Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-178/2024 29.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 26,34 (iyirmi altı manat, otuz dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4867,20 (dörd min səkkiz yüz altmış yeddi manat, iyirmi qəpik) manat, cəmi 4893,54 (dörd min səkkiz yüz doxsan üç manat, əlli dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 68,94 (altmış səkkiz manat, doxsan dörd qəpik) manat dövlət rüsumun və 1,20 (bir manat, iyirmi qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 4963,68 (dörd min doqquz yüz altmış üç manat, altmış səkkiz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01440 saylı qaz hesabında ödənilməmiş 4893,54 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 26,34 manat hissəsi sayğac göstəricisinə və 4867,20 manat hissəsi isə həmin ünvanda üç dəfə akt görə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 26,34 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G 4T markalı, **********425 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən üç dəfə akt əsasında qeyri qanuni qazdan istifadəyə görə aparılmış hesabata görə 4867,20 manat həcmində dəymiş ziyan müəyyən edilərək istehlakçının hesabında qeydiyyata alınmışdır. Birinci hal üzrə Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G 4 markalı, 11462385 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 yanvar 2022-ci il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 10300555 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 31 yanvar 2022-ci il tarixli, 29/1710-00406-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2022-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m3 (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. İkinci hal üzrə Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G 4 markalı, 10300555 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21 fevral 2022-ci il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 10581079 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-00755-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 35 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 1680 m3 (və ya 201,60 manat) həcmində müəyyən edilmişdir. Üçüncü hal üzrə borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zaman 16 may 2023-cü il tarixdə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində oğlunun yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iş materiallarına əlavə olunmuş diskdə olan görüntülərlə cavabdehin təbii qazdan kənar qoşulma vasitəsi ilə istifadə etməsi öz təsdiqini tapır. Belə ki, sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi müəyyən edilmiş və 31 yanvar 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Yenidən sayğac çıxarılaraq yoxlamaya göndərilmiş və eyni pozuntunun baş verməsi müəyyən edildiyindən 28 fevral 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bundan başqa 16 may 2023-cü il tarixdə təkrarən sayğaca baxış keçirilərkən mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmış və bu barədə 16 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan 24 yanvar 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Azəriqaz İB ilə Cavabdeh arasında qazdan istifadəyə görə müqavilə bağlanmışdır. İşin materiallarında olan 31 yanvar 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi, barabanda cızıq izlərinin olması müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə 31 yanvar 2022-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 4320 m3 borc hesablanmışdır. İşin materiallarında olan 28 fevral 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi, göstərici çarxının üzərində cızıq izinin olması müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə 28 fevral 2022-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 1680 m3 borc hesablanmışdır. İşin materiallarında olan 16 may 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşin materiallarında olan İddiaçı 22 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzildə 16 may 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 34560 m3 borc hesablanmışdır. İşin materiallarında olan 12 dekabr 2023-cü il tarixli, **********01440 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin dekabr ayına qədər təbii qazdan istifadəyə görə 4893,54 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 68,94 (altmış səkkiz manat, doxsan dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 1,20 (bir manat, iyirmi qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 2022-ci ilin 14 yanvar və 21 fevral tarixlərində istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi müəyyən edilmiş və bu barədə 31 yanvar 2022-ci il tarixli, ******* saylı və 28 fevral 2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. 31 yanvar 2022-ci il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518,40 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. 28 fevral 2022-ci il tarixli akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 35 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 1680 m3 (və ya 201,60 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin 16 may 2023-cü il tarixdə yenidən İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı istehlakçının iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, baxış zamanı Cavabdeh həyətində olan mənzilində qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmış, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 22 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə həmin aktları nəzərdən keçirib qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da vətəndaş Cavabdeh tərəfindən mütəmadi olaraq, yəni 3 dəfə qaz sayğacına müdaxilə olunmuşdur. 2022-ci ilin iki ayı ərzində Cavabdeh mənzilinə iki sayğac quraşdırılmış və hər iki sayğacda eyni nasazlıq aşkar olunaraq hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi müəyyən olunmuş, həmçinin təqdim olunmuş DVD diskdən də görünür ki, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu hallar təsadüfi deyil və Cavabdeh mütəmadi sayğaca müdaxilə etməsinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, 31 yanvar 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 518,40 manat və 28 fevral 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 201,60 manat məbləğlər hesablanma müddətlərinə uyğundur, lakin 16 may 2023-cü il tarixdə aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir. Belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 360 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 26,34 (iyirmi altı manat, otuz dörd qəpik) manat borc, 31 yanvar 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 518,40 manat, 28 fevral 2022-ci il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 201,60 manat, 16 may 2023-cü il tarixli akt əsasında itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 345,60 manat borc cavabdehdən tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, 31,50 (otuz manat, altmış altı qəpik) manat dövlət rüsumunun, 1,20 manat bank xidmət haqqının əvəzi cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 26,34 (iyirmi altı) manat (otuz dörd) qəpik manat borc, itirilmiş qazın bərpası üçün 31 yanvar 2022-ci il tarixli, ******* saylı akt akta əsasən 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat, 28 fevral 2022-ci il tarixli, ******* saylı akta əsasən 201,60 (iki yüz bir manat, altmış qəpik) manat və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 16 may 2023-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc və 31,50 (otuz bir manat, əlli qəpik) manat dövlət rüsumunun, 1,20 (bir manat, iyirmi qəpik) manat bank xidmət haqqının əvəzi, ümumilikdə 1124, 64 (min yüz iyirmi dörd manat altmış dörd qəpik) tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-178/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-178/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver