Məhkəmə qərarları › İş №e-2(014)-174/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-174/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-174/2024 14.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Ağdaş rayonu, Maşad kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Maşad kəndində yaşayan Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04110 saylı qaz hesabında ödənilməmiş 3515,44 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 94 manat hissəsi sayğac göstəricisinə və 3421,44 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 94 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G 4T markalı **********2 nömrəli sayğacın 7434 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3421,44 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Maşad kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 12 yanvar 2023-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 23 yanvar 2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 28512 m3 (və ya 3421,44 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə 06 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X4 arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, № 6129-10-20 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşin materiallarında olan İddiaçı 23 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı elburus Cəbrayılovun yaşadığı mənzilə 12 yanvar 2023-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 28512 m3 borc hesablanmışdır. İşin materiallarında olan 12 yanvar 2023-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Elburus Cəbrayılovun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman həyətdən keçən paylayıcı xətdən qeyri-qanuni birləşmə aşkar edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, № 6129-10-20 saylı müqaviləyə əsasən Cavabdeh 2023-cü ilin noyabr ayına kimi ümumi borcu 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzlərin surətlərindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 60 (altmış) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0.80 (səksən qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, № 6129-10-20 saylı müqaviləyə əsasən İddiaçı E.Cəbrayılovu təbii qazla təmin etmiş, Cavabdeh 24 oktyabr 2020-ci il tarixli, № 6129-10- 20 saylı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş, eyni zamanda təbii qazdan qeyri qanuni istifadə etmiş, bu hal iş materiallarına əlavə olunmuş videogörüntünü özündə əks etdirən DVD disklə öz təsdiqini tapmış, nəticədə onun İddiaçınə ümumilikdə 3515,44 (üç min beş yüz on beş manat, qərx dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar