Məhkəmə qərarları › İş №e-2(014)-189/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-189/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-189/2024 29.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1705 (min yeddi yüz beş) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat, cəmi 2223,40 (iki min iki yüz iyirmi üç manat, qırx qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 42,24 (qırx iki manat, iyirmi dörd qəpik) manat dövlət rüsumun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 2266,04 (iki min iki yüz altmış altı manat, dörd qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Qarağan Şıxlar kəndində Cavabdeh məxsus mənzilində 8xx-xx-2020 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00740 saylı qaz hesabında ödənilməmiş 2223,40 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 1705 manat hissəsi sayğac göstəricisinə və 518,40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1705 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı, 10361195 nömrəli sayğacın 8160 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbdə göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518,40 manat məbləgindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yerləşən mənzilində istismarda olmuş G-4 markalı, 11456898 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində 3 istismarda olan G-4 markalı, 11456898 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 29/1710-00755-1 saylı rəydə "sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı SOCAR “Azəriqaz" İB-nin X7 istismarı İdarəsi öz iddia ərizəsində Ağdaş rayonu, Qarağan Şıxlar kəndində Cavabdeh məxsus mənzilində 8xx-xx-2020 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edildiyini və uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borcun tam şəkildə ödənilmədiyini qeyd edir. Ağdaş rayonu, Qarağan Şıxlar kəndində ona məxsus ev yoxdur və o, bir istehlakçı kimi İddiaçı İB-nin X7 İstismarı İdarəsi ilə 8xx-xx-2020 saylı alqı-satqı müqaviləsi bağlamamışdır. xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə hansısa qaz sayğacına baxış keçirilməmiş, həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənməmiş və bu barədə müvafiq Akt tərtib edilməmişdir. xx.xx.2022-ci ildə, iddiaçı Zaqatala RQİİ-nin Ağdaş XS əməkdaşları onun iştirakı ilə qaz sayğacına baxış keçirməyiblər, sayğacda hansısa bir yararsızlıq aşkar etməyiblər, bu barədə akt tərtib etməyiblər və onun surətini ona təqdim etməyiblər. Əgər iddiaçının əməkdaşları onun iştirakı olmadan belə bir yoxlanış keçiriblərsə və bu Aktda yalandan onun yoxlanış keçirilərkən orada olmağını qeyd ediblərsə, deməli onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Qazdan istifadə Qaydaları"nın 6.7 -ci bəndinin tələbini kobud surətdə pozmuşlar. Bundan əlavə xx.xx.2022 - ci ildə, Zaqatala RQİİ-nin Ağdaş XS əməkdaşları 329844 № li Aktda qeyd olunan təbii qazın uçot cihazı olan xx.xx.2022 nömrəli qaz sayğacına o səbəbdən baxış keçirə bilməzdilər ki, qeyd edilən qaz sayğacı hələ xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən çıxarılaraq aparılmış, onun əvəzinə başqa sayğac quraşdırılmış və bu barədə də surəti iddia ərizəsinə əlavə edilən ******* Akt tərtib edilmişdir. O, həm də onu da qeyd etməyi zəruri hesab edir ki, o, heç bir qaz sayğacının mühafizəsi öhdəliyini öz üzərinə götürməmiş və ona məxsus olmayan fərdi yaşayış evinin həyətindən çöldə, küçədə qurlaşdırılmış sayğaca digər şəxslər və ya mal - qara tərəfindən vurulmuş hansısa bir zədəyə görə məsuliyət onun üzərinə qoyula bilməz. Göründüyü kimi, iddiaçı orqan SOCAR-ın İddiaçı regional əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək onun barəsində əsassız cərimə sanksiyası tətbiq etməklə öz hərəkətləri ilə mövcud qanunvericiliyin tələblərini qorumaq əvəzinə ona qarşı haqsızlıq edərək onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. 8 Aprel 2022- ci ildə Azəriqaz" İB-nin sədri Ruslan Əliyev abonentlərin xəbəri olmadan sayğacların dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, “Bizim texniki heyət sayğac dəyişdirilməsi ilə bağlı prosesdə iş planını abonentlərin iş saatlarına uyğun tənzimləməlidir. Razıdır, təəssüf ki, bu hallar var. Bu hallara qarşı da onlar ciddi tədbirlər görürlər. Çünki sayğacın çıxarılması abonentin iştirakı ilə həyata keçirilməyibsə, sayğacdakı hər-hansı qüsur və digər məsələlər heç bir halda təsdiqini tapmayacaq. Əgər sayğacda hansısa qüsur varsa və İddiaçı İB-yə ziyan vurulubsa, ona dəymiş ziyan hesablanarsa, sənədə baxılır. Həmin sənəddə abonentin sayğac çıxarılan zaman iştirakının olub-olmamasının imza ilə təsdiqinə baxılır. Əgər olmayıbsa, artıq məhkəmə qərarı qurumun əleyhinə çıxır, ümumi onların işlərinə də problem yaradır. Ona görə onların özlərinə də maraqlıdır ki, sayğac dəyişdirilməsi zamanı abonentin iştirakı mütləq təmin edilsin”. Qeyd olunanlara əsasən 2(014)-189/2024 nömrəli mülki iş üzrə İddiaçı ona, yəni Cavabdeh qarşı “Qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı İB arasında bağlanmış bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh təbii qazdan istifadəsi üçün sayğacla təmin edilmişdir. İddiaçı İB əməkdaşları tərəfindən xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus sayğaca baxış keçirilən zaman zərurət yarandığından sayğac şəbəkədən ayrılaraq yeni qaz sayğacı ilə əvəz edilmişdir. Açılmış sayğac yoxlanışa göndərildikdən sonra müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və buna görə xx.xx.2023cü il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın həcmi isə 4320 m3 və ya 518,40 manat həcmində müəyyən edilmişdir. Bundan başqa cavabdehin təbii qazdan istifadə etməsi nəticəsində onun abonent kodunda 1705 manat borc yazılmışdır. Hazırda cavabdehdən ümumilikdə 2223,40 manat borcun alınaraq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, Cavabdeh yaşadığı mənzildə təbii qazdan istifadə edilir və qazdan istifadə görə 1705 manat məbləğində borc yaranmışdır. İddianı həmin hissədə qəbul edirlər. Lakin tələbdə göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518,40 manat məbləğində borcu qəbul etmirlər. Çünki Cavabdeh yaşadığı mənzildə qazdan qeyri qanuni istifadə edilməmişdir, həmçinin qeyri qanuni xəttin aşkar edilməsindən məlumatı yoxdur. Əgər elə bir hal olsa idi, akt tərtib edilərkən Cavabdeh da iştirakı təmin edilərdi. Buna görə də iddianı həmin hissədə qəbul etmirlər. Təbii qazdan istifadəyə görə yaranmış borcu hissə-hissə Cavabdeh tərəfindən ödəniləcəkdir. Odur ki, iddianın qismən təmin edilərək 518,40 manat borcun cavabdehin abonent kodundan silinməsini xahiş etdi. İşin materiallarında olan İddiaçı ilə X4 arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, № ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı, 11456898 nömrəli köhnə sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 4320 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, **********00740 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2022-ci ilin oktyabr ayına qalıq və aktlar üzrə 518,40 manat, ümumilikdə isə 2223,40 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 42,24 (qırx iki manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar 1705 manat borc yaranmışdır. Bundan başqa İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 11456898 nömrəli yaşayış sahəsindən küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 29/1710-00755-1 saylı rəydə " sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. Belə ki, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh sayğac göstəricisinə əsasən 1705 (min yeddi yüz beş) manat borc tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun idda tələbinin təmin edilməyən hissəsinə münasibətdə 37,05 (otuz yeddi manat, beş qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən 1705 (min yeddi yüz beş) manat borc və 37,05 (otuz yeddi manat, beş qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar