Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1814/2022 22.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.8 kv.m, yaşayış sahəsi 34.9 kv.m, yardımçı sahəsi 38.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evi onların, yəni Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və xx.xx.2004-cü ildə vəfat etmiş mərhum X4 ümumi birgə mülkiyyətində olmaqla xüsusi mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinə onların mülkiyyət hüquqları xx.xx.2014-cü ildə qeydə alınmış və onlara Seriya RX № ******* olan Reyestrdən çıxarış verilmişdir. Qeyd olunan kimi X11 xx.xx.2004-cü ildə vəfat etmişdir. X1 vəfatından sonra verilən həmin reyestrdən çıxarışda mərhum X4 adı X4 adı X2 qeyd edilmişdir. Onların bundan bu yaxınlarda sənədləşmə işləri apararkən məlumatları olmuşdur, əvvəlllər buna fikir verməməmişlər ki, Zəmilə adı çıxarışda Zəminə kimi yazılıb, yəni reyestrdən çıxarışda “l” hərfi “n” kimi yazılıb. Belə ki, mərhum X4 ölüm haqqında arayışda belə onun adı əvvəlki sənədlərinə (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.) uyğun olaraq Zəmilə kimi yazılmışdır. Bu da onu göstərir ki, mərhum Zəmilə Tağıyevanın adı texniki səhv olaraq Zəminə kimiyazılmışdır. Onlar bu yanlışlığın düzəldirlərək sözügedən reyestrdən çıxarışda X5 adının dəyişdirilərək X3 yazılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən xahiş etsələr də, oradan onlara xx.xx.2022-ci il tarixli, **********67 saylı məktubla bildirmişlər ki, hazırki mübahisənin həlli məhkəmə qaydasında həyata keçirilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Buna görə də Daşınmaz Əmlakın Reyestr Xidmətindən xx.xx.2014cü ildə qeydə alınaraq onlara verilmiş Seriya RX № ******* olan Reyestrdən çıxarışın Tağıyeva Zəmilə qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə ərizəçi X15 ünvanlanmış 22 iyun 2022-ci il tarixli **********67 №-li məktubdan görünür ki, hüququmüəyyənedici sənədlərdə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14, X13 və X6 ataları Ərizəçi2 İsmayıl oğlu, anaları X9r. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin və arayışın surətindən görünür ki, X11 20 iyun 2004-cü ildə, Ərizəçi2 İsmayıl oğlu 13 iyul 1992-ci ildə ölmüşlər. İş materiallarında olan Ağdaş rayonu, İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli və RX ******* saylı çıxarışda xx.xx.2004-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində vəfat etmiş mərhumə X4 adında səhvə yol verilmişdir. Belə ki, səhvən adı X2 yazılmışdır. Həmin ailədə X12 adlı şəxs olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.25 hektrar torpaq sahəsi Ərizəçi1 və ailə üzvləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 cə X7 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Dəhnəxəlil kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73.8 kv.m, yaşayış sahəsi 34.9 kv.m, yardımçı sahəsi 38.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin Ərizəçi1 və ailə üzvləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və X8 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışın Ərizəçi1 və ailə üzvləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və X10 məxsus olma faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №e-2(014)-1814/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1814/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver