Məhkəmə qərarları › İş №e-2(014)-1823/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1823/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1823/2024 17.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “LG” markalı qabyuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 (bir min yeddi yüz doxsan doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə 19 mart 2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənilməmiş əsas borc məbləği 799.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2399 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2399 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən ödənilməli cərimə 239.90 manat İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 95 manat olmaqla, ümumi dəyəri 1699.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 96 manat ödəniş etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənilməmiş əsas borc məbləği 463.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1391 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1391 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən ödənilməli cərimə 139.10 manat İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı kombi aksesuarına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 102 manat ödəniş etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənilməmiş əsas borc məbləği 1397.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 4193 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 4193 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən ödənilməli cərimə 419.30 manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 799,9 AZN əsas 239,9 AZN cərimə cəmi 1039,8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 463,9 AZN əsas 139,1 AZN cərimə cəmi 603 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1397,9 AZN əsas, 419,3 AZN cərimə, cəmi 1817,2 AZN borc ümumilikdə üç müqavilə üzrə 2661,7 AZN əsas, 798,3 AZN cərimə, 3460 AZN cəmi borcun və 54,60 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “LG” markalı qabyuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 (bir min yeddi yüz doxsan doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə 19 mart 2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. İşin materiallarında olan 17 may 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 iyun 2023-cü il tarixdən başlayaraq 17 oktyabr 2024-cü il tarixədək hər ay 100 manat, 17 noyabr 2024-cü il tarixdə isə 99.99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 3198.90 manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 95 manat olmaqla, ümumi dəyəri 1699.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 96 manat ödəniş etmişdir. İşin materiallarında olan 08 mart 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 08 aprel 2023-cü il tarixdən başlayaraq 08 avqust 2024-cü il tarixədək hər ay 95 manat, 08 sentyabr 2024-ci il tarixdə isə 84.99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 08 mart 2023cü il tarixli ********* saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 1854.90 manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı kombi aksesuarına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 102 manat ödəniş etmişdir. İşin materiallarında olan 25 noyabr 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 25 dekabr 2023-cü il tarixdən başlayaraq 25 aprel 2024-cü il tarixədək hər ay 100 manat, 25 may 2024-ci il tarixdə isə 99.99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən Cavabdeh ümumi borcu 5590.90 manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh oğluna ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh oğlu 17 may 2023-cü il tarixli ********* saylı, 08 mart 2023-cü il tarixli ********* saylı və 25 noyabr 2023-cü il tarixli ********* saylı müqavilələrə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 54.60 (əlli dörd manat altmış qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 17 may 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “LG” markalı qabyuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 (bir min yeddi yüz doxsan doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə 19 mart 2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. 08 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 95 manat olmaqla, ümumi dəyəri 1699.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 96 manat ödəniş etmişdir. 25 noyabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı kombi aksesuarına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, ümumi dəyəri 1799.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 102 manat ödəniş etmişdir. Cavabdedhin nəticədə İddiaçı MMC-yə ümumilikdə üç müqavilə üzrə 2661,7 AZN əsas, 798,3 AZN cərimə, 3460 AZN cəmi borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17 may 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 799.9 AZN əsas, 20 AZN cərimə olmaqla, cəmi 819.90 (səkkiz yüz on doqquz manat doxsan qəpik) manat məbləğində borc, 08 mart 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 463.90 AZN əsas, 14 AZN cərimə olmaqla, cəmi 477.90 (dörd yüz yetmiş yeddi manat doxsan qəpik) manat məbləğində borc, 25 noyabr 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1397.90 AZN əsas, 40 AZN cərimə olmaqla, cəmi 1437.90 (bir min yeddi otuz yeddi manat doxsan qəpik) manat məbləğində borc, ümumilikdə üç müqavilə üzrə 2735.70 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 47.35 (qırx yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 may 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 799.9 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 819.90 (səkkiz yüz on doqquz manat doxsan qəpik) manat məbləğində borc, 08 mart 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 463.90 manat əsas, 14 manat cərimə olmaqla, cəmi 477.90 (dörd yüz yetmiş yeddi manat doxsan qəpik) manat məbləğində borc, 25 noyabr 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1397.90 manat əsas, 40 manat cərimə olmaqla, cəmi 1437.90 (bir min yeddi otuz yeddi manat doxsan qəpik) manat məbləğində borc, ümumilikdə üç müqavilə üzrə 2735.70 manat məbləğində borc və 47.35 (qırx yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar