Məhkəmə qərarları › İş №e-2(014)-1824/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1824/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1824/2024 17.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Pozis” markalı soyuducu, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 64 manat olmaqla, ümumi dəyəri 1149.90 (bir min bir yüz qırx doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 17 manat ödəniş etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənilməmiş əsas borc məbləği 957.90 (doqquz yüz əlli yeddi doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1436 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1436 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən ödənilməli cərimə 143.60 manat İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefon, aksessuar, smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, ümumi dəyəri 709.90 (yeddiz yüz doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 168 manat ödəniş etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənilməmiş əsas borc məbləği 229.90 (iki yüz iyirmi doqquz doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 344 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 344 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən ödənilməli cərimə 34.40 manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 957,9 AZN əsas 143,6 AZN cərimə cəmi 1101,5 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 229,9 AZN əsas 34,4 AZN cərimə cəmi 264,3 AZN borc ümumilikdə iki müqavilə üzrə 1187,8 AZN əsas, 178 AZN cərimə, 1365,8 AZN cəmi borcun və 33,65 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh “Pozis” markalı soyuducu, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 64 manat olmaqla, ümumi dəyəri 1149.90 (bir min bir yüz qırx doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 17 manat ödəniş etmişdir. İşin materiallarında olan 12 dekabr 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 yanvar 2024-cü il tarixdən başlayaraq 12 may 2025-ci il tarixədək hər ay 64 manat, 12 iyun 2025-ci il tarixdə isə 61.98 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh ümumi borcu 2393.90 (iki min üç yüz doxsan üç manat doxsan qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefon, aksessuar, smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, ümumi dəyəri 709.90 (yeddiz yüz doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 168 manat ödəniş etmişdir. İşin materiallarında olan 29 avqust 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 sentyabr 2023-cü il tarixdən başlayaraq 29 iyul 2024-cü il tarixədək hər ay 60 manat, 29 avqust 2024-ci il tarixdə isə 0 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh ümumi borcu 573.90 (beş yüz yetmiş üç manat doxsan qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 12 dekabr 2023-cü il tarixli ********* saylı və 29 avqust 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33.65 (otuz üç altmış beş) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Pozis” markalı soyuducu, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 64 manat olmaqla, ümumi dəyəri 1149.90 (bir min bir yüz qırx doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 17 manat ödəniş etmişdir. 29 avqust 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefon, aksessuar, smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, ümumi dəyəri 709.90 (yeddiz yüz doqquz doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 168 manat ödəniş etmişdir. Cavabdedhin nəticədə İddiaçı MMC-yə ümumilikdə iki müqavilə üzrə 1187,8 AZN əsas, 178 AZN cərimə, 1365,8 AZN cəmi borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 957,9 AZN əsas, 14 AZN cərimə olmaqla, cəmi 971.90 (doqquz yüz yetmiş bir manat doxsan qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 229,9 AZN əsas, 3 AZN cərimə olmaqla, cəmi 232.90 (iki yüz otuz iki manat doxsan qəpik) manat məbləğində borc, ümumilikdə iki müqavilə üzrə 1204.80 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32.04 (otuz iki manat dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 957,9 AZN əsas, 14 AZN cərimə olmaqla, cəmi 971.90 (doqquz yüz yetmiş bir manat doxsan qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 229,9 AZN əsas, 3 AZN cərimə olmaqla, cəmi 232.90 (iki yüz otuz iki manat doxsan qəpik) manat məbləğində borc, ümumilikdə iki müqavilə üzrə 1204.80 ( bir min iki yüz dörd manat səksən qəpik) manat məbləğində borc və 32.04 (otuz iki manat dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar