 manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə borcların ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 122,25 (yüz iyirmi iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 325 manat olmaqla 3889,46 manat dəyərində “Apple” markalı notebook, smart saat, qulaqcıq və aksesuar, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 92 manat olmaqla 1653,59 manat dəyərində " İphone 11" markalı mobil telefon, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 243 manat olmaqla 4365,99 manat dəyərində “Apple” markalı mobil telefon verilmiş, Cavabdeh hər üç müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 10750,60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə borcu 200 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə borcu 150 manat; xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cərimə borcu 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 3314,40 manat əsas borc, 200 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 1561,50 manat əsas borc, 150 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 3393,90 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 8719,80 (səkkiz min yeddi yüz on doqquz manat, səksən qəpik) manat məbləğində pul və 122,25 (yüz iyirmi iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 3314,40 manat əsas borc, 200 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 1561,50 manat əsas borc, 150 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 3393,90 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 8719,80 (səkkiz min yeddi yüz on doqquz manat, səksən qəpik) manat məbləğində pul və 122,25 (yüz iyirmi iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar