Məhkəmə qərarları › İş №e-2(014)-188/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-188/2025

02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-188/2025 02.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X42, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh, eyni zamanda Cavabdeh8 nümayəndəsi X5, Müstəqil tələb irəli süməyən üçüncü şəxs X50 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X24 qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X24 qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X35 ilə X16 birgə nikahlarından 11 nəfər uşaqları-xx.xx.1962-ci ildə Abdullayeva (Hümmətova) Möhübbət Əlhüseyn qızı, xx.xx.1963-cü ildə Abdullayeva (Həsənova) Məlahət Əlhüseyn qızı, xx.xx.1967-ci ildə X25, xx.xx.1968-ci ildə Cavabdeh1 Əlhüseyn oğlu, xx.xx.1969-cu ildə X25, xx.xx.1971-ci ildə Abdullayeva (Cahangirova) Əmanət Əlhüseyn qızı, xx.xx.1973-cü ildə X36, xx.xx.1974-cü ildə X37, xx.xx.1975-ci ildə Abdullayeva (Çetin) Nəzakət Əlhüseyn qızı, xx.xx.1978-ci ildə mən, yəni İddiaçı Əlhüseyn oğlu və xx.xx.1979-cu ildə isə Cavabdeh3 Əlhüseyn qızı anadan olmuşdur. X1 xx.xx.1985-ci ildə X95 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra “Hümmətova” soyadını qəbul etmişdir. X3 xx.xx.2018-ci ildə vəfat etmişdir. X4 xx.xx.2006-cı ildə X57 ilə rəsmi nikah qeyd etdirərək evlənmişdir. Nikah bağlandıqdan sonra “Cahangirova” soyadını qəbul etmişdir. X2 xx.xx.2017-ci ildə Türkiyə Respublikasının vətəndaşı Çetin Necati ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra “Çetin” soyadını qəbul etmişdir. X6 xx.xx.2009-cu ildə, anası X43 xx.xx.2018-ci ildə, xx.xx.1967-ci il təvəllüdlü bacısı X25 xx.xx.1967-ci ildə, xx.xx.1969-cu il təvəllüdlü bacısı X25 xx.xx.1970-ci ildə, qardaşı X36 xx.xx.1973-cü ildə, bacısı X28 isə xx.xx.1974-cü ildə vəfat etmişlər. Mərhumların hamısı Ağdaş rayonu, Bəylik kənd qəbirstanlığında dəfn olunmuşlar. Mərhum valideynləri ailə qurduqdan sonra Ağdaş rayonunun Bəylik kəndində qanuni istifadələrində olan 0,5123 hektar həyətyanı torpaq sahsində fərdi yaşayış evi tikdirmişlər. İslahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin 0,5123 hektar həyətyanı torpaq sahəsi onun, yəni İddiaçı Əlhüseyn oğlu, mərhum X6, mərhum anası X43, Cavabdeh4, Cavabdeh3 Əlhüseyn qızı, X38 və X39 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə onun, yəni İddiaçı Əlhüseyn oğlu, X35, X43, Cavabdeh4 və Cavabdeh3 Əlhüseyn qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Mərhum valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə əlaqədar o həmin kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrini və fərdi yaşayış evini mülkiyyət hüququ əsasında qeydə aldırmaq üçün üçüncü çəxs DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldıraraq mülkiyyətçilərin adlarına müvafiq olaraq çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü və fərdi yaşayış evinin texniki pasportunu almışlar. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yaşayış evi tam hissədə mərhum X6nun, 0.5123 hektar həyətyanı torpaq sahəsi isə onun, yəni İddiaçı Əlhüseyn oğlu, mərhum X6, mərhum anası X43, Cavabdeh4, Cavabdeh3 Əlhüseyn qızı, X38 və X39 ümumi birgə mülkiyyətinə, ********** qeydiyyat tarixli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə onun, yəni İddiaçı Əlhüseyn oğlu, X35, X43, Cavabdeh4 və Cavabdeh3 Əlhüseyn qızının ümumi birgə mülkiyyətindədir. xx.xx.2009-cu ildə vəfat etmiş X6nun ölümündən sonra ondan yaşayış evinin tam hissəsi, 0,5123 hektar həyətyanı torpaq sahəsinin 1/7 hissəsi, yəni 0,0732 hektar, 7.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 1/5 hissəsi, yəni 1.47 hektar hissəsi miras qalmışdır. xx.xx.2018-ci ildə vəfat etmiş anası X16 ölümündən sonra ondan 0,5123 hektar həyətyanı torpaq sahəsinin 1/7 hissəsi, yəni 0.0732 hektar, 7.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 1/5 hissəsi, yəni 1.47 hektar hissəsi miras qalmışdır. xx.xx.1967-ci il təvəllüdlü bacısı X25 xx.xx.1967-ci ildə, xx.xx.1969-cu il təvəllüdlü bacısı X25 xx.xx.1970-ci ildə, qardaşı X36 xx.xx.1973-cü ildə, bacısı X28 isə xx.xx.1974-cü ildə mərhum valideynlərindən əvvəl vəfat etdiklərindən valideynlərindən miraq qalmış əmlakda qanun üzrə birinci növbə vərəsə kimi X26, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh4, Cavabdeh8 Əlhüseyn qızı, o, yəni İddiaçı Əlhüseyn oğlu və Cavabdeh3 Əlhüseyn qızının hər birinin payı 1/7 hissədə müəyyən edilməlidir. Mərhum X3 xx.xx.2018-ci ildə, yəni mərhum anasından və atasından sonra vəfat etdiyinə görə valideynlərinın hər birinin payının 1/7 hissəsi onun qanun üzrə birinci növbə vərəsələri olan uşaqları Cavabdeh7, Cavabdeh9, Cavabdeh6 və Cavabdeh5 çatır. Ağdaş rayon Notariat ofisində vərəsəlik işi açılan zaman cavabdehlərlə aralarında mabahisə olduğundan mirasın qəbulu məsələsini notariat ofisində davam etdirmək mümkün olmamışdır. Ona görə də cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mərhum valideynlərinin ölümündən əvvəl vəsiyyətnamə qoymamışlar. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən xx.xx.2009-cu ildə Ağdaş rayonunun Bəylik kəndində vəfat etmiş X6nun və xx.xx.2018-ci ildə vəfat etmiş anası X16 ölümündən sonra Ağdaş rayonu, Bəylik kəndində miras qalmış fərdi yaşayış evinin mərhum atasına çatası tam hissəsində, ümumi birgə mülkiyyətdə olan 0,5123 hektar həyətyanı torpaq sahəsindən onların hər birinə çatası 1/7 hissəsində, yəni 0,0732 hektar hissəsində və ümumi birgə mülkiyyətdə olan 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinə çatası 1/5 hissəsində, yəni 1,47 hektar hissəsində İddiaçı Əlhüseyn oğlunun, cavabdehlər Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh4, Cavabdeh8 Əlhüseyn qızı, o, yəni İddiaçı Əlhüseyn oğlu və Cavabdeh3 Əlhüseyn qızının və xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X3nın hər birinin payının 1/7 hissədə müəyyən edilməsinə dair dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və digərərinə qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Ağdaş rayonu, Bəylik kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,5123 hektar həyətyanı torpaq sahəsindən hər birinin 1/7 hissəsində əmlak payının, ümumi birgə mülkiyyətdə olan 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinin 1/5 hissəsində əmlak payının, Ağdaş rayonu, Bəylik kəndində miras qalmış 0,34 hektar həyətyanı torpaq sahəsindən hər birinin 1/7 hissəsində əmlak paylarının müəyyən edilməsi, xx.xx.2009-cu ildə Ağdaş rayonunun Bəylik kəndində vəfat etmiş X6nun və xx.xx.2018-ci ildə vəfat etmiş anası X16 ölümündən sonra Ağdaş rayonu, Bəylik kəndində miras qalmış ümumi sahəsi 117,6 kvadratmetr olan yaşayış evindən vərəsələrin hər birinin 1/7 hissədə, Ağdaş rayonu, Bəylik kəndində yerləşən 0,5123 hektar həyətyanı torpaq sahəsindən hər birinin 1/7 hissəsində olan əmlak payının 1/7 hissəsinə, 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinin 1/5 hissəsində əmlak payının 1/7 hissəsinə, 0,34 hektar həyətyanı torpaq sahəsindən hər birinin 1/7 hissəsində əmlak payının 1/7 hissəsinə miras paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında miras əmlakından ona çatası paydan imtina etdiyini, atasına məxsus evdə Bəhrəmin ailəsi ilə birlikdə yaşadığını, atasının və anasının yasını Bəhrəmin götürdüyünü bildirdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul edir, qardaşı Bəhrəm anasına və atasına baxmışdır, evdə onun haqqıdır. Atasına məxsus evdə Bəhrəm ailəsi ilə birlikdə yaşayır, atasının və anasının yasını Bəhrəm götürmüşdür. Ona düşən payın qardaşı Bəhrəmə verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, iddia tələbini qəbul edir, qardaşı Bəhrəm xəstə atasını qucağında həkimlərə aparmışdır, evdə onun haqqıdır. Atasına məxsus evdə Bəhrəmin ailəsi ilə birlikdə yaşayır, atasının və anasının yasını Bəhrəm götürmüşdür. Ona düşən payın qardaşı Bəhrəmə verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh8 nümayəndəsi X11 izahatında bildirdi ki, o atasından qalan evdən, torpaq sahəsindən ona düşən payı istəyir. Anasının məhləli evi var orada həmin evdə qalmaq istəyir. Məhkəmə iclasında müstəqil tələb irəli süməyən üçüncü şəxs X78 izahatında X9 onun arvadı olduğunu, arvadına düşən payın İddiaçı verdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X44 məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdehlər Cavabdeh5, Cavabdeh6 və X44 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etdiklərini, nənə və babalarında analarına miras qalmış əmlaklara dair paylarnı qəbul etmədiklərini, bu gün də qəbul etmək istəmədiklərini, həmin əmlakları dayıları İddiaçı qəbul etdiyini, analarına çatan paydan dayılarının xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X18 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 13 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu, Bəylik kəndində İddiaçı, Cavabdeh4, X11, X43, X7 ümumi birgə mülkiyyətində 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşin materiallarında olan 29 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Bəylik kəndində X19, X43, Cavabdeh4, İddiaçı, X11, X29 və X45 ümumi birgə mülkiyyətlərində 0,5123 hektar yaşayış məntəqələri torpaqları vardır. Həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 117,6 kvadratmetr yaşayış evi vardır, həmin ev X10 xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixlı, 08 saylı qərarı ilə görünür ki, Ağdaş rayonu, Bəylik kəndində X19, X43, X27, İddiaçı, X11, X29 və X45 ümumi birgə mülkiyyətlərində 0,34 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 31 may 2024-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-15-2684/2024 nömrəli arayışdan görünür ki, X11 xx xxxxx 1979-cu il tarixdə anadan olmuş, atası X29, anası X30r. İşin materiallarında olan AZ-İİ № 404956 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Hümmətov X34 Nazpəri Sarvan qızı 24 mart 2021-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hümmətov, arvada Hümmətova soyadı verilmişdir. İşin materiallarında olan AZ-İ № 671581 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X51 ilə X58 02 iyun 2011-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Niftalıyev, arvada Niftalıyeva soyadı verilmişdir. İşin materiallarında olan AZB № 059770 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X31 xx xxxx 1971-ci il tarixdə anadan olmuş, atası X32, anası X30r. İşin materiallarında olan AZ-İ № 205890 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X57 ilə X27 29 avqust 1977-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Cahangirov, arvada Cahangirova soyadı verilmişdir. İşin materiallarında olan V-JQ № 467737 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X59 27 mart 1993-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşin materiallarında olan AZ-T № 188124 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxx 1968-ci il tarixdə anadan olmuş, atası X19, anası X30r. İşin materiallarında olan H1-JQ № 342241 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X52 ilə X14 06 noyabr 1984-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İşin materiallarında olan AZ-T № 015745 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 28 avqust 1975-ci il tarixdə anadan olmuş, atası X19, anası X30r. İşin materiallarında olan 17 yanvar 2024-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09/S/201672-24 nömrəli arayışdan görünür ki, X9 ailə tərkibi aşağıdakı kimidir. 1) Əri - X78 (xx.xx.1937) 2) Oğlu – Cavabdeh7 Cavabdeh7 (xx.xx.1982) 3) Qızı - X44 (xx.xx.1986 4) Qızı - X60 (xx.xx.1988( (ölüb) 5) Qızı - Cavabdeh6 (xx.xx.1992) 6) Oğlu - Cavabdeh5 İşin materiallarında olan 24 yanvar 2024-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09/S/20167-24 nömrəli arayışdan görünür ki, X16 ailə tərkibi aşağıdakı kimidir.

1. Əri - X29 (xx.xx.1940) (ölüb)

2. Qızı – X20 (xx.xx.1962) (ölüb)

3. Qızı - Cavabdeh2 (xx.xx.1963)

4. Qızı - X21 (xx.xx.1967)

5. Oğlu - Cavabdeh1 (xx.xx.1968)

6. Qızı - X41 (xx.xx.1969) (ölüb)

7. Qızı - Cavabdeh4 (xx.xx.1971)

8. Oğlu - X36 (xx.xx.1973) (ölüb)

9. Qızı - X33 (xx.xx.1974) (ölüb)

10. Qızı - Cavabdeh8 (xx.xx.1975)\

11. Oğlu - İddiaçı (xx.xx.1978)

12. Qızı - X11 (xx.xx.1979) İşin materiallarında olan 24 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09/S/067912-23 nömrəli arayışdan görünür ki, X29 oğlunun ailə tərkibi aşağıdakı kimidir.

1. Arvadı – X46 (xx.xx.1940) (ölüb)

2. Qızı - X20 (xx.xx.1962) (ölüb)

3. Qızı - Cavabdeh2 (xx.xx.1963)

4. Qızı - X21 (xx.xx.1967)

5. Oğlu - Cavabdeh1 (xx.xx.1968)

6. Qızı - X41 (xx.xx.1969) (ölüb)

7. Qızı - Cavabdeh4 (xx.xx.1971)

8. Oğlu - X36 (xx.xx.1973) (ölüb)

9. Qızı - X33 (xx.xx.1974) (ölüb)

10. Qızı - Cavabdeh8 (xx.xx.1975)\

11. Oğlu - İddiaçı (xx.xx.1978)

12. Qızı - X11 (xx.xx.1979) İşin materiallarında olan 07 dekabr 2023-cü il tarixdə Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 856 nömrəli məktubdan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək bildirilmişdir. İşin materiallarında olan 07 dekabr 2023-cü il tarixdə Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 856 nömrəli məktubdan görünür ki, İddiaçı digər vərəsələrlə aralarında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu, Bəylik kəndində İddiaçı, Cavabdeh4, X11, X43, X7 ümumi birgə mülkiyyətində 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, Ağdaş rayonu, Bəylik kəndində X19, X43, Cavabdeh4, İddiaçı, X11, X29 və X45 ümumi birgə mülkiyyətlərində 0,5123 hektar yaşayış məntəqələri torpaqları vardır. Həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 117,6 kvadrat metr yaşayış evi vardır, həmin ev X7 xüsusi mülkiyyətindədir. Eyni zamanda Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixlı, 08 saylı qərarı ilə Ağdaş rayonu, Bəylik kəndində X19, X43, X27, İddiaçı, X11, X29 və X45 ümumi birgə mülkiyyətlərinə 0,34 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X29, X46 ölmüşlər. Hazırda iddiaçı xx.xx.2009-cu ildə Ağdaş rayonu, Bəylik kəndində vəfat etmiş X13 və xx.xx.2018-ci ildə vəfat etmiş X16 ölümündən sonra Ağdaş rayonu, Bəylik kəndində miras qalmış fərdi yaşayış evinin mərhum atasına çatası tam hissəsində, Ağdaş rayonu, Bəylik kəndində yerləşən 0,5123 hektar hətəryanı torpaq sahəsindən onların hər birinə çatası 1/7 hissəsində, Ağdaş rayonu, Bəylik kəndində yerləşən 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinə çatası 1/5 hissəsində və Ağdaş rayonu, Bəylik kəndində yerləşən 0,34 hektar həyətyanı torpaq sahəsinə 1/7 hissədə mirasdan paylarının müəyyən olunmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddıaçının atasının tam mülkiyyətində olan 0,34 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 117,6 kvadratmetr yaşayış evində valideynlərinin vəfatından sonra onlara məxsus evdə yaşamış və hazırda da yaşamağa davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 01 noyabr 2009-cu ildə Ağdaş rayonu, Bəylik kəndində vəfat etmiş X13 və xx.xx.2018-ci ildə vəfat etmiş X22 ölümündən sonra Ağdaş rayonu, Bəylik kəndində miras qalmış ümumi sahəsi 117,6 kvadratmetr yaşayış evinə tam hissəsindən 1/7 hissədə, Ağdaş rayonu, Bəylik kəndində 0,5123 hektar yaşayış məntəqələri torpaq sahəsinin 2/7 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinə çatası 9/49 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X3nın hər birinin 2/49 hissəsində, Ağdaş rayonu, Bəylik kəndində 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən torpaq sahəsinin 2/5 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinə 9/35 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X3nın hər birinin 2/35 hissəsində, Ağdaş rayonu, Bəylik kəndində 0,34 hektar həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinə çatası 9/49 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X3nın hər birinin 2/49 hissəsində payları müəyyən edilməlidir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və üçüncü şəxs X50 məhkəmədə verdikləri izahatlara və cavabdehlər Cavabdeh5, Cavabdeh6 və X18 məhkəməyə ünvanladıqları ərizə ilə əlaqədar onu bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Odur ki, məhkəmə cavabdehlərin həmin ərizələrini nəzərə almaqdan imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayonu, Bəylik kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,5123 hektar həyətyanı torpaq sahəsindən X19, X43, İddiaçı, Cavabdeh4, X11, X23 və X45 hər birinin 1/7 hissəsində əmlak payı, ümumi birgə mülkiyyətdə olan 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X19, X43, İddiaçı, Cavabdeh4, X5 hər birinin 1/5 hissəsində əmlak payı, Ağdaş rayonu, Bəylik kəndində 0,34 hektar həyətyanı torpaq sahəsindən X19, X43, İddiaçı, Cavabdeh4, X11, X23 və X45 hər birinin 1/7 hissəsində əmlak payı müəyyən edilsin, 01 noyabr 2009-cu ildə Ağdaş rayonu, Bəylik kəndində vəfat etmiş X13 və xx.xx.2018-ci ildə vəfat etmiş X22 ölümündən sonra Ağdaş rayonu, Bəylik kəndində miras qalmış ümumi sahəsi 117,6 kvadratmetr yaşayış evinə tam hissəsindən 1/7 hissədə, 0,5123 hektar yaşayış məntəqələri torpaq sahəsinin 2/7 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinin 9/49 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş X8 hər birinin 2/49 hissəsində, 7,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinin 9/35 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş X8 hər birinin 2/35 hissəsində, 0,34 hektar həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən vərəsələrdən Cavabdeh4 Əlihüseyn qızının, İddiaçı Əlihüseyn oğlunun, Cavabdeh3 Əlihüseyn qızının hər birinin 9/49 hissəsində, Cavabdeh2 Əlhüseyn qızı, Cavabdeh1 Əlhüseyn oğlu, Cavabdeh8 Əlhüseyn qızı və xx.xx.2018-ci ildə vəfat etmiş X8 hər birinin 2/49 hissəsində miras payları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar