Məhkəmə qərarları › İş №e-2(014)-1856/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1856/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1856/2023 30.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Pirəyir kəndində Cavabdeh Bəhram qızına məxsus mənzilində 11-123-2016 saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh Bəhram qızının **********01230 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə ödənilməmiş 5772,48 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Cavabdeh Bəhram qızına məxsus **********01230 saylı qaz hesabında olan 5772,48 manat borc məbləğinin xx.xx.2021-ci il tarixə olan ödənilməmiş 1429,62 (bir min dörd yüz iyirmi doqquz manat, altmış iki qəpik) manat hissəsi üzrə 2021-ci ilin fevral ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş Rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(014)-1435/2021 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 4342,86 (dörd min üç yüz qırx iki manat, səksən altı qəpik) manat məbləğində borc isə xx.xx.2021-ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh Bəhram qızına məxsus **********01230 saylı qaz hesabında yaranan borc məbləğidir. Həmin borcun 195,66 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 4147,20 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 195,66 manat məbləğdəki borc Cavabdeh Bəhram qızının yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı 12541125 nömrəli sayğacın 1494 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə hesablanan 4147,20 manat məbləğ borc hissəsi Cavabdeh Bəhram qızının yaşadığı Ağdaş rayonu Pirəyir kəndində yerləşən mənzilində istismarda olan smart tipli “ZENNER” G-4 markalı **********908 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh Bəhram qızının yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********908 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Ağdaş rayonu, Pirəyir kəndində yaşayan Cavabdeh Bəhram qızından sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 195,66 (yüz doxsan beş manat, altmış altı qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat, cəmi 4342,86 (dörd min üç yüz qırx iki manat, səksən altı qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 63,43 (altmış üç manat, qırx üç qəpik) manat dövlət rüsumun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 4406,69 (dörd min dörd yüz altı manat, altmış doqquz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 iddianı qismən qəbul edərək cavabdehin oğlu olduğunu, hazırda Ağdaş rayonu, Pirəyir kəndində yaşadıqlarını, həmin ünvanda təbii qazdan itifadə etdiklərini və təbii qazdan istifadəyə görə 195,66 manat İddiaçınə borclarının olduğunu, yaşadıqları ünvanda kənar xətdən istifadə olunmadığını, həmin borcun İddiaçı tərəfindən əsassız olaraq onların abonent koduna yazıldığını, buna görə də iddianın kənar xəttə aid hissəsində təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan 17 iyun 1985-ci il tarixdə Kəlbəcər rayonu Şurtan kənd soveti tərəfindən verilmiş X-ЖГ № 316960 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə2 xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində doğulmuş, atası X2, anası X1r. İşin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********01230 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh qalıq və aktlar üzrə 4147,20 manat borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdehnun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olumuş, abonent mənzil daxili cihazlara baxış keçirməyə icazə verməmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndi ünvanında yerləşən Cavabdeh yaşadığı mənzildə olan qaz sayğacına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi 34560 m3 hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 63,43 (altmış üç manat, qırx üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Ağdaş rayonu, Pirəyir kəndində yaşayan Cavabdeh Bəhram qızı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 195,66 (yüz doxsan beş manat, altmış altı qəpik) manat borc yaranmışdır. Bundan başqa təbii qazdan qeyri-qanuni istifadəyə görə istifadə olunduğu itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc yaranmışdır. Lakin təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borcun konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı İddiaçı İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 360 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 195,66 (yüz doxsan beş manat, altmış altı qəpik) manat borc, dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 345,60 manat borc və 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 195,66 (yüz doxsan beş manat, altmış altı qəpik) manat borc, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar