Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-193/2025 07.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1009,40 (bir min doqquz manat, qırx qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30,10 (otuz manat, on qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, ümumilikdə isə 1039,90 (bir min otuz doqquz manat, doxsan qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir kiçik mübahisələr üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizənin dəlillərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, İddiaçı tərəfindən 26 noyabr 2024-cü il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,10 (otuz manat, on qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) İddiaçı hesabına geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 26 noyabr 2024-cü il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,10 (otuz manat, on qəpik) manat dövlət rüsumu (büdcə kodu 142211) İddiaçı hesabına geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-193/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-193/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver