Məhkəmə qərarları › İş №e-2(014)-1879/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1879/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1879/2025 06.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən ümumilikdə 6485,24 manat borc və 84,86 manat ödənilmiş dövlət rüsumunun cavabehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024cü il, xx.xx.2024-cü il, 01.09.024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********74137 İphone 16 Pro, Zəmanət + 2 il Xidməti, Paket XXXl xidməti, İmei kod **********46566 Samsung Galaxy S24, Xıaomı Watch S3 qol saatı, İmei kod **********31022 Samsung Galaxy A15 , Paket L xidməti, X11 İL xidməti, Apple Aırpods 3 qulaqlıq, Hisense Tv, Magsafe, Ütü Raf, Samsung Charger, Ütü braun, Mikser Electrolux almış və nəticədə 6485.24 (altı min dörd yüz səksən beş manat 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3709 (üç min yeddi yüz doqquz) manat (12 ay x 289.75 manat + 232 manat ilkin ödəniş) olan İmei kod **********74137 İphone 16 PRO, Zəmanət + 2 İL xidməti, Paket XXXL xidmətüiçün ümumilikdə, 3374.71 (üç min üç yüz yetmi dörd manat, 71 qəpik) manat olmaqla ondan, 3046.46 (üç min qırx altı manat 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 304.65 (üç yüz dörd manat 65 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1900.8 (bir min doqquz yüz manat 80 qəpik) manat (18 ay x 105.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********46566 Samsung Galaxy S24 üçün ümumilikdə, 1765.55 (bir min yeddi yüz altmış beş manat, 55 qəpik) manat olmaqla ondan, 1583.59 (bir min beş yüz səksən üç manat 59 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 158.36 (yüz əlli səkki zmanat 36 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 398.7 (üç yüz doxsan səkkiz manat, 70 qəpik) manat (18 ay x 22.15 manat + 0 manat ilkin ödəniş) olan Xıaomı Watch S3 qol saatı üçün ümumilikdə, 342.34 (üç yüz qırx iki manat, 34 qəpik) manat olmaqla ondan, 311.22 (üç yüz on bir manat, 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.12 (otuz bir manat 12 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 692.4 (altı yüz doxsan iki manat, 40 qəpik) manat (12 ay x 57.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********31022 Samsung Galaxy A15 , Paket L xidməti, X1 1 İL xidməti üçün ümumilikdə, 292.89 (iki yüz doxsan iki manat, 89 qəpik) manat olmaqla ondan, 266.26 (iki yüz altmış altı manat, 26 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.63 (iyirmi altı manat 63 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 500.4 (beş yüz manat, 40 qəpik) manat (18 ay x 27.8 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 3 qulaqlıqüçün ümumilikdə, 234.07 (iki yüz otuz drd manat, 7 qəpik) manat olmaqla ondan, 212.79 (iki yüz on iki manat 79 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.28 (iyirmi bir manat, 28 qəpik ) manat dəbbə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 13 manat + 90 manat ilkin ödəniş) olan Hisense TV üçün ümumilikdə, 211.62 (iki yüz on bir manat, 62 qəpik) manat olmaqla ondan, 192.38 (yüz doxsan iki manat, 38 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.24 (on doqquz manat, 24 qəpik) manat dəbbə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 110.4 (yüz on manat, 40 qəpik) manat (12 ay x 9.2 manat + 0 manat ilkin ödəniş) olan Magsafe üçün ümumilikdə, 79.86 (yetmiş doqquz manat, 86 qəpik) manat olmaqla ondan, 72.6 (yetmiş iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.26 (yeddi manat, 26 qəpik) manat dəbbə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 100.08 (yü zmanat 8 qəpik) manat (18 ay x 5.56 manat + 0 manat ilkin ödəniş) olan Ütü Raf üçün ümumilikdə, 66.85 (altmış atı manat, 85 qəpik) manat olmaqla ondan, 60.77 (altmış manat, 77 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.08 (altı manat 8 qəpik) manat dəbbə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 88.92 (səksəm səkki z manat, 92 qəpik) manat (12 ay x 7.41 manat + 0 manat ilkin ödəniş) olan Samsung Charger üçün ümumilikdə, 62.49 (altmış iki manat, 49 qəpik) manat olmaqla ondan, 56.81 (əlli altı manat 81 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.68 (beş manat 68 qəpik) manat dəbbə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 233.16 (iki yüz otuz üç manat, 16 qəpik) manat (6 ay x 36.66 manat + 13.2 manat ilkin ödəniş) olan Ütü Braun, Mikser Electrolux üçün ümumilikdə, 54.87 (əlli dörd manat, 87 qəpik) manat olmaqla ondan, 49.88 (qırx doqquz manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.99 (dörd manat, 99 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1964.26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 01.09.024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan qeyd edilən müqavilələr üzrə malları almış lakin ödəniş etməyə maddi imkanı olmamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsi üçün məhkəmə tərəfindən tədbirlər görülmüş, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 02036507 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə Apple Aırpods 3 adlı əşyanı cəmi 500,4 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 10736800 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə Samsung Galaxy A15 markalı mobil telefonu və digər 10 adda əşya və xidmətləri cəmi 692,45 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya və xidmətlər xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 11989118 və 04255377 nömrəli müqavilədən, əlavəsinin və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə Xıaomı Watch S3 qol saatını və digər 2 adda əşya və xidməti cəmi 398,78 manat, Raf markalı ütünü cəmi 100,08 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya və xidmətlər xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 03288429 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 13,2 manat ödəməklə 6 ay ərzində hissə-hissə ödəmək şərtilə Braun markalı ütünü və Electrolux markalı mikseri cəmi 233,18 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə X2 Magsafe adlı əşyanı cəmi 110,4 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 01883662 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə Samsung Galaxy S24 markalı telefonu cəmi 1900,8 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə Samsung markalı Charger-i və digər xidməti cəmi 88,95 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya və xidmət xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 15966935 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 90 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə Hisense markalı TV-ni cəmi 324 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 09648054 nömrəli müqavilədən, əlavəsindən və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 232 manat ödəməklə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə İphone 16 Pro markalı telefonu və 14 adda digər əşya və xidmətləri cəmi 3709,02 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya və xidmətlər xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 662,54 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 3046,46 manat, cərimə borcu 304,65 manat, innovativ layihələr mərkəzinə görə borcu 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 317,21 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 1583,59 manat, cərimə borcu 158,36 manat, innovativ layihələr mərkəzinə görə borcu 23,6 manat, xx.xx.2024-cü il tarixli 2 müqavilə üzrə cəmi 126,79 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 371,99 manat, cərimə borcu 37,2 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 426,14 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 266,26 manat, cərimə borcu 26,63 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 287,61 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 212,79 manat, cərimə borcu 21,28 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 131,62 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 192,38 manat, cərimə borcu 19,24 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 37,8 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 72,60 manat, cərimə borcu 7,26 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 32,11 manat ödəniş etmiş, ödənilməmiş əsas borcu 56,81 manat, cərimə borcu 5,68 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 183,28 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 49,88 manat, cərimə borcu 4,99 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə alqı-satqı müqavilələri üzrə əsas borcun əvəzi qismində cəmi 5852,76 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, yuxarıda qeyd edilmiş müqavilələr üzrə ümumilikdə 585,28 manat təşkil edən cərimə məbləğinin cəmi 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də konkret olaraq yuxarıda göstərilən müqavilələr üzrə rüsum ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 (02 sayda), xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5852,76 manat, cərimə qismində 50 manat, cəmi 5902,76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəsinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 79,03 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 (02 sayda), xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli alqısatqı müqavilələri üzrə ödənilməmiş əsas borcun əvəzi qismində cəmi 5852,76 manat (beş min səkkiz yüz əlli iki manat yetmiş altı qəpik), cərimə qismində 50 (əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 79,03 manat (yetmiş doqquz manat üç qəpik), ümumilikdə 5981,79 manat (beş min doqquz yüz səksən bir manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar