Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1863/2025 12.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2192,94 manat ödənilməmiş hissə, 219,29 manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən 1650 manat ödənilməmiş hissə, 165 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 658,98 manat ödənilməmiş hissə, 65,90 manat cərimə, ümumilikdə 4975,71 manat borc, 69,76 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində xx.xx.2025-ci il tarixli vəxx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinə istinad etməklə, həmin müqavilər üzrə pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, həmin müqavilələr iddia ərizəsinə əlavə edilməmiş, bundan başqa xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların alıcı- Cavabdeh təhvil verilməsini təsdiq edən (alıcı tərəfindən imza edilmiş təhviltəslim aktı) sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 69,76 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı MMC -yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 69,76 manat (altmış doqquz manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1863/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1863/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver